İmam Əli (ə) buyurur: «Hansı bir vasitə səninlə Allah arasında olan rabitədən daha xatircəm ola bilər...Bəs
səni yaradıb sənə ruzi bəxş edən və sənin yaradılışına gərək olanı
verən kəsə sığın, fəqət Onun itaətində ol və qorxun təkcə Ondan olsun.
Bütün işlərində özünü Allaha tapşır ki, bu zaman özünün ən xatircəm bir
qüvvəyə tapşırmısan. Dua edərkən xalis niyyətlə Allahını səslə ki,
bağışlama və nemət Onun əlindədir və hər zaman Ondan istə ki, sənə
xeyir (məsləhət) olan hər şeyi sənin qarşına gətirsin».