Toy Gecəsi ve Müstəhəb Əməllər
1.
Namaz: Müstəhəbdir ki, bəy ve gəlin toy gecəsi dəstəmaz alıb iki rəkət
namaz qılsın, Allaha şükür edib, Peyğəmbər (s.a.a.) və o cənabın Əhli -
Beytinə (a.s.) salavat göndərsin, Allaha dua etsinlər ve gələcək
həyatları üçün Ondan xeyir - bərəkət diləsinlər.
2. Dua:
Allahummərzuqni ilfəha ve huddəha ve rizaha , vərzini biha vəcmə
bəynəna bi əhsəni ictimain ve anəsi itilafin, fəinnəkə tuhibbul-həlalə
ve təkrəhul-həram. Kişi bu duani oxuyarkən qadın amin desin.
Bu
zaman belə evlilik İlahi rəng alır, qadınla kişi arasındakı məhəbbət ve
baglılıgı şəhvətlə məhdudlaşmaqdan saxlayır. Aydin məsələdir ki,
evlilikdən bir müddət sonra insandakı şəhvət hissləri əvvəlki günlərə
nisbətən zəifləyir. Bu zaman evlilik İlahi məhəbbət ve meyara
soykənməmişdirsə, ailə özülləri günbəgün sarsılmağa başlayır.
3.Bərəkət
suyu: Əziz İslam Peyğəmbəri (s.a.a.) buyurub: Elə ki, gəlin sənin evinə
daxil oldu, ayaqqabılarını çıxart, ayaqlarını yu və suyunu evin
ətrafina səp. Eger bu cür etsən., Allah-Təala (c.c.) yetmiş min yoxsulu
sənin evindən xaric edib yetmiş min bərəkəti sənin evinə daxil edər. Məsumlarımız (a.s.) bu gecədə kişilərə tələsməməyi, qadını da nəzərə almağı tövsiyyə etmişdir.
ZEHRETÜL_KERBELA
|