İlahi,
Pərvərdigara, məni Öz qoşunundan qərar ver, çünki Sənin qoşunun və
yalnız Sənin qoşunun qaliblərdir və məni Öz hizbindən (dəstəndən) qərar
ver, çünki həqiqətən yalnız Sənin hizbin nicat tapanlardır. Məni Öz
dostlarından qərar ver, çünki həqiqətdə Sənin dostların üçün heç bir
qorxu və qəm-qüssə yoxdur.
Pərvərdigara,
mənim dinimi islah et, çünki həqiqətən o mənim işlərimin isməti,
paklığıdır. Mənim axirətimi islah et, çünki həqiqətən axirət mənim
əbədi evim və alçaq adamlarla qonşuluqdan qaçış yerimdir. Həyatımı hər
bir xeyirdə mənim üçün artır, vəfatımı mənim üçün bütün şərlərdən rahat
et! Pərvərdigara, peyğəmbərlərin sonuncusu və mürsəllərin sayının
tamamlayıcısı olan həzrət Məhəmmədə, onun pak Əhli-beytinə və seçilmiş
səhabələrinə Salavat göndər. Mənim üçün üç şey əta et… Günahlarımı
bağışlamamış, qəm-qüssəmi aradan aparmamış, düşmənimi dəf etməmiş məni
boşlama, Səni and verirəm bütün adların ən yaxşısı olan Bismillaha,
yerlərin və göylərin Rəbbi olan Allahın adları xatirinə… |