Cümə, 19.04.2024, 09:58
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Avqust » 7 » Hacı İlqar İbrahimoğlu: "Ramazan ayı mənəvi immunitetin formalaşması üçün gözəl fürsətdir"
23:07
Hacı İlqar İbrahimoğlu: "Ramazan ayı mənəvi immunitetin formalaşması üçün gözəl fürsətdir"
Deyerler.org: «Bu ayla bağlı çoxlu «miflər» yaradılıb»

On bir ayın sultanı olan Ramazan ayı daxil olur. İslamın müqəddəs kitabı Qurani-Kərimdə oruc tutmağın hər bir müsəlman üçün vacib olduğu qeyd olunur. Onu da əlavə edək ki, Ramazan ayında oruc tutmaqla insanlar səbirli olmağı və nəfslərini tərbiyə etməyi öyrənirlər. Oruc tutmağın tibbi cəhətdən də faydası var. Belə ki, il boyu durmadan işləyən mədə və həzm sistemi gün boyu dincəlmiş olur. O da məlumdur ki, ötən illərdən fərqli olaraq bu il Ramazan isti aya düşür. Yəni, bu il oruc tutmağın məsuliyyəti daha da artır.
Orucluqla bağlı bir sıra miflər də gəzir. Belə ki, bəzən bu ayla bağlı nəzərdə tutulan əməlləri mövhumata çevirirlər. Dini ekspertlər bunun səbəbini maariflənmə işinin zəif aparılması ilə əlaqələndirirlər.
Bu haqda rəyini öyrəndiyimiz ilahiyyatçı-filosof, İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu öncə Ramazan ayının fəlsəfəsindən danışdı: «Bu ayda hər bir müsəlman Allahın vacibatı olan orucu yerinə yetirməlidir. Ramazan ayı elə bir aydır ki, öz rəhməti və bərəkəti ilə insanların üzərinə gəlir. İnsanların bu rəhmət və bərəkətdən faydalanması isə onların fərasətindən asılıdır».
Ramazan ayının böyük fürsətlər ayı olduğunu qeyd edən müsahibimiz, bu ayda insanların islah olunaraq inkişaf etməsi üçün böyük imkanları olduğunu söylədi: «Ramazan ayı - eyni zamanda böyük ziyafət ayıdır. Bu ayda inanclı insanlar Allah dərgahında ilahi süfrənin qonağı olur. Hər kəs bu süfrədən ləyaqət və tutumuna görə bəhrə aparacaq. Bu anlamda hər kəs mübarək Ramazan ayının gəlişi ilə bağlı qrafikini planlaşdırmalıdır. Bu il orucluq yay fəslinə təsadüf edir və İlahi dərgahda yerinə yetirilən əməl və keyfiyyətin daha da artmasına gətirib çıxaracaq. İnsanların bu fürsətdən istifadə etməsi üçün gözəl imkandır».
Hacı İlqar onu da bildirdi ki, Quran məntiqi ilə Ramazan ayında oruc tutmağın hədəfi və məqsədi insanın İlahi təqvaya qovuşmasıdır: «Bu ayda insanın Allahın bəyəndiklərini edib, bəyənmədiyi əməllərdən çəkinməsi vacib məsələdir. Bu, həm də mənəvi immunitetin formalaşması üçün gözəl fürsətdir».
Hacı İlqar onu da vurğuladı ki, telekanallarda və toplumda geniş təbliğat aparılmadığından Ramazan ayının fəlsəfəsi ilə bağlı mövhumatlar hələ də qalmaqdadır: «Bu ayla bağlı çoxlu "miflər" yaradılıb. Onlardan biri də insanların bu ayda toy-büsat qurmaması ilə bağlıdır. Əslində Ramazan ilahi sevinc ayıdır. Xeyir işləri Allahın bəyənmədiyi haram əməllərlə müşayiət edənlər bu kimi miflər yaradıblar. Guya ki, bu ayda xeyir iş görmək və ailə qurmaq olmaz. Bu işin kökündə xeyir deyilən işə haram qatmaq (içki içmək, ləvhi-ləb məclisi kimi) durur. Bu kimi mərasimlər Allahın bəyəndiyi tərzdə həyata keçirilərsə, iftar süfrəsi şəklində həyata keçirilərsə, bunun savabı var. İkinci bir məsələ isə insanların gigiyenik normalarını yetərincə yerinə yetirməməsidir. Ağızın yaxalanmasının, dişin yuyulmasının oruca maneəsi yoxdur. Mühüm odur ki, su ağız boçluğundan daxilə keçməsin. Cimməyin də heç bir problemi yoxdur - şərt odur ki, suya baş vurulmasın - bu, orucu batil edir. Duş qəbul etməyin bu anlamda heç bir maneəsi yoxdur. Ağız suyunun udulması da oruca maneçilik törətmir. Dişləri yuyarkən çalışmaq lazımdır ki, boğazdan heç nə keçməsin. Yemək hazırlayan qadınlar udmamaq və geri qaytarmaqla yeməyin dadını yoxlaya bilər. Bilmədən su qəbul etmək insanın orucunu pozmur. Çünki həmin şəxs bunu şüurlu surətdə etmir".
/Deyerler.org/


Bütün hüquqlar qorunur.
Veb-saytın materiallarından istifadə zamanı "Deyerler" AIN-ə istinad (www.deyerler.org) zəruridir

Категория: Məqalələr | Просмотров: 1091 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz