Cümə axşamı, 25.04.2024, 07:39
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Aprel » 27 » XANIM ZƏHRA (S.Ə)
23:39
XANIM ZƏHRA (S.Ə)
                          Xanım Fatimeyi Zəhra(s.ə)-nın
Nəhayət,zaman gəlib çatdı və ölüm mələyi ədəb-ərkanla Fatimənin (ə) evinin astanasında durdu.Əzrail,Zəhranı (ə) uca göylərdəki mələklərin yanına aparmağa,orada onu İlahi rəhmətinə qovuşdurmağa gəlmişdi.
  Bəli, Fatimeyi-Zəhra(ə)misilsiz qəhraman qadın,iş və mübarizə,inqilab və siyasət xanımın,paklıq və təmizlik,namus və iman,İlahi möminlik və saflıq nümunəsi,bir sözlə,İslam Pyğəmbərinin qiymətli və əziz yadigarı bu qədər əzab-əziyyətə düşdükdən,atasının bəzi yaramaz və vəfasız ümməti tərəfindən rəva görülmüş zülm və cəfalar gördükdən sonra alicənab atasının vəfatından bir müddət keçmiş o həzrətin ardınca özü də bu fani dünya ilə vidalaşdı
  Fatimə (ə) öz Pərvərdigarına qovuşmağa tələsdi və bu dar və dəyərsiz dünyadan özü ilə qəlbindəki bir yığın dərd-qəmi də apardı.Bununla da coxdankı arzusuna çatdı.Axı Fatimə (ə) həmişə atasının olmağı arzulamışdı və indi bu arzunu da həqiqətə çevrildi.
  Ayişə deyir:İslam Peyğəmbəri (s) ölüm yatağında olarkən bir gün Fatimə (ə) onun hüzuruna gəldi.Yerişi eynilə atasının yerişi kimi idi.İslam Peyğəmbərinə (s) salam verib Mərhaba dedi və sağ tərəfində oturdu.Sonra yavaşca,pıcıltı ilə qulağına nəsə dedi və Zəhra (ə) birdən ağlamağa başladı.Sonra Peyğəmbər (s) onun qulağına  başqa bir mətləbi pıcıldadı və Zəhra (ə) sevindi.Ona dedim: Fatimənin (ə) bu səmimi arzusu tez həyata kecdi.O behişt xanımlarının xanımı çox tez (bir fikrə görə Peyğəmbərin (s) vəfatından 75 gün sonra) haqqın dəvətinə qəbul edib,sevimli Yaradanına qovuşdu.Amma Fatimənin (ə) vəfatı ilə bağlı iki məsələ dərdli və yanıqlıdır: Biri odur ki,o həzrət ömrünün lap cavan çağında bu dünyadan köçdü.İkincisi isə bu dünyadan yaxşı yola salınmadı.Uşaq salandan sonra mübarək qabırğası sındı.Torpağa tapşırılması da ürəkyandırıcıdır: O həzrət qürbətdə və təkcə,qara gecədə,nəzərlərdən uzaq halda torpağa tapşırıldı.Onu sevənlərin çoxu hətta məzarına göz yaşları da çiləyə bilmədilər
                 FATİMEYİ ZƏHRA (S.Ə) MƏSCİDİ
.
                   XANIM ZƏHRADAN HƏDİSLƏR
Xanim Fatimeyi Zehra (s.e)  buyurub: Mena uz getiran belalar  gunduza uz getirsaydi gunduz donub gece olardi

Xanım Fatimeyi-Zəhra (s) buyurub:Peyğəmbər (s.a.s) buyurdu: Ey Fatimə! Hər kəs sənə salavat göndərsə ALLAH onu bağışlar və cənnətin harasında olsamda belə onu mənimlə birgə edər.


Xanım Fatimeyi-Zəhra (s) buyurub:Bir gün axşam yatmaq istəyirdim ki atam gəlib buyurdu: Ey Fatimə, 4 şeyə əməl etməmiş yatma!
1) Bir Quran xetm et( oxu).
2) Peyğəmbərləri özün üçün şəfaətçi qərar ver.
3) Möminləri özündən razı sal.
4) Həcc və ümrə əməlini yerinə yetir.

Dedim: Ey ata, yatan vaxtı bu əməllər çətindir.Buyurdu:

  Əgər üç dəfə İxlas surəsini oxusan bir quran oxumuş olarsan.
  Əgər mənə və qabaqki Peyğəmbərlərə (s.a.s) salavat desən sənə şəfaətçi olarıq.
  Əgər Mominlər üçün istiğfar etsən onları özündən razı salmış olarsan.
  Əgər sübhanəllahi vəlhəmdülillahi vəlailahə illəllahu vəllahu əkbər zikrini desən həcc və ümrəni yerinə yetirmiş kimi olarsan.


Kor kişi Peyğəmbərə (s.a.s) qonaq gəldikdə Xanım Fatimeyi-Zəhra (s)özünü gizlətdi.

Peyğəmbər (s.a.s) soruşdu ki nə üçün özünü gizlətdin o ki səni görə bilməzdi? Xanım Fatimeyi-Zəhra (s) buyurdu: O məni görməsə də mən onu görürəm və o mənim qoxumu duyurdu.

Bəharul-ənvar cild 3 səh 93.
Категория: Məqalələr | Просмотров: 1260 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 qeio  
0
Allah razi olsun twk

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz