Cümə axşamı, 21.11.2024, 17:50
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Mart » 18 » Ocaq Nejad: "Novruz qadağan edilməyib (Video)
21:57
Ocaq Nejad: "Novruz qadağan edilməyib (Video)
Ayətullah Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Novruz bayramı münasibətilə bu bayramı qeyd edənləri təbrik etdikdən sonra deyib:

"Bunlar bir şaiyədir. Bəzən belə şaiyələr düşmənlər tərəfindən qondarılır və xalq içində yayılır. Əlbəttə ki, onlar sonradan bu yalanın üzə çıxmasından utanmayacaqlar. Buna görə də onlar yalanlar yayırlar. Bəli, Novruz bayramının İslamla əlaqəsi yoxdur. Novruz bayramı İslamdan neçə min illər əvvəl olub. İslam gəldikdən sonra isə Novruz bayramının İslamla ziddiyət təşkil etmədiyindən bu bayram qəbul edilib. Həmçinin İslam Novruza bir neçə əhkam artırdı. Novruz bayramında qüsl etmək, xüsusi dualar oxumaq kimi. Yəni İslam bu bayramda bir mənəviyyat yaratdı. Amma İslam özü yaratmayıb Novruzu və camaatında tutduğu bayrama etirazı yoxdu. Müsəlmanlar bu müddətdə həmişə İranda bu bayramı qeyd ediblər. İranlılar bu bayramı inqilabdan əvvəl də, sonra da qeyd ediblər. 10 il İmam Xomeyni rəhmətlik Novruz münasibəti ilə bayramın əvvəl günü il təhvil olanda Novruzu qeyd edənləri təbrik edib. O vəfat etdikdən sonra 20 ildir ki, həzrəti Ayətullah Xamenei bir dini rəhbər kimi bütün İran xalqını və bütün Novruzu qeyd edən insanların hamısın təbrik edib və yenədə bu il inşallah onun təbrik ərz etməsi gözlənilir . Novruz bayramı İranda qadağan olmayıb. O adamlar ki, elə bilirlər və ya yayırlar ya da istəyirlər belə desinlər ki, İranda Novruz bayramı qadağan olunub və qadağan olunmasına baxmayaraq camaat onu qeyd edir, bu sözun köku yoxdu, bu söz yalandı. İnşəallah istəyirəm Allah insanların hamısını islah etsin və İnsanların hamısı düz danışan olsun. Çox sağ olun. Vəssəlamu aleykum və rəhmətullah”.S



Категория: Xəbərlər | Просмотров: 1338 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz