Ramazan Ayı Haqqında Hədislər
Qur’an: «İnsanları
hidayət etmək, aydın yolu göstərmək və haqqı batildən ayırmaq üçün
Qur‘anın nazil olduğu (bu həmin) Ramazan ayıdır. Beləliklə, kim bu ayı
görərsə (əgər səfərdə olmasa) oruc tutmalıdır. Kim xəstə, ya səfərdə
olarsa, gərək həmin günlərin sayı qədər başqa vaxtda oruc tutsun. Allah
sizin üçün asanlıq istəyir, sizin üçün çətinlik istəmir. Gərək (təyin
olunmuş) sayı kamala çatdırasınız və sizlərə doğru yol göstərdiyinə
görə Allahı böyüklüyü ilə yad edəsiniz (təkbir deyəsiniz) və bəlkə də
şükr edəsiniz.»
1. Allahın Peyğəmbəri (s.a.a.): «Ramazan günahları yandırdığına görə Ramazan adlandırılmışdır.» 2. Allahın Peyğəmbəri (s.a.a.): «Ramazan ayının ilk gecəsi səmanın qapıları açılar və son gecəsinədək bağlanmaz.» 3. Allahın Peyğəmbəri (s.a.a.): «Əgər bəndə Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını istər.» 4. Allahın Peyğəmbəri (s.a.a.): «Ramazan ayının hilalı görünəndə Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar və şeytanlar zəncirlənərlər.» 5. İmam Əli (a.s.): «Bir gün Allahın Rəsulu (s.a.a.) bizə xütbə söyləyən zaman buyurdu: «Ey
insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru
gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı
günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın
qonaqlığına də‘vət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin
cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih,
yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır…» Mən qalxıb ərz etdim: «Bu ayda ən yaxşı əməl nədir?» Allahın Peyğəmbəri (s.a.a.) buyurdu: «Ey Əbəl-Həsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir.» 6. İmam Baqir (a.s.):
«Allahın Rəsulu (s.a.a.) Şəban ayından üç gün qalmış Bilala göstəriş
verərdi ki, camaatı toplaşmağa səsləsin. Camaat toplananda Allahın
Peyğəmbəri (s.a.a.) minbərə qalxar, Allaha həmd, tərif söyləyəndən
sonra buyurardı: «Ey insanlar! Həqiqətən bu ay sizə tərəf üz tutub
və bu bütün ayların ağasıdır. Onda bir gecə var ki, min aydan yaxşıdır.
Bu ayda Cəhənnəmin qapıları bağlanar, Cənnətin qapıları açılar. Kim bu
ayı yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən
uzaqlaşdırar.» 7. İmam Sadiq (a.s.) (Ramazan ayının hilalını görən zaman öz övladlarına söylədiyi tövsiyələrdən):
«Bü ayda öz canlarınızı zəhmətə və sə‘yə vadar edin. Çünki bu ayda
ruzilər bölünər, əcəllər yazılar və Allah dərgahına daxil olan
qonaqların adları qeydə alınar. Bu ayda bir gecə var ki, o gecənin
əməli min ayın xeyir əməlindən yaxşıdır.» 8. Allahın Peyğəmbəri (s.a.a.): «Kim Ramazan ayını yaşasa və bağışlanmasa, Allah-taala onu Öz rəhmətindən uzaqlaşdırar.» 9. Allahın Peyğəmbəri (s.a.a.) (Ramazan ayının gəlişi ilə bağlı xütbəsindən): «Bu böyük ayda Allahın bağışlanmasından məhrum olan kimsə bədbəxtdir.» 10. Allahın Peyğəmbəri (s.a.a.): «Ramazan ayında bağışlanmayan kimsə, bəs hansı ayda bağışlanacaq?!» 11. İmam Sadiq (a.s.): «Ramazan ayında bağışlanmayan kimsə Ərəfatda qalması istisna olmaqla, gələn Ramazanadək bağışlanmaz.»
Ramazan Ayının Fəziləti
Peyğəmbər əfəndimiz (s.a.s.), Ramazan ayının fəziləti haqqında buyurur ki:
Ramazan
ayı mübarək bir aydır. Allahu təala, sizə Ramazan orucunu fərz etdi. O
ayda rəhmət qapıları açılar, Cəhənnəm qapıları bağlanar, şeytanlar
bağlanar. O ayda bir gecə vardır ki, min aydan daha qiymətlidir. O
gecənin [Qədr gecəsinin] xeyrindən məhrum qalan, hər xeyrdən məhrum
qalmış sayılar.
Ramazan ayı gəlincə, Xeyr əhli, xeyirə qaç, şər əhli, pisliklərdən əl çək deyilir.
Ramazan bərəkət ayıdır. Allah bu ayda, günahları bağışlayar, duaları qəbul edər.
Ramazan gəlincə, Allahu təala mələklərə, möminlərə istiğfar etmələrini əmr edər.
Fərz namaz, sonrakı namaza qədər; Cümə, sonrakı Cüməyə qədər; Ramazan ayı, sonrakı Ramazana qədər olan günahlara kəffarə olar.
Ard-arda üç gün oruc tuta bilənin, Ramazan orucunu tutması lazımdır.
Bu aya Ramazan deyilməsinin səbəbi, günahları yandırıb əritdiyi üçündür.
Ramazanın başı rəhmət, ortası bağışlama, sonu isə, Cəhənnəmdən qurtuluşdur.
İslam, sözü şahidlik gətirmək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həcc etməkdir.
Allahu
təalanın, gözlərin görmədiyi, qulaqların eşitmədiyi və heç kimin
xəyalına belə gəlməyən nemət dolu süfrəsi, ancaq oruclular üçündür.
İmamı Rəbbani həzrətləri də buyurur ki:
Mübarək
Ramazan ayı, çox şərəflidir. Bu ayda edilən, nafilə namaz, zikr, sədəqə
və bütün nafilə ibadətlərə verilən savab, başqa aylarda edilən fərzlər
kimidir. Bu ayda edilən bir fərz, başqa aylarda edilən yetmiş fərz
kimidir. Bu ayda bir orucluya iftar verənin günahları bağışlanar.
Cəhənnəmdən azad olar. O oruclunun savabı qədər, ayrıca buna da savab
verilər. O oruclunun savabı heç azalmaz.
Bu ayda, əmri altında
olanların, işlərini yüngülləşdirən, onların ibadət etmələrinə asanlıq
göstərən komandirlər də bağışlanar, Cəhənnəmdən azad olar. Ramazan
ayında, Rəsulullah, əsirləri azad edər, hər istənilən şeyi verərdi. Bu
ayda ibadət və yaxşı iş edə bilənlərə, bütün il bu işləri etmək nəsib
olar.
Bu aya hörmətsizlik edənin, günah işləyənin bütün ili, günah işləməklə keçər.
Bu
ayı fürsət bilməli, əldən gəldiyi qədər ibadət etməlidir. Allahu
təalanın razı olduğu işləri etməlidir. Bu ayı, axirəti qazanmaq üçün
fürsət bilməlidir.
Qurani Kərim Ramazanda endi. Qədr gecəsi bu
aydadır. Ramazanı ayında iftarı erkən etmək, sahuru gec etmək
sünnətdir. Rəsulullah bu iki sünnəti etməyə çox əhəmiyyət verərdi.
İftarda
tələsik etmək və sahuru gecikdirmək, bəlkə insanın acizliyini, yeyib
içməyə və hər şeyə möhtac olduğunu göstərməkdədir. İbadət etmək də
onsuz da bu deməkdir.
Xurma ilə iftar etmək sünnədir. İftar
edincə, (Zehebez-zama vebtellet-il uruk və sebet-el-ecr inşaallahı
təala) duasını oxumaq, təravih etmək və xətim oxumaq əhəmiyyətli
sünnətdir.
Bu ayda, hər gecə, Cəhənnəmə girməsi lazım olan, minlərlə Müsəlman bağışlanar, azad olar.
Bu
ayda, Cənnət qapıları açılar. Cəhənnəm qapıları bağlanar. Şeytanlar,
zəncirlərə bağlanar. Rəhmət qapıları açılar. Allahu təala, bu mübarək
ayda Onun şanına yaraşacaq, qulluq etməyi və Rəbbimizin razı olduğu,
bəyəndiyi yolda olmağı, hamımıza nəsib etsin!
Açıqdan oruc
yeyən, bu aya hörmət etməmiş olar. Namaz qılmayanın da, oruc tutması və
haramlardan qaçınması lazımdır. Bunların orucu qəbul olar və imanları
olduğu aydın olar.
Ramazanda oruc tutmaq haqqındakı hədisi şəriflərdə buyurulur ki:
Ramazan orucu fərz, təravih namazı isə sünnətdir. Bu ayda oruc tutub, gecələrini də ibadətlə keçirənin günahları bağışlanar.
Ramazan orucunu fərz bilib, savab gözləyərək oruc tutanın günahları bağışlanar.
Ramazan orucunu tutub ölən mömin, Cənnətə girər.
Ramazan
bərəkət ayıdır. Allah bu ayda, günahları bağışlayar, duaları qəbul
edər. Bu ayın haqqını güdün! Ancaq Cəhənnəmə gedəcək olan, bu ayda
rəhmətdən məhrum qalar.
Ramazan ayında ailənizin sədəqəsini geniş tutun! Bu ayda edilən xərcləmə, Allah yolunda edilən xərcləmə kimi savabdır.
Oruclunun susması təsbeh, yuxusu ibadət, duası məqbul, əməli də çox savabdır.
Oruclu ikən çirkin danışmayın! Biri sizə sataşsa, Mən orucluyam dəyin!
Ramazanı
şərifdə, oruc tutmaq çox savabdır. Üzrsüz oruc tutmamaq böyük günahdır.
Hədisi şərifdə, (Üzrsüz, Ramazanda bir gün oruc tutmayan, bunun yerinə
bütün il boyu oruc tutsa, Ramazandakı o bir günkü savaba qovuşa bilməz)
buyuruldu.
Amma dini bir bəhanə varsa, oruc tutmamaq günah olmaz.
RAMAZAN AYI HAQQINDA BİLMƏDIKLƏRİMİZ
Ramazan
Qəməri aylardan doqquzuncusunun adıdır. Bu ay müsəlmanların oruc
tutmaqla mükəlləf olduqları, dinimizcə uca və müqəddəs qəbul edilən bir
aydır. Ramazan, ərəbcə bir sözdür. Bu mübarək aya Ramazan adının
verilməsindəki hikmət belə ifadə olunmuşdur:
1- Yaz sonunda, payız mövsümünün əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağış mənasına "ramda" sözündən alınmışdır.
Bu
yağışın yer üzünü təmizlədiyi kimi, Ramazan ayı da möminləri günah
çirklərindən təmizləyər. Necə ki bir hədis-i şərifdə Peyğəmbər
Əfəndimiz (s.ə.s); Kim inanaraq və alacağı savabı Allahdan gözləyərək
Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar" (Buxari, Savm, VI) buyurmuşdur.
2-
Günəşin şiddətli hərarətindən daşların yanıb qızması mənasına olan
"ramad" sözündən alınmışdır. Belə qızğın yerdə gedənin ayaqları yanar,
zəhmət və məşəqqət çəkər. Bunun kimi oruc tutan kimsə də aclıq və
susuzluğun hərarətinə dözər, məşəqqət çəkər, içi yanar. İsti torpaq
orada gedənlərin ayaqlarını yandırdığı kimi, Ramazan da möminlərin
günahlarını yandırar, yox edər.
Ramazan ayına "on bir ayın sultanı" deyilmişdir. Bu ayın xüsusiyyətlərini belə sıralaya bilərik: 1- Quran-ı Kərimdə adı açıq olaraq keçən tək ay Ramazan ayıdır. 2-
Quran-ı Kərim bu ay içərisində endirilmişdir. Uca Rəbbimiz; Ramazan ayı
elə bir aydır ki, insanlara doğru yolu göstərən, hidayəti və haqqı
batildən ayırmağı açıqlayan Quran, bu ayda endirildi" (əl-Bəqərə, 2/185) buyurmuşdur. 3- Quran-ı Kərimdə, "min aydan daha xeyirli" olduğu ifadə olunan Qədr gecəsi bu ay içərisindədir. 4-
Dinimizin beş təməlindən biri olan oruc ibadəti bu ayda üzərimizə fərz
qılınmışdır. Quran-ı Kərimdə; "Sizdən kim bu aya çatdırsa oruc tutsun" (əl-Bəqərə, 2/185)
buyurular. Ramazan ayı girincə şərtlərini daşıyan kəslərə oruc fərz
olar. Ramazarı ayının girməsi iki vəziyyətdən biriylə sabit olar: a-
Ramazan ayparasının görülməsiylə (Ru'yet-i Aypara), b- Aypara hər hansı
bir səbəbdən ötəri görülə bilməzsə, Şaban ayı otuza tamamlanaraq
Ramazan orucuna başlanar. Peyğəmbər (s.ə.s) bu mövzuda belə
buyurmuşdur: "Ramazan ayının ayparasını görüncə oruc tutun (Şəvval
ayının) ayparasını görüncə iftar edin, oruc tutmağı buraxın. Əgər göy
üzü bağlıdırsa Şaban ayının günlərini otuza tamamlayın" (Buxari, Savm, 5,11)
5- Fitrə sədəqəsi vermək bu aya məxsus bir ibadətdir
6-
Təravih namazı da bu aya məxsus ibadətlərimizdəndir. Əbu Hüreyrə
(r.a)dan belə rəvayət edilmişdir: "Rəsulullah (s.a.s)ın Ramazan
haqqında belə buyurduğunu eşitdim: Kim inanaraq və savabını ümid edərək
Allah razılığı üçün təravih namazı etsə keçmiş günahları bağışlanar" (Buxari, təravih, I)
7-
İtikafa girmək: Ramazan ayının son on günündə itikafa girmək sünnədir.
Peyğəmbər (s.ə.s) Ramazanın son on günündə daha çox ibadət və taətdə
olardı. Hz. Aişə anamızdan belə rəvayət edilmişdir: "Rəsulullah (s.ə.s)
Ramazan ayının son on günü girincə əlini ətəyini toplar, gecəni
canlandırar və ev xalqını oyandırardı" (Buxari, Qədr, V) Yenə Hz. Aişə (r.ə.) dan belə rəvayət edilmişdir: Peyğəmbər (s.ə.s) Ramazanın son on günündə vəfatına qədər itikafa girdi.
8-
Ramazan ayında Quran-ı Kərimi oxumaq, xeyr əməllər etmək: İbn Abbas
(r.ə.) dan belə rəvayət edilmişdir: "Rəsulullah (s.ə.s) insanların ən
cömərdi idi.
Onun bu cömərdliyi Ramazan ayı girib də özüylə
Cəbrayıl (ə.s.) qarşılaşdığı zaman daha da artardı. Cəbrayıl (ə.s.)
Ramazan ayı çıxana qədər hər gecə Rəsulullah (s.ə.s) ilə görüşüb,
Rəsulullah (s.ə.s) Quranı oxuyardı. Rəsulullah (s.ə.s) Cəbrayıl (ə.s)
ilə görüşdüyündə insanlara rəhmət gətirən küləkdən daha comərd, daha
faydalı olardı" (Buxari, Savm, 7).
Hədis-i
şərifdən Ramazan ayında Quran-ı Kərimi xətm etmənin (sona bitirməyin)
sünnət olduğu aydın olduğu kimi, gücü çatanların çox sədəqə vermələri,
xeyr və gözəl əməldə olmaları da savab olduğu aydın olmaqdadır. Ənəs
(r.a)dan rəvayət edildiyinə görə Peyğəmbər (s.a.s) a; "Hansı sədəqə
daha fəzilətlidir?" deyə soruşulunca, "Ramazan ayında verilən sədəqə"
buyurmuşdur (Tirmizi, Zəkat, 28)
Ramazan
ayı dinimizcə ən fəzilətli və müqəddəs bir aydır. Bu mövzuda Peyğəmbər
Əfəndimiz (s.a.s)dan bir sıra hədis-i şəriflər rəvayət edilmişdir: Əbu
Hureyre (r.a)dan Rəsulullah (s.a.s)ın belə buyurduğu rəvayət
edilmişdir: "Ramazan ayı girincə göylərin qapısı (başqa bir rəvayətdə
Cənnətin qapıları) açılar, Cəhənnəmin qapıları bağlanar, şeytanlar
zəncirə vurular" (Buxari, Savm, V)
Cabir
b. Abdullah Rəsulullah (s.a.s)ın belə buyurduğunu rəvayət etmişdir:
"Ümmətimə Ramazan ayında beş şey verilmişdir ki bunlar məndən əvvəlki
heç bir peyğəmbərə verilməmişdir": 1-
Ramazan ayının ilk gecəsi olunca Allah Təala ümmətimə (rəhmət
baxışıyla) baxar. Allah hər kimə (rəhmət baxışıyla) baxsa ona əbədi
olaraq əzab etməz.
2- Gecə olduğu zaman ağızlarının qoxusu Allah qatında müşk qoxusundan daha gözəldir.
3- Mələklər hər gün və gecə onlara istiğfar edərlər, Allahdan bağışlanmalarını diləyərlər.
4-
Allah Təala Cənnətinə əmr edib; "Qullarım üçün hazırlanıb bəzən.
Onların dünya məşəqqətlərindən xilas olub, mənim yurduma və
lütfkarlığıma istirahət üçün gəlmələri yaxınlaşdı" buyurar. Ubade b.
əs-Samit (r.a)dan: Rəsulullah (s.ə.s) Ramazan ayının yeni girdiyi bir
gün belə buyurdu: "Sizə bərəkət ayı Ramazan gəldi. Bu ayda Allah sizi
əhatə edib rəhmətini endirər. Günahları bağışlayıb, duaları qəbul edər.
Allah bu ayda sizin xeyr barəsində yarışmanıza baxar və sizinlə
mələklərinə qarşı fəxr edər. Allaha xeyr əməllər təqdim edin. Beləki,
günahkar, bu ayda Allahın rəhmətindən məhrum olan kimsədir" (Tabəranidən canlı ət-Tergib, II, 99) İbn
Hüzeymenin nəql etdiyinə görə Səlman (r.ə) belə izah etmişdir;
Rəsulullah (s.ə.s) bir Şaban ayının son günündə bizə belə xitab etdi:
"Ey insanlar! Uca və mübarək bir ayın kölgəsi üzərinizə düşdü. O ayda
bir gecə vardır ki min aydan daha xeyirlidir. Allah o ayda oruc tutmağı
fərz etdi. Gecə ibadət etməyi (təravih) etməyi nafilə etdi (fərz
olmayan ibadətlər).
O ayda bir xeyr işləyən kimsə digər
aylarda bir fərz işləmiş kimi olar. O ayda bir fərz işləyən isə digər
aylarda yetmiş fərz işləyən kimidir. O, səbr ayıdır, səbrin qarşılığı
isə Cənnətdir.
O, köməkləşmə ayıdır. O ayda möminin ruzisi
bollaşdırılar. O ayda kim bir oruclunu iftar etdirsə bu, günahlarının
bağışlanmasına və Cəhənnəmdən xilas olmasına səbəb olar. Eyni zamanda
oruclunun savabı qədər savab verilər.
Oruclunun savabından da
bir şey əskik olmaz. " Səhabələr; "Ya Rəsulullah! Hamımız oruclunu
iftar etdirəcək bir şey tapa bilmirik" dəyincə Rəsulullah (s.ə.s):
Allah bu savabı oruclunu quru bir xurma ilə və ya bir qurtum su ilə ya
da bir qurtum süd ilə iftar etdirənə də verər.
O elə bir aydır
ki; əvvəli rəhmət, ortası bağışlama və sonu da Cəhənnəm atəşindən
qurtuluşdur. O ayda kölə və xidmətçilərinin yükünü yüngülləşdirən
kimsəni Allah bağışlayar və Cəhənnəm atəşindən qurtarar.
Allahu- təala bu ayda edilən ibadətləri qəbul etsin və açılan cənnət qapılarının daimi qonağından qərar versin. |