Cavab: «Tovhid» və «Şirk» kəlmələrinin təfsirini
sünnətdə və Quran ayələri arasında axtarmaq lazımdır. Çünki Qurani-Məcid və Peyğəmbərin
həyat tərzi haqq ilə batili və tovhidlə şirki bir-birindən ayırmaq üçün ən yaxşı
meyardır. Buna görə də yaxşı olar ki, hər bir fikri və rəftarı insafla və heç
bir təəssübkeşliyə yol vermədən vəhy məntiqi yolu ilə Peyğəmbərin yaşayışı ilə
uyğunlaşdıraq. İndi isə Kitab və sünnətə görə Allahdan başqasına and içməyin
caiz olmasının açıq dəlil və sübutlarını diqqətinizə çatdırırıq.
Yeni
evlənən gənc oğlan və qız sanki yenidən dünyaya gəlir və özlərini yeni
bir dəryaya atırlar. Dəryanın coşub-daşan dalğalarından özlərini qoruya
bilmələri üçün son dərəcədə ağıllı olmaları lazımdır, lap dənizdə
yaşayan quşlar və balıqlar kimi. Əgər onlar böyük dəryalarda yaşaya
bilmirlərsə, tez bir zamanda çətin həyatdan sonra girdablarda boğularaq
öz yeni həyatlarına son qoymalı olacaqlar...