Bazar, 22.12.2024, 07:53
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » May » 23 » Zinakarlıq Haqqında Hədislər.
22:32
Zinakarlıq Haqqında Hədislər.
Bismilləhir Rahmənir Rahim.
 
Zinanın qadağan olması.
 
Qur’an: «Zinaya yaxınlaşmayın ki, o fahişəlik və pis yoldur.» [1]
 
Hədis:
1. Allahın Peyğəmbəri (s):«Əgər ərli qadın öz gözünü ərindən başqa bir kişi, ya naməhrəmlə doldurarsa, Allah-taala ona qəzəblənər və onun bütün əməllərini batil edər. Əgər öz ərinə xəyanət edərsə, ona qəbr əzabı verdikdən sonra Cəhənnəm odunda yandırmaq Allahın haqqıdır.»[2]
2. İmam Əli (ə):«Qeyrəti olan, heç vaxt zina etməz.»[3]
3. İmam Sadiq (ə):«Qiyamət günü ən şiddətli əzab, öz nütfəsini ona haram olan rəhmdə yerləşdirən kişiyə veriləcəkdir.»[4]
4. İmam Rza (ə):«Zina bu fəsadlara səbəb olduğuna görə haram edilmişdir: İnsan qətli, əsl-nəcabətin aradan getməsi, uşaqların tərbiyəsizləşməsi, irs, miras məsələsinin pozulması və bu kimi fəsadlar.»[5]
 
Zinanın nəticələri.
 
1. Allahın Peyğəmbəri (s) :«Ey Əli! Zinanın altı nəticəsi var: üçü dünyada, üçü axirətdə üzə çıxar. Dünyadakı nəticələri budur ki, abır-həyanı aparar, ölümü tezləşdirər və ruzini kəsər. Axirət nəticələri isə ağır və dəqiq hesabatın aparılması, Rəhman Allahın qəzəbi və Cəhənnəm odunda əbədi qalmaqdan ibarətdir.»[6]
2. İmam Əli (ə):«Zina yoxsulluq gətirər.»[7]
3. İmam Baqir (ə):«Allahın Rəsulunun (s) kitabında belə yazıldığını gördük:«Məndən sonra zina aşkarda olunacağına görə qəfil ölümlər çoxalar.»[8]
4. İmam Sadiq (ə):«Zina geniş yayılanda zəlzələlər baş verər.»[9]
 
Bədənin hər üzvünün zinadan bəhrəsi var.
 
1.Məsih (ə):«Ətirlənib bayıra çıxan qadın, nə qədər ki, onun ətri başqalarının burnuna yetişir, zinakardır və ona baxan hər bir göz zina edir.»[10]
2. Məsih (ə):«Sənə məxsus olmayan qadına gözünü dikmək olmaz. Çünki gözünü (naməhrəmə baxmaqdan) saxlayanadək, heç vaxt zina etməzsən. Əgər naməhrəm qadının hətta libasına baxmamağı bacarsan, belə et.»[11]
3. Allahın Peyğəmbəri (s):«İnsanın bədən üzvlərinin hər birinə zinadan bir bəhrə yazılmışdır ki, istər-istəməz ona yetişər. Məsələn, gözün zinası (naməhrəmə) baxmaq, ayağın zinası günaha tərəf getmək və qulağın zinası haram səslər eşitməkdir.»[12]
 
[1] İsra, ayə 32
[2] Biharul-Ənvar, c.76,səh. 366, hədis 30
[3] Nəhcül-Bəlağə, hikmət 305
[4] Biharul-Ənvar, c.79,səh. 26, hədis 28
[5] Biharul-Ənvar, c.79,səh. 24, hədis 19
[6] Biharul-Ənvar, c.79,səh. 22, hədis 15
[7] Biharul-Ənvar, c.79,səh.23, hədis18
[8] əl-Kafi, c.2,səh. 374, hədis 2
[9] Təhzibul-Əhkam, c.3, səh. 148, hədis 318
[10] Tənbihul-Xəvatir, c.1, səh. 28
[11] Tənbihul-Xəvatir, c. 1,səh. 62
[12] Kənzul-Ummal,hədis 13026
Категория: Məqalələr | Просмотров: 2528 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz