Kaş Allah səni zinətləndirdiyi kimi, bizi də zinətləndirərdi. Kaş Allah
səni sevdiyi kimi, bizi də sevərdi. Sənin məqamların sayəsində bizlər
çox şey öyrənə bilərdik. Amma öyrənmədik, öyrənmədik ona görə ki, dünya
malına aşiqik, aşiq məşuqundan ayrıla bilmədiyi kimi, ayrıla bilmirik
dünya zinətindən. Həqiqi zinəti görmürük, Allah bizi necə sevsin. Necə
bizi öz gözəllikləri ilə zinətləndirsin.
Ədəbsizliyin
ətrafımızda çoxaldığı, açıq saçıqlığın epidemik xəstəlik kimi cəmiyyətə
yayıldığı bir dövrdə yaşayırıq. Bu xəstəlik az-çox hər kəsi təsiri
altına almaqdadır. Xüsusilə gəncliyin mənəvi duyğularını
yaralamaqdadır. Nəfsi hissləri təhrik edən ünsürlərin çoxalması
gənclərdə bəzi pis vərdişlərin artmasına səbəb olur. Bunun nəticəsində
insanın maddiyatında və mənəviyyatında bəzi axsaqlıqlar meydana gəlir.
Hiss və həvəslərinə məğlub düşən bir çox gənclərimiz mövcüddur.
"Mastürbasiya" bu barədə ən sıx müraciət edilən təmin yoludur. Hər
şeydən əvvəl, anormal bir hərəkət olan bu iş, iradəsi zəif kəslərdə
görülən bir vərdişdir.