Bazar, 22.12.2024, 08:42
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » İyul » 14 » ŞABAN AYI
23:25
ŞABAN AYI
ŞABAN AYIN ƏMƏLLƏRİ
Rəcəbin son günləri olduğundan artıq Şaban ayına qədəm qoymağa hazırlaşırıq.Bu ayın da özünəməxsus əməlləri vardı.Bunlar aşağıdakılardır:
  -Hər gün yetmış dəfə de: " Əstəğfirullahə və əs`əluhut taubə". (Allahdan bağışlanmaq istəyirəm və ona tərəf qayıdıram).Hədisdə deyilir ki,kim Şaban ayında Allahdan yetmiş dəfə əfv diləsə,onun günahları bağışlanar.
  -Hər gün yetmiş dəfə de:
" Əstəğfirullahəlləzi la ilahə illa huvər rəhmanur rəhim əlhəyyul qəyyum və ətubu ileyh" (Rəhman,Rəhim Həyy və Qəyyum olan Allahdan bağışlanmaq istəyirəm və ona tərəf qayıdıram). Bəzi rəvayətlərdə bu zikr "Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyum ərrəhmanur rəhim və ətubu ileyh" kimi də deyilmişdir.Hər ikisinə əməl etmək daha yaxşıdır.Rəvayətlərdə deyilir ki, bu ayın ən yaxşı dua zikirləri Allahdan bağışlanmaq istəməkdir.Bu ayda hər gün yetmiş dəfə bağışlanmaq istəyən kimidir.
  -Bu bir ay ərzində min dəfə de:"La ilahə illallah və la nə`budu illa iyyahu muxlisinə ləhu dinə və lau kərihəl muşrikun". (Allahdan başqa tanrı yoxdur,müşriklərin xoşuna gəlməsə də dini yalnız Allaha məxsus edərək ona ibadət edirik.) Peyğəmbərdən (s) bu zikr üçün  çox savab və fəzilət deyilmişdir,onlardan biri budur ki,onun əməl fəfdərinə min ilin ibadəti yazılar.
  - Bu ayın hər  dördüncü günü iki rikət namaz qılınır,hər iki rikətdən Fatihədən sonra yüz dəfə İxlas surəsin oxunur.Namazdan sora yüz dəfə salavat deyilir .Allah-təala belə bir namaz qılanın din və dünya barəsindəki hacətin ona əta edər.Bu gün oruc tutmağın da böyük fəziləti vardır.Rəvayətdir ki,Şaban ayının hər cümə axşamı günü(hər dördüncü günü)səmalar bəzənər. Mələklər deyərlər: "İlahi,bu gündə oruc tutanları bağışla və onların duasın qəbul et".
  -Peyğəmbərdən(s)rəvayətdir ki, Allah Şaban ayının bazar ertəsi və cümə axşamı günü oruc tutanın iyirmi dünya və iyirmi axirət hacətini yerinə yetirər.Bu ayda çox salavat deyilməlidir.Peyğəmbərimiz(s) buyurub: "Kim Şaban ayının birinci gecəsi iki rükət namaz qılarsa,hər rükətdə bir dəfə Fatihə,otuz dəfə İxlas surəsini oxusa ,namazdan sonra bu duanı (Allahummə haza əhdi indəkə ilə yəvmil qiyaməh-İlahi bu mənim qiyamət gününə qədər sənin yanındakı əhdimdir)oxusa,İblis və onun ordusundan amanda qalar və Allah ona siddiqlərin savabını əta edər"
  "Kim Şəban ayının üçüncü gecəsi iki rikət namaz qılsa ,hər rikətdə bir dəfə Fatihə,iyirmi beş dəfə İxlas surəsini oxusa,Allah Qiyamət günü  onun üzünə cənnətin səkkiz qapısını aşar,cəhənnəmin yeddi qapısını bağlayar.Allah ona min zinət,min tac geyindirər".
  Bir nəfər İmam Baqirdən Şaban ayının on beşinci gecəsinin fəziləti haqqında soruşdu.İmam buyurdu: "Bu gecə Qədr gecəsindən sonra ən üsdün gecədi.Allah öz fəzli ilə bəndələrinə əta edər,onları bağışlayar.Buna görədə bu gecədə Allaha yaxınlaşmağa  çalışın.Alla bu gecədə Ondan isdəyəni boş qaytarmaz.Buna görədə bu gecədə Allaha çox dua edin.Kim bu gecədə yüz dəfə"Subhanallah",yüz dəfə "Allahu Əkbər" və yüz dəfə "La ilahə illallah" desə,Allah onun keçmiş günahlarını bağışlayar.

NƏBZ QƏZƏTİNDƏN SECİLMƏDİ

Категория: Məqalələr | Просмотров: 1606 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz