Çərşənbə, 23.09.2020, 19:39
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1715
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0
Главная » 2010 » May » 18 » ƏDƏBİ İLƏ BİZİ ZİNƏTLƏNDİRƏN BEHCƏT AĞA
23:08
ƏDƏBİ İLƏ BİZİ ZİNƏTLƏNDİRƏN BEHCƏT AĞA
Kaş Allah səni zinətləndirdiyi kimi, bizi də zinətləndirərdi. Kaş Allah səni sevdiyi kimi, bizi də sevərdi. Sənin məqamların sayəsində bizlər çox şey öyrənə bilərdik. Amma öyrənmədik, öyrənmədik ona görə ki, dünya malına aşiqik, aşiq məşuqundan ayrıla bilmədiyi kimi, ayrıla bilmirik dünya zinətindən. Həqiqi zinəti görmürük, Allah bizi necə sevsin. Necə bizi öz gözəllikləri ilə zinətləndirsin.

Sənin vəfatını eşidəndə narahat oldum, gözlərim doldu, bir anlıq səcdəyə gedib Allaha yalvardım. Dedim: "Allah necə bir mömini (özü də necə mömini, onu görən hər bir kəs onun nəfəsindən, onun nurundan şəfa tapar) vəfatından öncə narahatlıq keçirmədim, hiss etmədim bizimlə vidalaşdığını, hiss etmədim nəfəsini, axır nəfəsini və gözlərini yummağını”. O əbədi xoşbəxtliyə gözünü açdı, vay bizim halımıza – kimisi yuxudadır, kimisi də əbədi ölüdür, kimisi xəstədir, kimisi də şəfa tapmaq istəyir.

Behcət ağamızın haqqında bəzi bilgimiz var. Ayətullah Misbahın ağa Behcətin haqqında danışdığı bir xatirə məni özünə cəlb etdi. O, belə nəql edir: "Həzrət Behcətin 40 il boyunca yerinə yetirdiyi gündəlik bir proqramı var. Hər gün iki tülü arasında hərəmə müşərrəf olar və gün çıxana qədər orada qalar. Hər gün Həzrət Məsumənin (ə) müvəhhər hərəmində Cəfər Təyyar namazı qılar və digər ibadətləri yerinə yetirərdi”. Dostlarından biri nəql edərdi ki, Ağa Behcət bir gün gecə namazından sonra buyurdu: "Əgər dünya sultanları bilsəydilər ki, insan ibadət halında necə ləzzətlər alır, heç bu maddi məsələlər dalınca getməzdilər”.

Həqiqət budur: Biz dadmamışıq namazın ləzzətini, onun insana bəxş etdiyi keyfiyyətləri. Özümüzü Allahı sevən kimi sayırıq. Bəs hanı o sevgi ki, onunla etdiyimiz söhbətə gecikirik?

Ağaya sual edirlər: "Allaha yaxınlaşmaq istəyirəm. Lütfən mənə yol göstərin. Bu işdə ustada ehtiyac varmı?” "Allahın adı ilə. Ustad elmdir, müəllim vasitə. Öz məlumatınıza əməl edin, bildiklərinizi ayaq altına atmayın. Bu hədis - "öz bildiklərinə əməl edən kəsi Allah bilmədiklərinin də varisi edər " və Qurani Kərimin bu ayəsi - "Bizim yolumuzda cihad edib çalışanları öz yollarımıza hidayət edəcəyik” (Ənkəbud, 69). Əgər bir nəticə olmasa, bilin ki, ona əməl etməmisiniz. Gün ərzində bir saatınızı da dini elmləri öyrənməyə ayırın”.

İnşəallah Allah bizləri həm Əhli-beytin (ə), həm də Behcət ağa kimi alimlərin nəzərlərindən bəhrələndirsin.

Amin, ya Rəbbəl-aləmin.


Zeynalova Yeganə,

"Dəyərlər”in oxucusu



Категория: Məqalələr | Просмотров: 980 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2020
Конструктор сайтов - uCoz