Vəhhabi alimi şiə alimlərini Peyğəmbərə (s) bənzədib
Audiyazı vasitəsilə çıxışını yayan Ər-Riyadın imam-cüməsi Şeyx Məhəmməd Üreyfi daha öncə Ayətullah Sistaninin təhqir etməsinə baxmayaraq, bu dəfə mərcəəni tərifləyib. "Təvazo, dünyadan uzaq olmaq, zöhd, Allahın zikri, Allaha, Peyğəmbərə və Əhlibeytinə məhəbbət həqiqətən şiə alimlərinə xasdır,” – deyən Üreyfi əlavə edib ki, şiə alimləri Peyğəmbərin göstərişlərinə daha yaxşı əməl edirlər. Müsəlman aləminin böyük mərcəəsi Həzrət Ayətullah Sistani barədə isə o deyib: "Ayətullah Sistani İlahi buyuruqlar əsasında addım atır, bu səbəbdən onu bir çox sünnü alimindən üstün tuturam.”
Ahlibeyt.az