Bazar, 22.12.2024, 08:04
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 3
Qonaq 3
İstifadəçi 0

Главная » 2010 » May » 23 » Sözgəzdirmək böyük günahlardandır
22:47
Sözgəzdirmək böyük günahlardandır

 İnsanı Allah yolundan uzaqlaşdıran və əxlaqi rəzilətlərdən sayılan dil bəlalarından biri də söz gəzdirməkdir. Qurani-Məcid sözgəzdirəni tənqid edərək buyurur: «(Dalda) qeybət edib (üzdə) tənə vuran hər kəsin vay halına!» (Huməzə-1) «Qeybət edənə, sözgəzdirənə». (Qələm-11) «Daş ürəkliyə, (anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadəyə» (Qələm-13). Quranda sözgəzdirən «zənim» kimi, yəni əsli-nəsəbi bilinməyən, haramzada kimi adlandırılır. Bu isə günahın böyüklüyünə dəlalət edir. Rağib İsfəhani deyir: «Zənim hər hansı tayfaya mənsub edilmiş, lakin əslində onlardan hesab olunmayan şəxsdir. Bu sözün kökü «zənmə» sözündən olub, lazımsız, qulağından asılmış, qoyun hülqumu mənasındadır. Elə bil sözgəzdirən şəxs öz tayfasında artıq bir məxluq və kobud bir yamaq kimi heç bir dəlili olmadan onlara mənsub edilmiş və əslində isə doğru-düzgün əsil-nəsəbə aid edilməmişdir».  Mərhum Feyz Kaşani də həmçinin «Məhəccəətül-beyza» adlı kitabında Abdulla ibni Mübarəkdən belə nəql edir: «Zənim o şəxsə deyilir ki, zinadan (qeyri-qanuni cinsi əlaqə) əmələ gəlib, dilinə hər nə gəldi hər yerdə danışır. Müəllif bu mənanı mübarək-«Daş ürəkliyə, (anlamaz və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadəyə» - ayəsinə istinad edərək söyləmişdir. Qısaca desək, hər kimin mayası şəriət yolu ilə bağlanarsa, belə bir böyük günaha aludə olmaz.

Quran baxımından sözgəzdirənin aqibəti

 

Qurani-Məciddə söz gəzdirməklə camaat arasında kin-küdurət və ədavət alovunu şölələndirən şəxslərə xəbərdarlıq edilibdir ki, onları cəhənnəm əzabı gözləyir. Belə ki, orada Əbu Ləhəbin Ümmü Cəmil adlı zövcələrindən biri barədə buyurulur: «Onun odun daşıyan övrəti də həmçinin (cəhən-nəmlikdir)». (Təbbət-4) Fəxr Razi Əbu Ləhəbin zövcəsinin «həmma-lət-əl-hətəb» (odun daşıyan) adlandırılmasının səbəbini dörd məsələ ilə izah etmişdir. Onlardan yalnız ikisini burada qeyd edirik: Ümmü Cəmil Peyğəmbər (s) ilə etdiyi düşmənçiliyə görə axşamlar onun yolu üstünə kol-kos, tikan töküb bu vasitə ilə də ona əziyyət edirdi. Başqa bir səbəb də budur ki, Ümmü Cəmilin işi-peşəsi söz gəzdirmək olduğundan adını «həmmalət-əl-hətəb» («odun daşıyan») qoymuşdular. Hər halda Əbu Ləhəb özü araqızışdıran olduğundan övrəti də sözgəzdirən olub bu sahədə çox çalışırdı. Bacardıqca Peyğəmbər (s) və onun səhabələrindən söz yığıb müşriklərə və bütpərəstlərə xəbər verirdi. Buna görə də Allah-taala onu belə adlandırıb cəhənnəm əzabına layiq bilmişdir. Ümumiy-yətdə sözgəzdirənin aqibəti cəhənnəm əzabı ilə sona yetər.

 

Hədislər baxımından sözgəzdirmək

 

Sözgəzdirən islam hədislərində də tənqid olunmuş və cəhənnəm əzabına layiq görülmüşdür. Onlardan bir neçəsini nəzərinizə çatdırırıq.

Sözgəzdirən ən pis adamdır:

Peyğəmbər (s) buyurmuşdur: «Aranızda kimin ən pis adam olduğunu sizə deyimmi?» Ərz etdilər: «Bəli, ya Rəsuləllah». Buyurdu: «Adamların ən pisi o şəxslərdir ki, söz gəzdirib dostlarının arasını vurur, saleh və namuslu adamlara eyb tutur». Bir başqa hədisdə Peyğəmbərdən (s) belə nəql olunur: «Allah dərgahında ən pis şəxs odur ki, insanlar arasında söz gəzdirərək cəmiyyətdə mütəşəkkilliyi pozur. Belə, şəxslərin işi-peşəsi xalq arasında təfriqə salıb, saleh və namuslu adamlara eyb tutmaqdır».

 

Sözgəzdirən və qəbr əzabı:

Sözgəzdirən behiştə daxil olma-yacaq:

Əksər rəvayətlərdə bu məsələ açıq-aydın deyilmişdir. Məsələn sözgəzdirən, camaatın birliyini parçalayan, müsəlmanlar arasında təfriqə salıb ixtilafa səbəb olanlar behişt əhli deyillər. Peyğəmbər (s) buyurdu: «Sözgəzdirən behiştə daxil olmayacaq». İmam Baqir (ə) buyurmuşdur: «Behişt qeybət qıranlara və sözgəzdirənlərə haramdır». Başqa bir hədisdə də söyləmişdir: «Behişt «qəttat» adamlara, yəni arasında təfriqə salanlara haramdır». İmam Sadiq (ə) buyurmuşdu: «Dörd nəfər behiştə daxil olmaqdan məhrumdur: Kahin, münafiq, daimülxəmr (şərab içməyə adət etmiş) və sözgəzdirən». Peyğəmbər (s) buyurmuşdu: «Allah-taala buyurur ki, behişti haram etdiyim adamlardan biri də sözgəzdirəndir». Mərhum Şəhid Sani Peyğəmbərdən (s) belə nəql edir: «Allah-taala behişti yaratdıqdan sonra buyurdu: «Danış!» Behişt belə dedi: «Hər kim mənə daxil olarsa, xoşbəxtdir». Sonra Allah-taala buyurdu: «İzzət və Cəlalıma and olsun! Səndə səkkiz nəfər sakin olmayacaqdır. Onlardan biri də sözgəzdirəndir».

Sözgəzdirən məhşərdə:

Qeyd edəcəyimiz hədisin bir hissəsi bəhsimizə aid olmasa da, öz əhəmiyyətinə görə onu bütövlüklə nəzərinizə çatdırırıq: Bürra ibni Azibdən nəql olunmuşdur ki, Məaz ibni Cəbəl Əbu Əyyub Ənsarinin evində Peyğəmbərin (s) yanında oturmuşdu. Məaz ərz etdi: «Ya Rəsuləllah! Sizin «Sur çalınacağı gün dəstə-dəstə gələcəksiniz». (Nəbə-18) ayəsi barəsində nəzəriniz nədir?» Buyurdu: «Ey Məaz! Böyük bir mətləb soruşdun». Sonra o Həzrət (s) gözlərindən yaş axa-axa buyurdu: «Mənim ümmətimdən on nəfər dağınıq halda məhşərə çəkilərlər. Allah-taala onları müsəlmanlardan ayırıb sifətlərini çirkin bir hala salar. Onlardan bəzisi meymun şəklində, bəzisi kəllə-mayallaq, bəzisi sərgərdən qalmış korlar kimi, bəzisi heç bir şeyi dərk etməyən lal-kar şəklində, bəzisi dillərini çeynəyərək ağızlarından məhşər əhlinin nifrət etdiyi üfunətli çirk axan halda, bəziləri əli-ayağı kəslmiş halda, bəziləri yanar ağaclara asılmış halda, bəziləri murdar leşdən daha pis iy verən halda və bəziləri də qaynar mis və yağ paltarla geyindirilmiş, hərarətdən bədənlərinə yapışmış halda olarlar». Sonra Peyğəmbər (s) sözünün ardınca buyurdu:

Sözgəzdirən Allahın rəhmətin-dən uzaqdır:

Sözgəzdirənin günahı o qədər böyükdür ki, əgər camaat arasında bir nəfər belə sözgəzdirən olarsa, Allahın mərhəməti onlara aid olmaz. Bu barədə nəzərinizi bir hədisə cəlb edirik: «Həzrət Musanın zamanında Bəni-İsrail tayfasına bərk quraqlıq üz verdi. Həzrət Musa yağış yağmaq üçün camaat ilə birlikdə dua etməyə çölə getdi. Lakin nə qədər dua etdisə, heç bir xeyri olmadı. Həzrət işi belə görüb münacat etdi. Allah-taala tərəfdən ona vəhy olundu: «Sizin aranızda sözgəzdirən var. Ona görə də duanızı qəbul etmirəm». Həzrət Musa Allahdan onun kim olduğunu soruşdu. Allah-taala buyurdu: «Mən sizi söz gəzdirməkdən çəkindirə-çəkindirə necə ola bilər ki, özüm sözgəzdirən olum?» Həzrət Musa bu məsələni xalqa ərz dedi. Söz-gəzdirən şəxs bundan xəbərdar olub tövbə etdi. Allah Öz rəhmət yağışını onlara göndərdi».

 

Söz gəzdirməyin ağır nəticələri:

Söz gəzdirmək istər fərdi, istərsə də ictimai nəzərdən ağır nəticələr verir. Fərdi cəhətdən insanın qəlbini qaraldıb şəxsiyyətini öldürür, ictimai  cəhətdən isə müsəlman cəmiy-yətində ikitirəliyə və ədavətə səbəb olub məhəbbəti nifrətə, dostluğu düşmənçiliyə çevirir. Halbuki müsəlmanlar varlığı və əzəməti onlar arasındakı məhəbbət və birliklə bağlıdır. Bu həmrəylik o qədər mühüm bir məsələdir ki, Allah-taala onu Özünün böyük nemətlərindən hesab edib insanlara bu böyük neməti unutmamaları üçün belə xatırlayır:

«Hamınız bir yerdə Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın! Allahın sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız!»  (Ali-İmran-103)

İlahi nemətlərdən olan həmrəylik və birliyi sözgəzdirən cəzaya çevirərək məhəbbət və mehri-banlığı insanlar arasından aparır. Bu özü hesaba gəlməz böyük bir günahdır. Buna görə də deyiblər ki, sözgəzdirmək qeybətdən daha pisdir. Çünki qeybətdə deyirlər ki, qeybət zinadan daha pisdir, amma söz gəzdirmək barədə deyirlər ki, sözgəzdirən haramzadadır. Bu isə günahın nə qədər böyük olduğunu bəyan edir.

 

Söz gəzdirməyi yaradan amillər:

Belə bir sual ortaya çıxır ki, insanın bu böyük günaha batmasına səbəb nədir? Cavabı olaraq demək olar ki, aşağıda qeyd olunmuş amillərdən biri söz gəzdirməyə bais olur:

1.         İnsan, haqqında danışdığı şəxsə qarşı bədgüman olub onu pisləyəndə;

2.         Söz gəzdirmək vasitəsilə yanında pislədiyi şəxsə özünün ona qarşı mehribanlıq və dostluğunu gös-tərəndə;

3.         İstirahət və başqarışdırma zamanı;

4.         Boşboğazlıq və haqsız adamlarla həmsöhbət olan zaman;

5.         Təfriqə salmaq, insanları çaşdırmaq və təşvişə salmaq niyyətində olarkən.

 

Bəs nə etməli?

 

Şübhəsiz, insan hər hansı bir vasitəylə söz gəzdirərsə, böyük bir günaha batmış olur və qiyamət günü Allahın dəhşətli əzabına məruz qalar. Buna görə də ehtiyatlı olmaq lazımdır ki, insan ömrü – bu böyük ilahi neməti bihudə tələf olub, acınacaqlı halda sona yetişərək fəlakətə uğra-masın. Bu günaha batan zaman insan qiyamət gününü gözünün qabağına gətirərək Allahın ədalətli məhkəməsi qarşısında, peyğəm-bərlərin, övliyaların gözü önündə əməllərinə görə hesabat verərkən nə cavab verəcəyini düşünsün. Çünki artıq fürsət əldən çıxmış və orada heç bir iş görməyə imkan qalmamışdır. İnsan gərək bu dünyada özü ilə hesablaşsın ki, daha axirətdə rüsvay olmasın. Buna görə də öz dilinə sahib durub onu islah edərək boş-boş danışmasın. Axirətdə rüsvay olmamaq üçün elə bu dünyada özü ilə hesablaşsın.

 

 

 

 

Məqalə "Əməli Əxlaq” kitabından hazırlanıb
IMAN.GE
Категория: Məqalələr | Просмотров: 982 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz