Mübarək Ramazan ayının ərəfəsindəyik. Ramazan ayı bir aydır ki, iman
əhlinə bunda oruc tutmaq vacib buyurulub. Rəbbimiz Öz mübarək
Kitabında, "Bəqərə” surəsinin 183-cü ayəsində iman əhlinə müraciət
edərək, buyurur: "Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı
kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz
qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”.
«Bu ayda hər bir müsəlman Allahın vacibatı olan orucu yerinə
yetirməlidir. Ramazan ayı elə bir aydır ki, öz rəhməti və bərəkəti ilə
insanların üzərinə gəlir. İnsanların bu rəhmət və bərəkətdən
faydalanması isə onların fərasətindən asılıdır». Ramazan ayının
böyük fürsətlər ayı olduğunu qeyd edən müsahibimiz, bu ayda insanların
islah olunaraq inkişaf etməsi üçün böyük imkanları olduğunu söylədi: