Xanım Fatimeyi Zəhranın (s.a.) adları və adlarının mənası.
Yunis ibn Zəyban İmam Sadiq(ə.s)-in belə söylədiyini nəql edir:
«Fatimə(s.ə)-nin
Allah dərgahında doqquz adı vardır–Fatimə, Siddiqə, Mubarəkə, Tahirə,
Zəkiyyə, Raziyyə, Mərziyyə, Mühəddəsə, Zəhra. Fatimə adının mənası hər
cür pislikdən ayrılmış (və ya seçilmiş), təmizlənmiş deməkdir. Əgər
Fatimə olmasaydı, möminlər ağası Əli(ə.s) üçün Adəmdən tutmuş ta
qiyamətə kimi yer üzündə həyat yoldaşı tapılmazdı[1].»
Bəzi
rəvayətlərdə belə gəlmişdir ki, onun Fatimə adlandırılması buna görədir
ki, Xanımın yerinə yetirəcəyi işləri cəhənnəm atəşindən çox-çox uzaq,
elm və kamalın vasitəsilə başqalarından qat-qat fərqlənir. Qadınlara
məxsus hər ay baş verən adətdən pakdır. İnsanlar onu tanımaqda
acizdirlər. Allah-təala onu və onun mömin, Tanrının birliyinə
səmimi-qəlbdən inanan övladlarını, dostlarını cəhənnəm atəşindən
uzaqlaşdırar.
Yenə
də rəvayət olunubdur ki, Fatimə(s.ə)-nin adı Allahın «Fatir» adından
götürülmüşdür. O Həzrətə ona görə «Tahirə» deyirlər ki, hər cür pislik
və çirkinlikdən uzaqdır. Qadınlara məxsus adəti görməmişdir. «Zəhra»
adlandırılmasının səbəbi isə gündə üç dəfə nurlu camalının həzrəti-
Əli(ə.s) üçün cilvələnməsindən irəli gəlirdi.
Əbu Haşim Cəfəri deyir: «İmam Həsən Əsgəri(ə.s)-dən soruşdum ki, nəyə görə Fatimə(s.ə)-yə «Zəhra» deyirlər?»
Buyurdu:
«Fatimə(s.ə)-nin nurlu çöhrəsi əmirəlmöminin Əli(ə.s) üçün sübh doğan
günəş, günorta nur saçan ay və axşam parlaq ulduz kimi idi».
Şeyx
Səduq (r.ə) həzrəti-Riza(ə)-dan nəql edir ki, bir gün İmam söhbət
əsnasında buyurdu: «Mübarək Ramazan ayında ay səmada hilallaşanda (yəni
on dörd günlük olanda ) Fatimə(s.ə)-nin nuru ayın nurunu üstələyirdi,
belə ki Fatimə(s.ə) evə girərkən ayın işığı yenidən aşkar olurdu».
İmam Sadiq(ə.s) Fatimə(s.ə)-nin «Zəhra» adlandırılması səbəblərindən birini belə açqlayır:
Behiştdə
onun üçün qırmızı yaqutdan bir qübbə düzəlmişdir ki, həmin qübbənin
hündürlüyünün ölçüsü bir illik yol məsafəsi qədərdir. Bu qübbə Allahın
qüdrəti ilə fəzada heç bir sütun olmadan durmuşdur. Qübbənin yüz min
qapısı vardır və hər qapının da ağzında min mələk dayanmışdır. Behişt
əhli isə sizin səmada parlayan ulduza baxdınız kimi, ona baxaraq belə
deyər: «Bu parlaq imarət Fatimə(s.ə.)-nindir».
Başqa
bir rəvayətdə belə gəlmişdir ki, Allah-təala mələkləri yoxlamaq
məqsədilə onlara tərəf qara bulud göndərdi. Bu zaman elə bir qaranlıq
çökdü ki, mələklər bir-birini belə görmədilər. Allahdan bu qaranlığın
onların üzərindən götürməsini istədilər. Allah-təala onların duasını
qəbul edib Fatimə(s.ə)-nin nurunu göndərdi.Məhz bu xanımın nuru ərşin
ətrafında asılı halda günəş kimi göyün və yerin yeddi qatını
işıqlandırdı. Mələklər Allaha təsbih və zikr dedilər. Allah-təala
onlara buyurdu: «And olsun İzzəti-cəlalıma ki, sizin təsbihinizin
savabını qiyamətə qədər həzrəti-Zəhra(s.ə)-nın Atasının, Ərinin və
Övladlarının dostlarına verəcəyəm».
Həzrəti-Zəhra(s.ə)-nın
adlarına bu adlar da daxildir: Hisan, Hürrə, Seyyidə, Əzra, Həvra,
Məryəm, Kübra və Bətul. Rəvayətdə nəql olunur ki, o Həzrət bu səbəbdən
«Bətul» adlandırılmışdır ki, heç vaxt qadın adəti görməmişdir. İbn Şəhr
Aşub «Mənaqib» adlı kitabında yazır:
«Səhih
rəvayətlərə əsasən, Fatimə(s.ə) iyirmi ada malik olubdur ki, adlarından
hər biri onun fəzilətlərini özündə əks etdirmişdir. İbn Babəveyh bu
adları « Müvəllid Fatimə» kitabında sadalamışdır».
O
Xanımın künyələri: «Ümmülhəsən», «Ümmülhüseyn», «Ümmülmöhsin»,
«Ümmuləimmə», «Ümmüəbiha» və «Ümmülmöminin»-dən ibarət olmuşdur. Bu
künyələr xanım Fatimə(s.ə)-nin ziyarətnaməsində də işlədilmişdirdir.
«Mənaqib» adlı kitabda qeyd olunmuşdur ki, göylərdə həzrəti-Fatimə(s.ə)-yə «Nuriyyə», «Səmaviyyə», «Haniyyə» də deyirlər.
«Haniyyə»
adı ərinə və övladlarına qarşı çox mehriban, qayğıkeş olduğu üçün xanım
Zəhra(s.ə)-ya verilmişdi. [1] «Üsuli-kafi» I-c, səh.461. |