Bazar, 22.12.2024, 07:14
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Mart » 1 » YƏMƏNLİ RÜBABIN HEKAYƏSİ
21:30
YƏMƏNLİ RÜBABIN HEKAYƏSİ


Yəmənli Əli (ə) tərəfdarları bu gündə qırılır, başına min bir müsübət gəlib və gəlməkdədir. Və günahları da bundan ibarətdir ki, Əli (ə) tərəfdarlarıdırlar. Onlardan biri də yəmənli Rübab xanımdır.
O, hələ 3 yaşlı Yəmən şahididir. Və 3 yaşı olmasına baxmayaraq, bir çox ziyalı, elm və texnologiya dünyası olan dünyada barmaqla sayılası qədər önəmli şəxslərdən daha çox şey görmüş və dünyagörüşü baxımından tamamiylə fərqlidir desək, yəqin ki, yanılmarıq. Onu bu qədər ali dəyərlərə yaxın edən - onun ata və anasının gözü qabağında güllələnməsidir. Qardaşı Əbəlfəz zalıma qarşı çıxıb və ona görə də cəza olaraq da tikanla dolu bir düzənlikdə ayaqlarından qan damlaları süzülə-süzülə o düzənlikdə yeriyəndə, yəmənli Rübab orada idi. Və Əbəlfəz öz iradəsi ilə tikan üzərində gedib özünü qurban vermirdi. O, düşmən məcburiyyətində qaldığından tikan düzənliyində adım-addım yeriyirdi. Çünki, zalım düşmən ata və anasının başında dayanmış və Əbəlfəz irəliləmədiyi təqdirdə zalım bir həmləylə ata və ananı cənnətə göndərməsi haqda Əbəlfəzə demişdi. İndi Əbəlfəz çarəsiz halda ayağından qan damlaları qutarana qədər tikan düzənliyində irəliləməliydi. Amma qan damlaları qutarmamalıydı, çünki zalım düşmən ən iyrənc şərtlərindən ikincisi ilə Əbəlfəzi tanış etmişdi… O şərt də bundan ibarət idi ki, əgər tikan düzənliyində tikana basmadan şəhid olsaydı, onda ana və atasını onunla birgə cənnətə göndərəcəklərini bildirmişdilər.
Bəli, Əbəlfəzin durumu deyiləsi olmayan bir ağrılı dərddir. Gəlin görək Əbəlfəzi bu həddə çatdıran hansı əməl olub?
Əbəlfəz 18 yaşlı gənc Quran müəllimi idi. Və tikan düzənliyinə gətirilmədən on gün qabaq Əbəlfəz səhər evdən Quran dərsi keçmək üçün minarəsi partladılmış məscidə gedəndə, yolda zalım düşmənin tank və pulemyotların işə düşdüyünü gördü. Zalım düşmən qoca, bacı, ana, körpə bilmədən əsir götürür və qarşıya çıxanları şəhid edirdi. Əbəlfəz də orada idi. Və bir uşağın əyilib daş parçasını götürüb düşmənə atdığının və qarşılığının güllə ilə verildiyinin şahidi oldu. Və həmin daş parçasını atan uşağın gülləyə tuş gəlib, şəhid olmasına dözə bilməyən Əbəlfəz, zalıma yaxınlaşıb, aşağıdakı misraları ilə zalımın coşmasına və tikan düzənliyinə qədər gedib çıxmasına səbəb olacaq sözlər dedi:
"Bir daş parçasına dözümü olmayan siz zalımlar: Lazım olmayanda özünüzü elə göstərirsiz ki, elə bil sizdən dözümlüsü yoxdur. Halbuki, kiçicik uşağın bir hərəkətindən titrəyirsiz”.
Zalım bilmirdi hara qaçsın, nə etsin ki, bu Allah bəndəsi sussun. Avtomata barmaq atdı, lakin düşündü ki, vursa, camaatla ciddi qarşıdurma yaranardı. Çünki, camaat orada Əbəlfəzi dinləyirdi. Zalım dedi:
- Sakit olmasan, daş parçası atan uşağa dəyən güllədən sənə də dəyər.
Əbəlfəz gülümsədi və cavabında dedi:
- Mənim adımı bilirsənmi?
Zalım dedi:
- Nəyimə lazımdı sənin kimi insanın adını bilim?!
Əbəlfəz dedi:
- Mənim adım Əbəlfəzdi. Və Rəsulallahın nəvəsi (s) İmam Hüseynin (ə) qardaşının, Əlinin (ə) oğlunun adını daşıdığım halda, mən susa bilərəmmi?! Sən onu məndən görməyəcəksən. Bil və agah ol. Yəmən xalqı heç bir zaman izzətinin, şəxsiyyətinin, imamının yolundan çıxmaz.
Zalım gördü ki, məsələ uzanacaq, dedi:
- Götürün bunu və buna ən yüksək cəzanı verin.
İndi görün Əbəlfəzi yəmənli Rübabın qardaşı edən hansı sözlər oldu:
- Allaha şükür olsun ki, gizlində və aşkarda olan əməlləri bilir və görür. Əgər Allah görür və bilirsə, onda mənə nə etsəniz, bilirəm ki, o biri dünyada qat-qat artıq bunun əcrini alacağam. Onda mənə nə etsəniz, mənə baldan da şirin gələcəkdir!
Yəmənli Rübab Əbəlfəzi o halda gördüyü halda atasına dedi:
- Ata, qardaşımı bir də görməyəcəm?
Ata dedi:
- Görəcəksən.
Yəmənli Rübab sevinclə soruşdu:
- Harada, ata?
"Cənnət bağcasında, inşaallah", - deyə ata buyurdu.
Ondan sonra yəmənli Rübab dedi:
- Ata, cənnətdə kimlər olur?
Ata buyurdu:
- Haqq yolunda cihad edənin, haqqa qarşı susmayanın, ən ali dəyərlər naminə canından belə keçən və hətta şəhidlik məqamına qədər ucalanların yeridir cənnət.
Və bu o anlar idi ki, artıq Əbəlfəz şəhidlik məqamına ucalmışdı. Və artıq Kövsər suyundan içməyə hazır idi. O, ən ali dəyərlər uğrunda canını verən bir şəxsyiyət idi. Və səhərdən ürəyi dağlanan, ürəyi övlad sevgisi ilə yanan ana dilləndi:
- Oğul, ana südümü sənə halal edirəm. Ey, haqsızlıq görəndə susmayan oğlum... Mənim salamlarımı anamız Fatiməyi-Zəhraya (s.ə) çatdır, oğlum.
Və zalım düşmən yenə də öz sözünə sadiq qalmayıb, Əbəlfəzin ata və anasını bacısı Rübabın gözləri önündə şəhid etdi... Yəmənli Rübab yetim qaldı. "Və 3 yaşı olmasına baxmayaraq, bir çox ziyalı, elm və texnologiya dünyası olan dünyada barmaqla sayılası qədər önəmli şəxslərdən daha çox şey görmüş və dünyagörüşü baxımından tamamiylə fərqlidir desək, yəqin ki, yanılmarıq” ifadəsinin mənası, bax burada açılır...
Allah bizləri həqiqi Əli (ə) tərəfdarlarından qərar versin! Amin.
Müntəzir
"Dəyərlər”in oxucusu, 16 yaş

Категория: Məqalələr | Просмотров: 881 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz