Şənbə, 23.11.2024, 16:21
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » May » 26 » Teqva Haqqinda Hedisler
02:31
Teqva Haqqinda Hedisler
1850.Təqva
Quran:
«Əgər o məmləkətlərin əhalisi iman gətirib təqvalı olsaydılar, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar təkzib etdilər. Buna görə də qazandıqlarına (əməllərinin cəzası olaraq) onları yaxala(rından yapış)dıq.»[1647]
«Bu, (haqq olması) barəsində heç bir şəkk-şübhə olmayan bir kitab və təqvalılar üçün hidayətdir…..Onlar öz Rəbbi tərəfindən olan hidayətdədirlər və onlar həmin nicat tapmışlardır.»[1648]
«Göylərdə və yerdə olanlar Allaha məxsusdur. Biz sizdən əvvəl kitab verilmiş kəslərə və (eləcə də) sizə tövsiyə etdik ki, Allahdan qorxun və əgər küfr etsəniz, (Onun nə qorxusu? Çünki) göylərdə və yerdə olanlar Allaha məxsusdur. Allah ehtiyacsız (və sifətlərində) tərif olunmuşdur.»[1649]
«Ey Adəm övladları, həqiqətən sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq libas (geyim) göndərdik. Ən yaxşı libas təqvadır. Bu, Allahın (qüdrət) nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar.»[1650]
«Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) fərqləndirən (bir qüvvə) verər, sizin günahlarınızı təmizləyər və sizi bağışlayar. Allah böyük lütf və bəxşiş sahibidir.»[1651]
«Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə veririk. (Gözəl) aqibət təqvalılarındır.»[1652]
Hədis:
6649.İmam Əli (ə): «Təqva əxlaq və xislətlərin başçısıdır.»[1653]
6650.İmam Əli (ə): «Doğrudan da təqva ən yaxşı xəzinə, ən möhkəm sığınacaq, ən şərəfli izzət və qüdrətdir. (Həlakət və cəhənnəmdən qaçan) hər qaçanın nicatı, hər axtaranın ümidi və hər qələbə axtaranın zəfəri təqvadadır.»[1654]
6651.İmam Əli (ə): «Allahdan qorx, hətta az olsa da! Özünlə Allah arasında pərdə (həya pərdəsi) saxla, hətta nazik olsa belə!»[1655]
6652.İmam Əli (ə): «Təqva Allahın Öz bəndələrindən razılığının sonu və yaratdıqlarından olan istəyidir.»[1656]
6653.İmam Əli (ə): «Ey Allahın bəndələri, sizə Allahdan qorxaraq təqvalı olmağı tövsiyə edirəm. Təqva azuqə və sığınacaqdır, (istənilən mənzil başına) çatdıran azuqə və nicat verən sığınacaq!»[1657]
6654.İmam Əli (ə): «Ey Allahın bəndələri, sizə Allahdan qorxaraq təqvalı olmağı tövsiyə edirəm. Çünki təqva cilov və dayaqdır. Buna görə də onun möhkəm bağlarına yapışın və onun həqiqətlərindən bərk tutun.»[1658]
6655.İmam Əli (ə): «Sizə Allahdan qorxaraq təqvalı olmağı tövsiyə edirəm. Çünki o, hər bir ümidvar axtaranın arzusu və hər bir sığınacaq axtaranın etimad yeridir. Təqvanı bədəninizə yapışan paltarınız edin.»[1659]
6656.İmam Əli (ə): «Sizə Allahdan qorxaraq təqvalı olmağı tövsiyə edirəm…..Onu öz qəlblərinizə yapışdırın və günahlarınızı onunla yuyun….Bilin! Təqvanı qoruyun və özünüz (də) onun vasitəsi ilə qorunun!»[1660]
6657.İmam Əli (ə): «Həqiqətən təqva bu gün sığınacaq və qalxan, sabah isə Cənnətə tərəf yoldur. Onun yolu aydın, yolçusu qalibdir.»[1661]
6658.İmam Əli (ə): «Allahdan qorxaraq təqvalı olmaq paklıq və düzlüyün açarı, qiyamət üçün azuqə, hər bir köləlikdən azadlıq amili və hər bir həlakətdən qurtuluşdur. Axtaran təqva vasitəsi ilə mətləbinə yetir, (əzab və ilahi cəzadan) qaçan qurtulur və arzulara çatılır.»[1662]
6659.İmam Əli (ə): «Kim təqva ağacları əksə, hidayət (doğru yola yönəldilmə) meyvələri dərər.»[1663]
6660.İmam Baqir (ə) (Sədulxeyrə xitab edərək buyurmuşdur): «Sənə Allahdan qorxaraq təqvalı olmağı tövsiyə edirəm. Çünki o, salamatlığa, ölümdən xilas olmağa və dönüş yerində (axirətdə) xeyir və qənimət əldə etməyə səbəb olur.»[1664]
Категория: Məqalələr | Просмотров: 4549 | Добавил: imamrza_asiqi | Рейтинг: 2.7/3
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz