MASTRUBASIYA VƏ ONUN ZƏRƏRLƏRI
Ədəbsizliyin
ətrafımızda çoxaldığı, açıq saçıqlığın epidemik xəstəlik kimi cəmiyyətə
yayıldığı bir dövrdə yaşayırıq. Bu xəstəlik az-çox hər kəsi təsiri
altına almaqdadır. Xüsusilə gəncliyin mənəvi duyğularını
yaralamaqdadır. Nəfsi hissləri təhrik edən ünsürlərin çoxalması
gənclərdə bəzi pis vərdişlərin artmasına səbəb olur. Bunun nəticəsində
insanın maddiyatında və mənəviyyatında bəzi axsaqlıqlar meydana gəlir.
Hiss və həvəslərinə məğlub düşən bir çox gənclərimiz mövcüddur.
"Mastürbasiya" bu barədə ən sıx müraciət edilən təmin yoludur. Hər
şeydən əvvəl, anormal bir hərəkət olan bu iş, iradəsi zəif kəslərdə
görülən bir vərdişdir.
Nəfs
və həvəslərinin təzyiqi altında olan gənclərə Peyğəmbərimizin
göstərdiyi yol ən gözəl yoldur. Bu yolla gənc, həm ibadət etmiş olar,
həm də özünə hakim olma çarəsini tapar. Bir
hədisdə Peyğəmbərimiz (s.a.a.) belə buyurmaqdadır: «Ey gənclər,
sizlərdən evlənməyə gücü çatan evlənsin. Çünki evlilik gözü harama
baxmaqdan son dərəcə önləyici, iffəti də ən yaxşı qoruyucudur.
Evlənməyə gücü çatmayan kimsə də oruc tutsun. Çünki oruc, qüvvətli bir
şəhvət hissini öldürəndir."
Başda
oruc olmaq üzrə, islami və imanı məsələlərlə məşğuliyyət və insanı
günahdan qoruyan bir ətrafda olmaq, onun harama yönəlməsinə mane olan
ən gözəl çarədir. Əxlaqlı kəslərlə yoldaşlıq etmək lazımdır.
MASTÜRBASİYANIN BƏZİ ZƏRƏRLƏRİ
1) Psixoloji Cəhətdən:
Həddindən
artıq mastrubasiya həvəskarlarında kədər, dalğınlıq və alçaqlıq duyğusu
meydana gələr. Hər mastrubasiyadan sonra ümumiyyətlə bir peşmanlıq və
ruhi sıxıntı meydana gəlir. Edilən bu iş xatirə gəldikcə bu işi
edənlər, bir alçaqlıq və günahkarlıq duyğusuna qapılaraq, mənəvi
cəhətdən zərərə uğrayarlar.
Mastürbasiya
vərdişi, bir qisim əsəb pozuqluqlarına gətirib çıxarır. Çox
əsəbiləşmələr, əl və qol titrəməsi, baş gicəllənməsi, yuxusuzluq,
yorğunluq hasil olar.
Mastürbasiya
vərdişi, insanı eşq və sevgidən məhrum edər. Evlilikdəki səadət
təməlləri, sevgi bağları üzərində qurular. Evlənən cütlüklərin, yalnız
bədənlərinin birləşməsi evlilik səadətini meydana gətirə bilməz;
bədənlə birlikdə hər iki ruhun sevgiylə birləşməsi lazımdır.
Mastürbasiyaya çox düşkün olanlar isə, ruhun dərinliklərindən fışqıran
bu sevgi mənbəsindən, lazım olan hissəni ala bilməzlər. Mastürbasiya,
sevgi cövhərini korlaşdırmaqdadır.
Çox
mastürbasiya, yaddaş zəifliyi, diqqətsizlik və unutqanlıq əmələ
gətirər. Bir şeyi əzbərləməyi çətinləşdirər. Əzbərlədikləriniz də tez
unudular. Bir mövzunu oxuyarkən, bütün diqqətinizi cəmləyə bilməzsiniz.
Diqqət dağınıqlığı meydana gələr. Oxuduqlarını da asan anlaya bilməz.
Həddi buluğa çatmamış uşaqlarda, mastürbasiya ilə sperma gəlmədiyindən,
həddindən artıq mastürbasiya bu uşaqlarda, beyin və əsəb sarsıntısı
əmələ gətirər, zehini inkişafa mane olar.
Mastürbasiyayla
məşğul olanların, şəhvət xəyalları və şəhvət dolu düşüncələri artar.
Mastürbasiyanı vərdiş edən gənc, gecə yatağına girdiyi zaman,
kor-koranə bir çox şəhvət xəyallarıyla zehnini məşğul edər. Fikrini bu
duyğulara yönəldər. Bu həm mastürbasiyaya daha çox səbəb olar, həm də
yaxşı şeylər düşünməyə fürsət verməz.
2- Həddindən artıq Mastürbasiyanın Fiziki, Cinsi və İctimai Zərərləri:
İnsanı
maddi istiqamətdən istismar etməyə istiqamətli bəzi vəsaitlər,
kişilərdə ruhi çöküntülərə səbəb olmaqdadır. Tibbi baxımdan bu cür
vərdişlərdən uzaq olmaq tövsiyyə edilir. Mastürbasiya,
insanı ölçüsüzlüyə sövq edər. Əslində mastürbasiya insanı təmin etməz;
doyum və rahatlıq meydana gətirməz. İnsanın cinsi zövq və hisslərini
təmin edilməmiş buraxaraq, daha çox təhrik edər, coşdurar. Bundan
ötəridir ki mastürbasiyaya davam edənlərin, bu arzuları getdikcə
şiddətlənərək bu işi çox irəli aparar. Bu da zərəri artırar. Həddindən
çox cinsi münasibətlər də zərərlidir; lakin mastürbasiyanın çoxu daha
çox zərərlidir.
Çox
mastürbasiya, müxtəlif xəstəliklərə və narahatlıqlara səbəb ola bilər.
Mastürbasiya, birbaşa xəstəlik meydana gətirən deyil deyə düşünmək
səhvdir. Çünki ölçüsüz mastürbasiyalarla, bədən qüvvədən düşərək qan
dövranının qüvvəsini azaldar, bəzi narahatlıq və xəstəliklərə gətirib
çıxarar.
Mastürbasiya
həvəskarları, cinsi münasibətdən lazım olan zövqü ala bilməzlər. Bu işi
mütləq vərdiş halına gətirən kəslər, cinsi münasibətlərə -ailə
həyatında- əhəmiyyət verməzlər. Bundan çox zövq almazlar. Bu hal,
mastürbasiya edən qadın və kişilərin, hər iki cinsdə də görülə bilər.
İkisi də özlərini dadsız zövq (!) vərdişinə öytətdiklərindən
yoldaşlarıyla etdikləri münasibətdən təmin ola bilməzlər. Belə kəslər
üçün, mastürbasiya daha cazibədar görünər.
Qadın
və kişini yaradan böyük Sənətkar, onları elə bir sənət və ustalıqla
yaratmışdır ki, onların cinsi birləşmə əsnasındakı zövq alveri, başqa
heç bir süni üsullarla əldə edilə bilməz…
Mastürbasiya
nəticəsində bədən yorular, ruh sıxılar. Halbuki müvəffəqiyyətli bir
cinsi münasibətdə bədən istirahət edər, ruh fərahlanar. Mastürbasiyada
isə bunların heç biri olmadığı kimi, qiymətli kimyəvi maddələr zorla
bədəndən xaric edilməkdədir. Bunun nəticəsində, insanda fərahlıqdan
uzaq bir çöküntü və yorğunluq meydana gəlməkdədir.
Mastürbasiya
vərdişi, bel ağrısına (erkən boşalmağa və sidik yolları da daxil olmaq
üzrə digər narahatlıqlara) gətirib çıxarar. Evlilik həyatında,
kişilərin şikayətlərindən ən çox görüləni də bel ağrısıdır. Bel
ağrılarının müxtəlif səbəbləri ola bilər amma, mastürbasiya da başda
gələn səbəblərdəndir. Belə narahatlıqlarla qarşı-qarşıya qalmamaq üçün,
mastürbasiyanı tərk etmək lazımdır.
Həddindən
artıq mastürbasiya vərdişi, qadınlarda cinsi soyuqluğa da səbəb olar.
Cinsi soyuqluq: Qadının cinsi münasibətdən həzz almaması, hissdən soyuq
və istəksiz olmasıdır. Bu hiss soyuqluğunun müxtəlif səbəblərindən biri
də, vərdiş halına gətirilən həddindən artıq mastürbasiyadır. İşin
qəribə tərəfi, bu tip bəzi kəslər, evləndikdən sonra da bu xəstəliyi
davam etdirərlər. Çox mühüm bir evlilik vəzifəsi olan cinsi əlaqə
fəaliyyətlərində, yoldaşlarıyla çox maraqlanmazlar. Nəticədə yoldaşlar
bir-birlərindən uzaqlaşarlar. "Cinsi istəklərini' öz-özünə dindirməkdən
zövq alarlar, tənhalığı sevərlər, həmişə tək qalmaq istəyərlər, fürsət
tapdıqca bu pis oyunu oynayarlar.
Mastürbasiya
edən bəzi gənclər, bu pis işə başqalarını da alışdırarlar. Yalnız öz
etdikləriylə qalmayıb, cəmiyyətdə bir çox uşaqlar və gənclər arasında,
bu pis xəstəliyin yayılmasına səbəb olarlar.
Bir
başqa zərəri də, cütlərin bir-birindən nifrət etməsi, cinsi həzz
duymamasıdır. Çünki masturbasiya edən adam, başqa bir yoldan şəhvətini
təmin edərək öz arzusuna çatmaqdadır. Bunun mənası, yoldaşların
bir-birindən gözlədiyini tapa bilməməsi və ümidlərinin qırılmasıdır.
Sonunda yoldaşlar bir-birindən uzaqlaşar və başqa təmin yolları
axtararlar. Qeyri qanuni yollara yönələ bilərlər.
Mütəxəssis
elm adamlarının mastürbasiya mövzusunda araşdırma nəticəsi ortaya
qoyduqları gerçək budur: Həddindən artıq mastürbasiyaya davam edənlər,
çox təhlükəli xəstəliklərə məruz qalar. Bunları belə sıralıya bilərik:
Unutqanlıq, iradə zəifliyi, yaddaşda geriləmə, təkliyə həvəs, tez
unutma, qorxu və boşalma, kədər və çətinlik, bəzi cinayətlərə təməli
hazırlama, intihar. Buna bənzər bəzi düşüncəni alt-üst edən, iradəni yaxşıca zəiflədib, şəxsiyyətin zədələnilməsi kimi xəstəliklər.
Yazar: M.Lənkəranlı |