Bazar, 22.12.2024, 07:53
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » İyul » 10 » YOXDAN YARADAN RƏBBİNİN ADI İLƏ OXU!
23:35
YOXDAN YARADAN RƏBBİNİN ADI İLƏ OXU!
                 YOXDAN YARADAN RƏBBİNİN ADI İLƏ OXU!
    Bəşəriyyət bu gün cəhalət aləmindən çıxıb elm, inkişaf, hidayət, səadət və xoşbəxtlik zamanına daxil olur.
   Şeytan və şeytansifətlər bu İlahi fəziləti hiss edir və elə bir fəryad çəkirlər ki, məğrib və məşriqdə eşilir. Amma artıq gecdir, Allah-taala insanları cəhalət almindən nura tərəf və Quran nuru ilə bütün bəşəriyyəti Qiyamətə qədər hidayət etməyi iradə etmişdir. Allah-taala Quranda bu haqda buyurur: "Allah (Ona) iman gətirənlərin hamisidir, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin hamisi isə Taqutdur (şeytanlardır). Onları (kafirləri) nurdan ayırıb zülmətə salarlar.” (Bəqərə surəsi, 257)
    Məkkədə Hera dağında ilk Quran ayəsi nazil olur. Allah-taala buyurur: "(Ya Peyğəmbər!) Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı. Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir! O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.” (Ələq surəsi, 1-4)
   Qeyd olunan ilk Quran ayələrində istər elmi və istərsə də mənəvi cəhətdən çox ecazkarlıq açıqlamaq olar. Biz yalnız, ilk nazil olan ayədə müasir zaman elmindən də yüksək səviyyədə olan elmi bir nöqtəni qed etmək istərdik. Ümidvarıq ki, bu gün İslam Peyğəmbərinə (s) nazil olan bu ilk Quran ayəsindən möminlər və insaflı alimlər ibrət alıb imanlırını daha da artıracaq və bunun müqabilində bəzi qəlb gözləri tutulmuş korlar isə yenidən təfəkkür edib müqəddəs Quran haqqında böhtan yazmaqdan əl çəkəcəklər.
    O da bundan ibarətdir ki, on dörd əsr əvvəl ilk nazil olan surədə (Ələq surəsində) Allah-taala kamil bir zərifliklə, insanları hidayət etmək halətində elə bir incə və elmi mətləbə işarə edir ki, bəşər elmi həmin elmi mətləbi min ildən sonra kəşf etmiş və müasir zamanda belə bir elmi mözzu tam şəkildə yalnız, ən çox inkişaf etmiş elektron texnikalara ilə ələ gələ bilər.  Allah-taala ilk nazil etdiyi ayədə buyrur:  "Yoxdan yaradan Rəbbinin adı ilə oxu! O, insanı laxtalanmış qandan yaratdı.” (Ələq surəsi, 1,2)
   Bu gün insanşünaslıq və insan rüşeymi elmi ilə məşğul olan ən dahi alimlər Quranın bu ayəsi müqabilində diz çökür və iqrar edirlər ki, 1400 il bundan əvvəl heç bir müasir texnikadan xəbər olmayan bir zamanda və mikrsokom kəşf olunmamışdan təxminən, mil il əvvəl, müqəddəs Quranda insanın ilk yaradılış prosesinə tam elmi şəkildə işarə olunur. Məsələ burdadır ki, bu sahənin bütün alimldərinin nəzərinə əsasən, insan rüşeyminin ana bətnində "laxtalanmış qan şəkilində olması” vəziyyətini yalnız və yalnız, müasir elmi texnika, daha doğrusu ən çox inkişaf etmiş mikroskop və ya kampyuter sistemi vasitəsi ilə görmək və müşahidə etmək mümükündür və adi gözlə rüşeymin bu vəziyyəti (laxtalanmış qan) müşahidə etmək qeyri-mümkündür.
   Qeyd etmək yerinə düşər ki, məhz Quranın bu ilk ayəsini mütaliə edən bu sahənin insaflı alimləri kəlimeyi şəhadətini demiş və İslama daha doğrusu, Allah-taalanın varlığına iman gətirib müsəlman olmuşlar. Bu haqda sonrakı bəhslərimizdə söz açacağıq. İnşallah!
  Ümidvaram, müqəddəs Quran-Kərimin elmi ayələrindən qəflətdə qalan bütün qafillər tezliklə yenidən Qurana müraciə etsinlər və bunun vasitəsi ilə oyanıb doğru və düzgün yolu tapa bilsinlər!
     Quranda "elmi mətləblər” mövzusunun ardı var ....
                                                                                          Faiq Vəlizadə
                                                                                                       2010-07-10
Категория: Məqalələr | Просмотров: 1199 | Добавил: imamrza_asiqi | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 ya_ZEHRA  
0
biggrin angel angel angel

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz