Şah Əbdüləzim adlı məşhur türbə Əbdüləzim ibn Əli ibn Hüseyn ibn Zeyd
ibn İmam Həsən Müctəbanın (ə) mübarək qəbridir. Bu türbə Tehran
şəhərinin yaxınlığındakı Rey şəhərində yerləşir. Türbənin
binası ilk dəfə hicri qəməri üçüncü ilin ikinci yarısında, yəni miladi
ilə doqquzuncu əsrdə təmir və bərpa edilmişdir. Türbənin girişi şimalda
yerləşir ki, Ali-Buyə padşahı və daha sonra Məcid əl-Məlik Qumi
tərəfindən tamamlanmışdır. Hərəm binası aşağıda dördbucaqlıdır
və hər bir küncü 8 metr hüdudundadır. Üst hissəsi bütün Səlcuqlu
binalarında olduğu kimi, dördbucaqlı dörd qübbə, yəni dörd çardaqdan
meydana gəlməkdədir. Tarixi əsərlər: • Əbdüləzimə aid türbə sandığı; istehsal tarixi 1335 miladi. • İki taxta kitabələri lövhəsi; yeni bir cüt taxta üzərinə əlavə olunmuşdur. Lövhələrin istehsal tarixi miladi 1444-cü il.
• Böyük taxta qapı. Şimal kəməraltı ilə qadınlar məscidi arasında
iştirak edən bu qapının istehsal tarixi 1498 miladidir və Teymur dövrü
üslublarındandır./www.tebyan.net