Bazar, 22.12.2024, 14:48
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Fevral » 1 » ZİYARƏTİN QAYDALARI
23:28
ZİYARƏTİN QAYDALARI
ZİYARƏTİN QAYDALARI
Ziyarətin bir cox hokmləri vardır. Onların bəzisini sizin nəzərinizə catdırırıq:
1. Ziyarət səfərinə cıxmaqdan əvvəl qusl etmək.
2. Yolda mənasız sohbətləri və yersiz mubahisələri tərk etmək.
3. Ziyarət quslu etmək və qusl alarkən qusl duasını oxumaq.
4. Təharətli olmaq (dəstəmaz almaq).
5. Təmiz, gozəl və yeni libas geymək.
6. Hərəmə vuqarlı və kicik addımlarla, xuzu-xuşu ilə oz ətrafına diqqət etmədən getmək.
7. İmam Huseynin (ə) ziyarəti istisna olmaqla digər imamların ziyarətində ətirlənmək.
8. Hərəmə gedərkən "əl-Həmdu lillah", "Allahu-Əkbər", "Subhanəllah", "la ilahə illəllah"  demək və Muhəmməd (s) və Ali Muhəmmədə salavat gondərmək.
9. Hərəmin qapısında dayanıb daxil olmaq ucun izn istəmək,  urəyini yumşaltmaq və xuzu-xuşu əldə etmək ucun səy etmək, pak qəbir sahibinin əzəməti və cəlalı, Həzrətin onun qapı ağzında durmasını gorməsi, kəlamını eşitməsi, salamının cavabını verməsi haqqında fikirləşmək və Həzrətin oz şiələrinə və zəvvarlarına qarşı etdiyi mərhəmət, məhəbbət barədə duşunmək, oz kecmiş pis əməllərilə onları incidibsə, o əməllərini yada salıb qəlbi kovrəltmək, tovbə etməyi qərara almaq və gozləri yaşartmaq.
10. Mubarək giriş qapısını opmək.
11. Sağ ayaqla daxil olmaq, sol ayaqla cıxmaq.
12. Zirehə (qəbri əhatə edən kicik hasara) yaxınlaşıb ona soykənmək və onu opmək.
13. Ziyarət edərkən uzu şərif qəbrə tərəf durmaq.
14. Ayaq ustə ziyarətnamə oxumaq.
15. Ziyarəti qurtardıqdan sonra sağ uzunu zirehə qoyub yalvararaq dua etmək, sonra sol uzunu zirehə qoyaraq Allahı qəbrin sahibinə and verərək şəfaətinə nail olmasını istəmək. Sonra qəbrin baş tərəfinə gedib uzu qibləyə dayanaraq dua etmək.
16. Şərafətli qəbri gordukdə ziyarəti oxumazdan əvvəl təkbir – "Allahu-Əkbər" demək.  Hədisdə nəql olunur ki, kim İmamın (ə) qarşısında dayanıb "la ilahə illəllah vəhdəhu la şərikə ləh" desə, boyuk Allahın "Rizvan" adlı Cənnəti onun ucun yazılar.
17. Məsumların (ə) buyurduğu duaları oxumaq.
18. Ziyarət namazı qılmaq və birinci rəkətdə "Həmd"dən sonra "Ya sin" surəsi, ikinci rəkətdə isə "Həmd"dən sonra "ər-Rəhman" surəsini oxumaq yaxşıdır.
19. Hərəmin ətrafında olan miskinlərə, yoxsullara, fəqirlərə infaq və ehsan etmək.
20. İmamın (ə) şəhərindən cıxmaq istədikdə nəql olunmuş dualarla imamla (ə) vidalaşmaq.
21. Ziyarət zamanı kişi və qadınların ayrı-ayrılıqda ziyarət etməsi.
22. Başqalarının da rahat ziyarət etməsinə şərait yaratmaq.
Категория: Məqalələr | Просмотров: 1110 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz