21 səbəb:
1.
Allaha, Peyğəmbərə (s) ki, iman gətirmisən – bil, namaz Allahın
kitabında 100-dən artıq ayədə gəlib və Quranda vacib buyurulub.
"Əl-Bəyyinə” 5: "Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalniz
ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər,
namaz qilib zəkat versinlər. Doğru-düzgün din budur!”
"Əl-Ənam” 72: "... Namaz qılın, Allahdan qorxun, hüzuruna toplanacağınız məhz Odur!" (deyə buyurulmuşdur)".
"İbrahim” 31: "İman gətirən bəndələrimə de: "(Vaxtlı-vaxtında,
lazımınca) namaz qılsınlar, heç bir alış-verişin və dostluğun mümkün
olmayacağı (günahların bağışlanması üçün heç kəsdən fidyə alınmayacağı,
dostluq xatirinə heç bir güzəşt edilməyəcəyi) gün (Qiyamət günü)
gəlməzdən əvvəl onlara verdiyimiz ruzidən (kasıblara, ehtiyacı
olanlara) gizli və aşkar xərcləsinlər”.
"Ər-Hicr” 98: "Sən isə
Rəbbini tərifləyib şükür et (sübhanallah və bihəmdihi de), səcdə
edənlərlə (namaz qılanlarla) birlikdə ol"!”.
"Əl-İsra” 78:
"Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz
(günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl.
Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan
tərəfindən) müşahidə olunur”.
"Taha” 14: "Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!”.
"Taha” 132: "Əhlinə (əhli-beytinə və ümmətinə) namaz qılmağı əmr et,
özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə
döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik.
(Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!”.
"Əl-Həcc” 77: "Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə
qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat
tapasınız! (Mətləbinizə yetişəsiniz!)”
2. Allahla ən güclü rabitədir. İmam Əmirəl-möminin Əli (ə) buyurur:
"Namaz hər bir pərhizkar şəxsin ilahi rəhmətə yaxınlaşması vasitəsi,
həcc isə hər zəif və bacarıqsız insanın cihadıdır. (Çünki həccdə
əhli-əyaldan uzaqlaşmaq, soyuqluq, istilik, qorxu və sair kimi
çətinliklər vardır)”
3. Su, yemək və hava bədənə lazım olduğu kimi, namaz da ruha lazımdır. Ruhun əvəzolunmaz qidasıdır namaz.
4. Qəlbi və ruhu təmizləyir. Qəlbə həqiqi təmizlik gətirir.
"Ət-Tovbə” 18: "Allahın məscidlərini yalnız Allaha və Qiyamət gününə
iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən
qorxmayanlar təmir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin
əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yolu tapa
bilənlərdən ola bilərlər!”.
"Ət-Tovbə” 108: "... ilk gündən
binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində
qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən
insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri,
mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!”.
"Fatir” 18: "Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü
ağır olan kimsə yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa və
(çağırılan adam onun) yaxın qohumu olsa belə, o yükdən bir şey
daşınmaz. (Ya Peyğəmbər!) Sən ancaq Rəbbindən (Onun əzabını)
görmədikləri halda qorxanları və (vaxtlı-vaxtında) namaz qılanları
qorxudub xəbərdar edirsən. Hər kəs (günahlardan, küfrdən) təmizlənsə,
özü üçün təmizlənmiş olar (savabı özünə yetişər). Axır dönüş ancaq
Allahadır!”
İmam Sadiq (ə) buyurur: "Əgər sizlərdən birinin
qapısından bir çay axsa və o şəxs hər gün orada beş dəfə yuyunsa, onun
bədənində çirk qalarmı? Həqiqətən namaz belə bir çaya bənzəyir. Namaz
qılan şəxsin namazı onun günahlarının kəffarəsidir. Amma şəxsin imandan
çıxıb kafir olmasına səbəb olan günahlar heç vaxt yuyulmaz və belə şəxs
həmin günahda qalar”.
5. Aqibətini, sonucunu xeyirli edir.
"Əl-Həcc” 41: "O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara
bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər
görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu
(nəticəsi) Allaha aiddir. (Allah Qiyamət günü əməllərinə müvafiq olaraq
möminlərə mükafat, kafirlərə isə cəza verəcəkdir)”.
"Ət-Tovbə”
71: "Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar
(hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis
işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə
itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah,
həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!”.
"Əl-Əraf” 170: "Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında,
lazımınca) namaz qılanlar (bilsinlər ki) Biz əməlisalehlərin mükafatını
zay etmirik!”.
"Ən-Nisa”, 162: "Lakin onların elmdə qüvvətli
(möhkəm) olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil
edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat
verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara
böyük mükafat verəcəyik!”.
"Əl-Muminun” 1, 2: "Həqiqətən,
möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb
əbədi səadətə qovuşmuşlar!) O kəslər ki, namazlarında (hər şeyi
unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər!
(Allahın qarşısında kiçilərlər!)”.
"Ən-Nur” 56: Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun!”.
"Ət-Tovbə” 112: (Onlar Allaha) tövbə, ibadət və şükür-səna edənlər,
oruc tutanlar (və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan
ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz
qılanlar), yaxşı işlər görməyi əmr edib, pis işləri yasaq edənlər və
Allahın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə
möminləri (Cənnətlə) müjdələ!”.
"Yunus” 87: "Musaya və
qardaşına: "Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə
(namazgah) edin, namaz qılın və möminləri (zəfərlə, Cənnətlə)
müjdələyin!" - deyə vəhy etdik”.
6. Öhdəsindən gələ bilmədiyin, tərk edə bilmədiyin zərərli vərdişləri tərk etməyə kömək edir.
"Əl-Ənkəbut” 45: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və
(vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis
əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini
həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün
başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı
və pis əməllərinizi) bilir!”.
7. Haqq-hesab çəkiləcək gün (Qiyamət günü) ən birinci soruşulacaq əməldir.
İmam Muhəmməd Baqir (ə) buyurur: "Qiyamət günü bəndədən soruşulan ilk
əməl namazdır, əgər namaz qəbul olunsa, sair əməllər də qəbul
olunacaqdır, əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir”.
8. Özünə qədər edilmiş bütün günahları bağışladır.
"Hud” 114: "(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl
və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki
başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında
(axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı
əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın
mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır)”.
"Nur”, 37: "O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr
etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar
qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən (Qiyamət günüdən)
qorxarlar. Allah onlara etdikləri əməllərin ən gözəl mükafatını versin,
onlara olan lütfünü artırsın. Allah dilədiyinə saysız-hesabsız ruzi
verər”.
Rəsuli-Əkrəm (s) buyurur: "Bir mələk hər namaz vaxtı
nida edib deyir: Ey bəni-Adəm, namaza qalxın və öz əleyhinizə
hazırladığınızı (cəhənnəm odunu namaz vasitəsi ilə) söndürün”.
İmam Əli (ə) buyurur: "Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin
onun halına necə şamil olduğunu bilsəydi, heç vaxt başını səcdədən
götürməzdi”.
9. Qəbul olunsa, sənin üçün Cənnəti vacib edir, yəni sən mütləq və mütləq Cənnətə daxil ediləcək kəslərdən olursan.
"Əl-Həcc” 34, 35: "… Sizin tanrınız - yalnız bir olan Allahdır. Yalnız
Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət
edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver! O kəslər ki, Allahın
adı çəkiləndə (zikr ediləndə) qəlbləri (qorxudan) titrəyər, üz verən
müsibətlərə səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən
(ehtiyacı olanlara) sərf edərlər”.
"Məaric” 34-35: "Və o kəslər
ki, namazlarını (layiqincə) hifz edərlər - məhz onlar cənnətlərdə
ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir!”.
Həzrət Peyğəmbər (s) buyurub: "Namaz - cənnətin açarıdır”.
10. Heç nəyinə mane olmur, amma bütün etdiklərinə (sözsüz ki, xətalardan başqa) bərəkət və əbədilik gətirir.
Əbədilik gətirir o deməkdir ki, artıq bütün yaxşı əməllərin hər iki
mənzil - həm bu dünya, həm əbədi üçün hesaba alınır. "Furqan” 77: "(Ya
Rəsulum, bu Məkkə müşriklərinə) de: "Əgər ibadətiniz olmasa, Rəbbimin
yanında nə qədir-qiymətiniz olar?...”.
11. Ruzini artırır.
12. Allahın ən bəyəndiyi əməldir. Rəsuli-Əkrəm (s) buyurur: "Vacib
namaz Allah yanında yaxşı qəbul olunmuş min həcc və min ümrəyə
bərabərdir”.
İbni Vəhəb deyir: "İmam Sadiqə (ə) sual
verdim: "Ən ali əməl ki, insanları Allah Təalaya yaxın edir, hansıdır?”
İmam buyurdu: "İmandan sonrakı şey namazdır. Görmürsən Allah Təala
Quranda İsa ibni Məryəmin dili ilə nəql edir ki, o, deyir: "Allah Təala
mənə namazı vəsiyyət etmişdir””.
13. Qəm-qüssədən azad edir. Həyatın çətinlikləri həm daha asan görünür, həm daha asan başa gəlir.
"Əl-Bəqərə 277”: «İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat
verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə)
heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!».
14. Olduğundan daha üstün və daha uğurlu olursan.
"Əl-Fəth” 29: "Muhəmməd (s) - Allahın Peyğəmbəridir. Onunla birlikdə
olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə
mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan,
Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan
səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki möminlik nuru,
alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı
vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq
cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o
cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran
qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür.
Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət
(günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!”.
15. Yaşamaq eşqi verir. Yaşamağa, yaratmağa, irəli getməyə güclü stimul verir.
16. Allahla bağlantı olduğundan, gerçək azadlıq və azadəlik ruhu gətirir. Səadətə çatdırır. "Əl-Cumuə”
10: "Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın
lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı
çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada
muradınıza yetişəsiniz!)”.
17. Sağlamlıq gətirir.
18. Həyatın sistemli olur. Artıq intizamsızlıqdan xeyli daha az əziyyət çəkirsən.
19. Ziyankarlıqdan qurtuluş verir. "Əl-Ənkəbut” 45: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl.
Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı
zikr etmək (Allahın calalını və əzəmətini həmişə, hər yerdə yada
salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha
böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi)
bilir!”.
20. Səni özünlə barışdırır və özünü özünə sevdirir.
21. Başucalığı və izzət gətirir.
"Əl-İsra” 79: "(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas
olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (Qiyamət
günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən
böyük şəfaət məqamına) göndərsin!”.
"Məryəm” 31: "O, harada
oluramsa-olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri
öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə
buyurdu”.
"Əl-Ənfal” 2-4: "Möminlər yalnız o kəslərdir ki,
Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan
titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların
imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.
(Vaxtlı-vaxtında, lazımınca) namaz qılar və verdiyimiz ruzidən (Allah
yolunda) sərf edərlər. Onlar - həqiqi möminlərdir. Onların öz Rəbbi
yanında dərəcələri vardır. Onları (Qiyamət günü) bağışlanma və
(Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!”.
Rəsuli-Əkrəm (s) buyurur: "Möminin şərəfi - gecə yuxudan durub namaz qılmaq, izzəti isə başqalarından ehtiyacsız olmaqdadır”.
İmam Cəfər Sadiq (ə) buyurur: "Üç şey möminin fəxri, dünyada və
axirətdə zinətidir: Gecənin axırında namaz qılmaq, xalqın malına göz
dikməmək, Həzrət Muhəmməd (s) övladlarından olan İmamın vilayətini
qəbul etmək”.
Leyla Abbasova İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası «Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
Bütün hüquqlar qorunur.
Veb-saytın materiallarından ictifadə zamanı "Deyerler" AIN-ə istinad ( www.deyerler.org) zəruridir |