Главная » 2010 » Fevral » 26 » Xocali soyqirimi
|
Bismilləh və Billəh
Xocalı
soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan
Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə
Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş
soyqırım. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. 1992-ci
il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ
dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı
alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı
şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər
toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə,
fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü.
Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam
rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün
içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən
613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım
nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613
nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25
uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.
Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275
xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına
1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində
ziyan vurulmuşdur. |
Категория: Məqalələr |
Просмотров: 2890 |
Добавил: imamrza_asiqi
| Рейтинг: 2.0/1 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|