Qurani - Kərimin müxtəlif ayələrində təqvanın əhəmiyyəti barəsində söz gəlibdir.
«Hücurat» surəsinin 13-cü ayəsində insanların ən yaxşısı və kəramətlisi onların təqvalıları hesab olunubdur (həqiqətən, siz insanların kəramətlisi Allah yanında sizin ən təqvalılarnızdır ). «Bəqərə» surəsinin 197-ci ayəsində təqva insanlara lazım olan ən yaxşı əməl xəzinəsi hesab edilibdir, ( «Qiyamətə görə özünüz üçün» əməl xəzinəsi hazırlayın və «bilin ki» əməl xəzinəsinin ən yaxşısı təqvadır»).Qurani - Kərimin müxtəlif ayələrində bütün peyğəmbərlərin əsas dəvəti insanları təqvaya çağırmaq olubdur. Qurani- Kərim təqvanın daha artıq əhəmiyyətini çatdırmaq üçün «Muddəsir» surəsinin 56-cı ayəsində böyük Allahı təqvalılar içnidə hesab edibdir ( O Allah təqvalılardan və O, bağışlayandır).
«Bəqərə» surəsinin 282-ci ayəsində İlahi elmlərə malik olmağın yolu yalnız təqvalı olmaq tanıtdırılıb ( İlahi təqvaya riayət edin, ta ki Allah tərəfindən elmə sahib olasınız). İndi isə, görək, təqvanın həqiqi mənası nə deməkdir. Qurani - Kərimdə təqva haqqında gələn ayələrin bir neçəsinə diqqət yetirsək, aydın olar ki, insaniyyətin ən mühüm dəyəri, ( bütün ibadətlərdən məqsəd) insanların təqvali olmaları hesab edilibdir. « Şəms» surəsinin 8-ci ayəsində təqva sözü bütün pisliklər qarşısında qərar verilib. Qurani- Kərimdə insanın hər əməli, təmiz niyyət, ixlas və həqiqi iman əsasında olması kimi təqva tanıtdırılıb , Təqva, həqiqətdə İlahi ruhiyyə (məsulliyyət) hissidir ki, qəlbə İman nuru saçandan sonra, insanı günahlar və haram işlərdən çəkindirib, yaxşılıqlara doğru dəvət edib vacib əməlləri yerinə yetirməkdə ona kömək edir.
Həzrət Əmirəlmöminin Əli (ə) «Nəhcül - bəlağə» kitabının müxtəlif xütbələr və kəlamlarında təqva mövzusuna toxunub, təqvanın təsir nəticələrinə işarə edib və müsəlmanları təqvalı olmağa çağırıb. O həzrət «Nəhcül - bəlağə» kitabının 16-c ı xütbəsində təqvanı günahlar ilə müqayisə edərək belə buyurub: «Bilin ki , günahlar vəhşi at kimidir ki, cilovları ( ipləri) öz başına boşlanıb və sahiblərini cəhənnəmin dərinliyinə tərəf çəkib aparırlar, amma təqva isə bir əhlil at kimidir ki, öz sahibilərini Behiştin ən gözəl mərtəbəsinə qədər aparırlar». Həzrət Əli (ə) bu gözəl oxşatmada belə aydın edir ki, insan öz nəfsinə hakim olsa, özünü günahlar, pisliklər və şəhvətlərdən çəkindirib təqvalı olar və əksinə, günahlara tabe olmaq isə təqvasızlıq deməkdir. Həzrət Əli (ə) 190-cı xütbədə təqvanı etibarlı sığınacaq və Allah ilə insanlar arasında olan ən möhkəm vasitə hesab edib. O həzrət «Nəhcül bəlağə»-nin 161-ci xütbəsində bütün insanları təqvalı olmağ dəvət edib və təqvanın müxtəlif təsir və nəticələrini izah edib: «Ey Allahın bəndələri, sizə təqvalı olmağ o vəsiyyət edirəm. Təqva sizin üçün əməl xəzinəsi və sığınacaqdır. O, sizi son məqsədinizə, yəni Behşitə çatdırıb bütün xətərlərdən qoruyacad. Allahın ən yaxşı bəndələri- «peyğəmbərlər» insanları ona tərəf çağırıblar. Ey Allah bəndələri ! İlahi təqva insanları haram əməllərdən çəkindirər və onların qəlblərini Allah qorxusu ilə doldurar. Təqva nuru onların ruhlarına sonsuz təsir bağışlayandan sonra onlar gecələri oyaq qalıb ibadət ilə məşqul olarlar, isti günləri oruc tutarlar, bütün çətin əməlləri rahatlıqla qəbul edərlər».
Təqvalı insanlar aydın bilirlər ki , bu dünya keçicidir və eyni zamanda bütün çətinliklər və bəlalar ilə birlikdədir, amma sonda insan hər şeyi bu dünyada qoyub getməlidir. Bu mənaya Həzrət Əli (ə) 114-cü xutbədə toxunub və belə buyurub: «Təqvalı insanlar yaşamağın sonunu yaxın görüb nəticədə yaxşı əməllər yerinə yetirməyə çalışıblar, öz arzularını kiçildərək həmişə yaşayışlarının sonunu nəzərə alıblar »
İmam Əli (ə) «Nəhcül – bəlağə» kitabnın 157-ci xütbəsində təqva barəsində belə buyurub: «Ey Allah bəndələri ! Bilin ki, təqva bir möhkəm qala kimidir, amma günahlar isə bir bünövrəsiz evə bənzər ki, öz əhlini qoruya bilmir. O həzrət 157-ci xütbədə təqvanın ən dəyərli nəticəlrindən birinə işarə edib: «Bilin, təqva vasitəsi ilə günahların zərərli nəticələrini aradan qaldırmaq olar və təqvadan ələ gəlmiş yəqin ilə ən üstün dərəcələrə çatmaq olar. İmam Əli (ə) «Nəhcül - bəlağə»nin 191-ci xutbəsində belə buyurub: « Ey Allah bəndələri ! Sizə ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Təqva bir ilahi haqqdır (Sizin üzərinizdə), siz təqvaya sahib olmaqla Allah sizə ( Onun yolunda) addım atmağa daha artıq köməklik edər. Sizə vəsiyyət edirəm ki təqvanı əldə etməkdə Allahdan köməklik istəyin və təqva vasitəsi ilə Allahın əmrlərini yerinə yetirin, çünki təqva sizin yaşadığnız günlər sizin üçün əmin, sizi bəlalardan qoruyandır, sabah isə (öləndən sonra ) behşitə çatmağın yoludur. Təqva yolu ən aydın və aşkar yoldur. Bu yolu gedən sonsuz faydalar əldə edəcək. Qiyamət günündə insanın ən ehtiyacı olduğu şey onun təqvası olacaqdır, o Qiyamət günü ki, Allah bütün bəxş etdiyi nemətlər qarşısında sual soruşacaq.»
İnsan İlahi təqvaya riayət eməklə həqiqi möminlik mərtəbəsinə çatır. Təqva ruhiyyəsi insana vacib və bəyənilmiş əməlləri yerinə yetirməkdə kömək edir və Allahın bəyənmədiyi işlərdən çəkinməkdə yardım edir. İmam Əli (ə) «Nəhcül - bəlağə» kitabının 184-cü xutbəsində dostlarının birinin sualı qarşısında O, həzrətdən təqvalı insanların xüsusiyyətlərini soruşmuşdu bir ali rəssam kimi təqvaya malik olan insanların xüsusiyyətlərinin incəliklərini bəyan edib.
İndi isə, o xutbənin bir neçə hissəsini diqqətinizə çatdırmaq istəyirik.
İmam Əli (ə) sual soruşan dostuna ilahi təqvaya riayət etməyi tövsyiə edəndən sonra belə buyurub: «Təqva sahibləri dünyada üstünlüklər sahibidirlər. Onlar danışıqlarında həmişə düzlüyə riayət edərlər, geyimlərini orta səviyyədə seçərlər, xalq arasında mülayim hərəkət edərlər ( təkəbbürlü olmazlar). Allah onlara haram etdiyi şeylərə gözlərini yumarlar, onlara fayda yetirən elmlərə qulaq asar və faydasız danışıqlardan çəkinərlər, çətinlik və bəlalarla qarşılaşanda özlərini eynilə rahatlıqda olduğu kimi apararlar. Allah onlar barəsində qərar verdiyi şeylərə razı olarlar. Əgər Allah onlara ölüm vaxtalrını yazmasaydı, onlarun savaba nail olmaq həvəsindən və cəhənnəm odunun qorxusundan ruhları bədənlərində qərar tutmazdı. Allah onların nəzərində böyük, Allahdan qeyri isə onların gözündə kiçikdir, Behiştə inamları - Behişt əhlini görənlərin inami kimidir, cəhənnəm oduna inamları isə cəhənnəm atəşində əzaba düçar olanları görənlər kimidir, ürəkləri qəmli kimidir, xalqa heç cür əziyyət verməzlər, ... gecələr Quran oxuyub və diqqətə onun mənaları barəsində fikir edərlər. Quranın nurundan öz dərdlərinə dərman arayarlar, Behişt barəsində olan ayələrə yetişərkən sevinər, cəhənnəm barəsində olan ayələri oxuyarkən ürəkləri kədərlənər, elə bil ki, cəhənnəmdə əzab alanların fəryadlarını eşidərlər. Namaz vaxtı ruku edib səcdə üzvlərini torpağa qoyarlar və Allahdan günahlarının bağışlanmağını və cəhənnəm odundan azad olmaqlarını istəyərlər...»
Allah bizim hamımıza imkan versin ki, mübarək Ramazan ayının oruc ipini tutaq.
Bu ayda Quran ayələrini oxuyub ürəklərimiz İlahi nur ilə işıqlansın. Allahdan arzu edirik ki, Oruc tutmaq sayəsində İlahi təqvanı əldə edək və həqiqi möminlərdən olaq.
Sual-cavab
Imanlı insanda hansı xüsusiyyətlər olmalıdır?
Cavab: Quran ayələri və Əhli-beyt hədislərində möminlərə məxsus bi çox sifətlər sadalanır. Biz yalnız «Ənaf» surəsində qeyd edilmiş sifətlərdən danışacağıq: « Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkiləndə ürəkləri qorxudan titrəyir».
Həqiqi möminlərdə üç mənəvi və iki əməli keyfiyyət olur. Üç mənəvi xüsusiyyət məsuliyyət hiss edir və onun buyurduğu vəzifələrdə səhlənkarlıq göstərmir.
Möminlərin ikinci mənəvi xüsusiyyəti olur ki, Allahın ayələri oxunduğü zaman imanları artar.
Təkamül bütün dirilərə məxsus olan xüsusiyyətdir. Əgər insanın qəlbirdə iman ölməmişsə, o inkişaf etməlidir. Diri iman isə yalnız həqiqi möminlərin qəəlbində olur.
Möminlərə məxsus üçüncü sifət, onların yalnız Allaha təvəkkül etməsidir. Onların düşüncələri o qədər uca və genişdir ki, zənf təbiətli insan nəslinə güvənməzlər.
Möminlərin əməli xüsusiyyətləri haqqında belə buyurudur: «Namaz qılar və verdiyimiz ruzidən sərf edərlər». Aydın olur ki, həqiqi möminlərin həm Allah, həm də cəmiyyət qarşısında əməli vəzifələri vardır: ibadət və xalqa yardıım!
Behiştdə(cənnətdə) hansı nemətlər vardır?
Cavab: Qurani-Kərimdə behiştin maddi və mənəvi nemətlərrindən ətraflı şəkildə danışılmışdıır. Səkkiz qapısı olan behiştdə möminləri səkkiz böyük nemətin gözlədiyi bildirilmişdir:
1. Yamyaşıl behişt bağları, göz yaşı tək duru bulaqlar.
2. Bütün xəstəliklərdən və ağrıılardan uzaq sağlamlıq.
3. Asayiş və əmin-amanlııq.
4. Kin-küdürətsiz, xeyanətsiz açıq ürək.
5. Məhəbbətlə müşayiət olunan qardaşlıq.
6. Taxtlarda üz-üzə əyləşib, kimsənin kimsəyə arxa çevirməməsi.
7. Yorğunluq və zəhmətdən uzaq təravət.
8. Mövcud nemətlərin əbədiliyi.
Maraqlıdır ki, bütün bu nemətlər təqvalıı insanlara vəd edilir. Amma bu nemətlər haqqında eşidib, öz günahlarına peşman olan insanlar da məyüs edilir. Allah-təala Quranda belə buyurur: «Qullarıma xəbər ver ki, Mən, həqiqətən bağışlayan və rəhm edənəm».