Allahdan başqasına and
içmək olarmı?
Cavab: «Tovhid» və «Şirk» kəlmələrinin təfsirini
sünnətdə və Quran ayələri arasında axtarmaq lazımdır. Çünki Qurani-Məcid və Peyğəmbərin
həyat tərzi haqq ilə batili və tovhidlə şirki bir-birindən ayırmaq üçün ən yaxşı
meyardır. Buna görə də yaxşı olar ki, hər bir fikri və rəftarı insafla və heç
bir təəssübkeşliyə yol vermədən vəhy məntiqi yolu ilə Peyğəmbərin yaşayışı ilə
uyğunlaşdıraq. İndi isə Kitab və sünnətə görə Allahdan başqasına and içməyin
caiz olmasının açıq dəlil və sübutlarını diqqətinizə çatdırırıq.
1. Qurani-məcid
öz əbədi ayələri arasında bir sıra qiymətli-Peyğəmbərin canı insanın rəvanı,
yazmaq nişanəsi olan qələm, günəş, ay, gecə və gündüz, səma və yer, zaman dağlar
və dərya kimi Allah məxluqatlarına and içmişdir ki, onlardan bəzilərini sizin nəzərinizə
çatdırırıq:
a) «Ya Məhəmməd! Canına and
olsun ki, onlar məstlikləri (şəhvətpərəstlikləri) içində sərgərdan vəziyyətdə
qaldılar.» («Hicr» surəsi 72-ci ayə)
b) «And olsun günəşə və onun işığına;
And olsun günəşin ardınca çıxan aya; And olsun günəşi parlaq edən gündüzə; And
olsun günəşi örtən gecəyə; And olsun göyə və onu yaradana; And olsun yerə və
onu döşəyənə; And olsun nəfsi (insanı və ya insan nəfsini) yaradana. Sonra da
ona günahlarını və pis əməllərdən çəkinməsini öyrədənə ki...» («Şəms» surəsi,
1-dən-8-ci ayəyə qədər)
v) «And olsun batmaqda olan
ulduza!» («Həcm» surəsi, 1-ci ayə)
q) «Nun! And olsun qələmə və (mələklərin)
yazdıqlarına!» («Qələm» surəsi, 1-ci ayə)
d) «And olsun əsrə! İnsan həmişə
ziyan içindədir!» («Əsr» surəsi 1 və 2-ci ayələr)
e) «And olsun dan yerinə; And
olsun on gecəyə!» («Fəcr» surəsi 1 və 2-ci ayələr)
ə) «And olsun Tur dağına; And
olsun yazılmış Kitaba (Qurana). Açıq dəri üzərində olan kitaba; And olsun Beytül-məmura;
And olsun yüksək tavana (uca göyə) və dolub daşan dənizə!» («Tur» surəsi 1-ci
ayədən 6-cı ayəyə qədər)
Həmçinin, dünyada olan məxluqlara and içmək
«Naziat», «Mursəlat», «Buruc», «Tariq», «Bələd», «Tin» və «Zuha» surələrində gözə
dəyir. Şübhəsiz ki, əgər Allahdan başqasına and içmək ona şərik qoşmaq olsaydı,
heç vaxt tovhidin əbədi nizamnaməsi olan Qurani-Kərim onu etməzdi. Əgər bu cür
and içmək yalnız Allahın xüsusiyyətlərindən olsaydı, onda Quran ayələrində bu
qeyd olunmalıydı ki, səhvə yol verilməsin.
2. Bütün dünya müsəlmanları
Peyğəmbəri özlərinə nümunə hesab edir və onun həyat tərzinə yaxşını pisdən
(haqqı batildən) ayırmağın ölçüsü kimi baxırlar.
Müsəlman
mühəqqiqləri və Sihah, Məsanid kitablarının müəllifləri Peyğəmbərin bir çox
yerdə Allahdan başqasına and içməyini rəvayət etmişlər: Əhməd ibni Hənbəl (Hənbəli
məzhəbinin banisi) öz «Müsnəd» kitabında and içməyini rəvayət edir.
«Öz canıma and olsun ki, əmr be məruf və nəhy əz münkər etməyin
sakit oturmağından yaxşıdır». («Müsnədi Əhməd», c.5, səh.224 və 225)
Müslim
ibni Həccac altı səhih kitabdan biri sayılan öz «Səhih» kitabında belə yazır:
Bir kişi Peyğəmbərdən soruşdu: «Hansı sədəqənin savabı çoxdur?» Buyurdu: «Atana
and olsun ki, ondan xəbərdar olacaqsan. (Ən savablı sədəqə odur ki,) sağlam halında
və hərisliklə, həmçinin, yoxsulluqdan qorxan halda və əbədiyyətə ümid edərək sədəqə
verəsən». («Səhihi Müslim», 3-cü cüz (Misir çapı, «Kitabuz-zəkat» babı, «İnnə əfzələs-sədəqə
səddəqətus-səhihiş-şəhih»in bəyan olunma babı), səh. 93-94.)
Dünya müsəlmanlarının
böyük bir hissəsini Allahdan başqasına and içməyə görə müşrik hesab edənlər Peyğəmbərin
bu açıq-aydın rəftarını nə cür izah edərlər?
3. Allahın Kitabı və Peyğəmbərin
sünnətindən başqa Peyğəmbərin yaxın səhabələrinin rəftarı da Allahdan başqasına
and içməyin düzgün bir iş olduğunu açıq-aydın təsdiq edir:
Əli ibni
Əbu Talib (ə) öz hikmətli sözlərinin çoxunda öz canına and içir. Belə ki,
buyurur: «Öz canıma and olsun ki, məndən sonra sizin acizliyiniz daha da
artacaqdır». («Nəhcül-bəlağə», (Məhəm-məd Əbduh), 161-ci xütbə)
Başqa
bir yerdə buyurur: «Öz canıma and olsun, əgər öz azğınlığından və pis əməllərindən
əl çəkməsən, səni axtaranları tanıyacaqsan». («Nəhcül-bəlağə», (Məhəmməd Əbduh),
9-cu xütbə)
Aydındır
ki, bir belə rəvayətin müqa-bilində heç
bir ictihad və tərif özünü doğrulda bilməz. Heç bir başqa dəlil Allahın Quranda
olan rəftarını Peyğəmbərin yaşayış üslubunu və o həzrətin Əmirəlmöminin kimi ən
yaxın səhabələrinin həyat tərzini səhv hesab edib onları şirk və ikiallahlığa müttəhim
edə bilməz.
Nəticə: Qeyd olunmuş dəlillərin hamısından aydın olur ki, Allahdan başqasına
and içmək Qurana, sünnətə və möminlərin həyat tərzinə görə şəri bir məsələdir və
Allahın yeganəliyi ilə heç bir ziddiyyəti yoxdur. Buna görə də, bir rəvayətin
zahiri qəti şəkildə sübut olunmasına baxmayaraq, əgər müxtəlif olarsa, onu elə
yozub izah etmək lazımdır ki, Quranın əsli və rəvayətlər ilə uyğun gəlsin.
Bəzən mübhəm
(anlaşılmaz) bir rəvayətə işarə edirik və onun nəssini qeyd edib cavabını bəyan
edirik: Əziz Peyğəmbərimiz eşitdi ki, Ömər öz atasına and içir. Peyğəmbər
buyurdu: Allah taala sizi atalarınıza and içməyə qadağan etmişdir və hər kəs
and içmək istəyirsə, Allaha and içsin və ya sakit qalsın». («Sünənül-Kübra»
c.10, səh. 29 və «Sünəni Nəsai», c.7 səh. 4 və 5)
Bu hədis Allahdan başqasına and içməyin düzgün olduğunu isbat edən Quran ayələri və aydın rəvayətlərin qarşısında hər bir mane yarada bilməsə də, lakin bu rəvayət və qeyd olunmuş ayə və rəvayətlər arasında ümumi bir fikrə gəlmək üçün deməliyik: Peyğəmbərin Ömərə atasına and içməyi qadağan etməsi və həmçinin, onun kimilərə öz atalarına and içməkdən çəkindirməsi ona görə idi ki, onların ataları bütpərəst və müşrik idilər. Kafir
və bütpərəst olan şəxs and içilməyə layiq deyillər.
|