Şiənin nişanələri
1. İmam
Sadiq (ə) buyurmuşdur: "Bizim şiələrimiz təqvalı, çalışqan, vəfalı,
əmanətdar, zahid və ibadətkardırlar. Onlar gün ərzində əlli bir rəkət
namaz qılırlar (yəni vacib namazlardan başqa müstəhəb namazları da
qılırlar). Onlar gecəni ibadətlə məşğul olar, gündüzləri oruc tutarlar.
Zəkatlarını verər, həccə gedər və hər növ çirkin əməldən çəkinərlər”
("Bihar əl-ənvar”, c. 65, səh 167).