Bazar, 24.11.2024, 16:10
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Avqust » 3 » “NƏhCül-BƏlağƏ”
23:25
“NƏhCül-BƏlağƏ”
SƏKKİZİNCİ HEKAYƏT
TANIŞLIQ YOX, YALNIZ QANUNÇULUQ!

Bütün Mədinədə Əli (əleyhissalam)-ın ədalətli xilafəti və rəhbərliyi barəsində söz-söhbət gəzirdi.
Ötən gün bütün müsəlmanlar izdihama gələrək Həzrət Əli (əleyhissalam)-ın hüzuruna toplaşıb beyət etdilər. Belə ki, var qüvvələri ilə Əli (əleyhissalam) xəttində hərəkət edərək İmamın (əleyhissalam) rəhbərliyi sayəsində onun hökuməti üçün dəyərli dayağa çevrilsinlər. Mədinə məscidi heç vaxt bu qədər cəmiyyət görməmişdi. Belə böyük şövq ilə Əli (əleyhissalam)-ın hüzuruna gəlib onu Peyğəmbərin xəlifəsi adı altında qəbul etdilər.
Müsəlmanlar kiçik ya böyük dəstələrə bölünərək müxtəlif yerlərdə xilafətin keçmiş və hazırkı şivələri barədə söhbətləşirdilər. Bəzisi İmam Əli (əleyhissalam)-ın keçmiş xəlifələrin yolunu davam etdirəcəyini, digər bir qurp isə tamamilə bunun əksini fikirləşirdi. Başqa bir hissəsi də deyirdilər: İslam qanunları ilə uyğun gələn məsələlərdə onların yolunu davam etdirəcəkdir, yoxsa...
Həmin günün səhəri Həzrətin xilafətinin 2-ci günü Həzrətin o camaat arasında danışacağından hamı xəbərdar idi və bilmirdilər ki, o Həzrət proqram və planların vermiş və yəqin ki, bu barədə bir qətnamə də qəbul edəcəkdi. Elə buna görə də izdihamlı bir cəmiyyət məscidun-Nəbidə yığışmışdı.
Vaxt sür”ətlə ötür, gözlənilən dəqiqə yavaş-yavaş yaxınlaşırdı. Qəbilə və tayfa başçıları, eləcə də xain xadimlər və bitərəflərin hərəsi məscidin bir küncünə yığışaraq intizarda idilər. Hamısı fikirləşirdi ki, doğrusu, görəsən Əlinin hökuməti bizə nisbətən necə olacaqdır? Amma pərhizkar möminlərin hamısı bilirdilər ki, Əli (əleyhissalam) Peyğəmbərin buyurduğu kimi "Əli (əleyhissalam) haqq ilə, haqq isə Əli ilədir.”
Bu vaxt möminlər ağası Həzrət Əli (əleyhissalam) minbərə qalxdı. Allaha həmd və səna etdikdən sonra belə buyurdu:
"Nə deyirəmsə, dediyim sözün üstündə də varam və şəxsən özüm onun icrasına zaminəm. Belə deyildir ki, söz deyəm, lakin əməl etməyəm, ötüb keçənlərin pozğun rəftarı, eləcə də pis əməllərinin cəzasından, nəsihət və ibrət götürənləri və Allaha etdikləri ibadət onları yersiz rəftarlardan qoruyar.”
İmam Əli (əleyhissalam) öz söhbətində keçmişlərin rəftar və getdikləri yola qırmızı xətt çəkib yığışanlara o yollara yuvarlanmamalarını nəsihət etdi. Həzrət qətiyyətlə elan etdi ki; "mən əməl sahibiyəm, nəinki söz.” Daha sonra Həzrət belə buyurdu:
"And olsun Allah sarıdan haqq məbus edilmiş İslam Peyğəmbərinə! Sizlər bundan sonra müxtəlif çətinliklə üzləşib imtahan olacaqsınız. Qazan daxilindəki, qaynar xörək kimi qaynayaraq alt-üst olacaqsınız. Belə ki, yuxarıdakılar aşağıda və aşağıdakı adamlar isə yuxarıda qərar tutacaqlar. O, adamlar ki, doğrudan da İslam inkişafına təkan verib iş başına gələcəklər. "Hiylə və fırıldaqla iş başına gələnlər geri qaytarılacaqdır.” Daha sonra buyurdu: "Camaat üç hissəyə bölünübdür:
1-Sür”ətlə haqqa tərəf irəliləyənlər; onlar nicat tapacaqlar.
2-Ağır-ağır haqqa tərəf irəliləyənlər; o adamlar üçün də nicat ümidi var.
3-”Haqq yolunda təqsir və səhlənkarlıq göstərənlər; onlar cəhənnəm odunda yanacaqlar.
"Sağa və sola meyl göstərmək itirmək (zəlalət) deməkdir. Amma düz yalnız orta yoldur ki, Quran və sünnət bu yola sifariş edir.”
Beləliklə, rəhbərlikdə Həzrətin tutduğu haqq yolu tapıb və bildilər ki, bu yol Quran və sünnət əsasındadır, belə ki, bu yolda qohumbazlıq, tanışlıq, yoldaşlıq və dostluq işə gəlmir. Əksinə işlər ədalət üzrə planlaşdırılmışdı.

                                      ON BİRİNCİ HEKAYƏT

                                          Dinini dünyaya satan
Tarixdə Əmr As dinini satıb danan fırıldaqçı kimi məşhurdu.
O vaxt Həzrət Əli (əleyhissalam) Kufədən Şama Müaviyəyə məktub yazaraq onu beyətə dəvət etdi. Müaviyə Əli (əleyhissalam)-ın bu dəvətindən çox sarsılmışdı ona görə ki, Əli (əleyhissalam)-ın bayrağı altına girməyə razı deyildi. O, bu Haqda qardaşı Übət ibni Əbi Süfyana müraciət etdikdə ondan; "Bu barədə gərək köhnə siyasətçi Əmr Asdan kömək olaraq cavabını eşitdi. O elə bir adamdır ki, dinin müqabilində dünyanın qiymətini ona versən, öz dinini satar.”
Müaviyə Əmr Asa məktub yazaraq onu Şama dəvət etdi. Nəticədə Əmr As onun dəvətini qəbul edib Şama gəldi. Şamda Müaviyə ilə onun aşağıdakı məzmunda bir dialoqu olmuşdu:
Müaviyə: Səni müsəlmanlar arasında ixtilaf salıb fitnə-fəsad törədən bir adamın müharibəsinə göndərmək istəyirəm, vaxtilə Osmanı da həmin şəxs öldürüb.
Əmr As: O kimdir?
Müaviyə: Əli!
Əmr As: And olsun Allaha, onda olan fəzilətlərdən səndə bir dənə də olsun yoxdur, sən ona tay olacaq bir adam deyilsən. O, hər bir şeydən, hətta elm, hicrət cihad Peyğəmbərlə yoldaşlıq və təqvada səndən qat-qat üstündür. And olsun Allaha ki, o, müharibədə elə bir üstünlüyə malikdir ki, heç kəsdə onunla vuruşmaq qüdrəti yoxdur. Hər halda əgər mən istəsəm ki, Allahın nemətlərindən üz döndərib Əli (əleyhissalam) kimi bir şəsxiyyətlə müharibəyə qalxam, mənə nə verərsən?
Müaviyə: Hər nə istəsən verərəm.
Əmr As: Mən Misrin hökumətini istəyirəm.
Müaviyə: Sənin mənə dünyaya görə qovuşmağını istəmirəm.
Əmr As- "Bu sözləri kənara qoy” dedi. Beləliklə dinini dünyaya satan Əmr As Müaviyənin yaxın həmkarı və fırıldaqçı müşaviri oldu. Bu xəbər İmam Əli (əleyhissalam)-a çatdıqda xalqı bu ikiüzlü və dinlərini danan xainlərə qarşı cihada dəvət edərək buyrudu:
"Əmr As Müaviyə ilə, yalnız bu işin müqabilində əvəz almağı şərt etdikdən sonra beyət etdi. Bu sövdələşmədə "satıcının” əli heç nə udmadı və alıcının arzusu rüsvayçılığa çəkdi. İndi ki belədir, özünüzü onlarla müharibə aparmaq üçün döyüş təchizatını hazırlayın.”


                           ON SƏKKİZİNCİ HEKAYƏT

                                      Din ya qeyrƏt?!
Naman ibni Bəşir düşmən havadarlarından biri idi. Bir gün o Müaviyədən Əli (əleyhissalam)-ın hökumət dairəsində olan vilayətlərini işğal etmək məqsədilə qoşun istədi. Müaviyə də onu iki min nəfərə yaxın döyüşçü olan bir qoşuna başçı təyin etdi. Bu zaman Nalan ibni Bəşir iki min nəfərlik ordu ilə Eynut-təmr qəsəbəsinə hücum etməyi qərara aldı. Əli (əleyhissalam) tərəfindən Malik ibni Kə”b bu qəsəbəyə hakim təyin edilmişdi. Düşmən qəsəbəyə həmlə edən zaman Malik ibni Kə”bin min nəfərdən artıq köməkçisi yox idi. Bu zaman Əli (əleyhissalam)-a bir məktub yazdı.
Həmin məktubda vəziyyəti olduğu kimi Həzrətə məlumat verib ondan kömək istədi.
Hələ köməklər gəlib çatmamışdı ki, Naman Malikə həmlə etdi. Nəticədə Malik də öz yoldaşları ilə birgə özünü müdafiəyə başladı, Malik və köməkçiləri sanki sözü bir yerə qoyub qılınclarının qılafını sındırmışdılar ki, düşməni məğlub etməyincə bir də öz şəmşirlərini qılafa qoymasınlar. Bu zaman Malik öz köməkçilərindən sayılan Abdullah Əzdi ni Eynut Təmrin yaxınlığında yaşayan İmamın yaxın silahdaşlarından kömək almağa göndərdi Əzdi də ora gedib Muxnəf ibni Səlim dən 50 nəfər kömək aldı. Bunu gördükdə İslam döyüşçülərinin əhval-ruhiyyəsi bir azd da qüvvətləndi. Saylarının az olmalarına baxmayaraq qoşununu məğlubiyyətə uğratdılar.
Əli (əleyhissalam)-ın qoşununa kömək və qüvvə gələcəyindən qorxan Naman gecə ikən Şama tərəf qaçdı. Nəticədə Eynut-təmr qəsəbəsi alnı-açıq Əli (əleyhissalam)-ın silahdaşlarının əlində qaldı. Bu zaman Malik Eynut-Təmrin başçısı Əli (əleyhissalam)-a bir məktub yazaraq İslam qoşununun vəziyyətini Həzrətə elan edib bildirdi: Malikin ilk naməsi Əli (əleyhissalam)-ın əlinə çatdıqda camaatı toplayıb onlar üçün xütbə oxudu və onları Eynut- Təmr cəbhəsinə kömək etməyə çağırdı. Bu vaxt camaatdakı süstlüyü sezib onlara qarşı qəzəblənən Əli (əleyhissalam) ora toplaşanlara belə buyurdu:
Məgər dininiz yoxdur ki, sizləri öz ətrafına toplasın ya qeyrətsizsinizmi ki, düşmənin cəsarətinə baxıb susursunuz. Aranızda durub kömək üçün nə qədər fəryad etsəm belə məni dinləmirsiniz.?!!
Siz mənim göstərişlərimi yerinə yetirmirsiniz. Bu zaman Yalnız Ədi ibni Hatəm Əli (əleyhissalam)-a müsbət cavab verərək Təy qəbiləsindən min nəfərin bu döyüşdə hazır olduğunu bildirdi.
İmam onlara Nuxəylə ordusuna tərəf getmələrini tapşırdı. Hərəkət əmrinin verilməsini gözləyirdilər ki, bu zaman Malikin ikinci məktubu yetişdi və Əli (əleyhissalam) bu qələbədən çox xoşhal oldu. Həzrət gəlmiş məktubu Kufə camaatı üçün oxuyub Allaha həmd-səna etdi.


                             ON DOQQUZUNCU HEKAYƏT

                                      HƏKƏmeyn ƏhvalatI
Möminlər ağası Həzrət Əli (əleyhissalam)-ın xilafəti dövründə baş verən ən mühüm hadisələrdən biri də Həkəmeyn əhvalatıdır ki, onu burada xülasə də olmuş olsa qeyd etməyi lazım bildik. Həzrət Əli (əleyhissalam) 36 hicri ilinin Şəvval ayının 5 də ki, bu da hökumətinin birinci ilinə təsadüf edir. Müaviyənin təcavüzkar ordusunun məğlubiyyətə uğratmaq üçün silahdaşları ilə birlikdə Siffeyn vilayətinə (İraqla Şam arasında) yola düşür. Bu müharibə 18 ay davam edir. Müharibənin sonunda artıq Əli (əleyhissalam) qələbəsi ehtimalı möhkəmlənmir. Müaviyə ordusunun isə məğlubiyyət nişanələri sezilirdi.
Bu həlledici böhranda məl”un Əmr As tərəfindən (Müaviyənin xüsusi müşaviri) bir hiylə quruldu.
Belə ki, Müaviyə ordusunun Quranları nizə başına keçirmələri planlaşdırıldı, eləcə də qoşunun "Ey Əli (əleyhissalam)-ın ordusu gəlin hər iki tərəf arasında Quran hakim olsun. Quran hər nə hökm etsə onlu qəbul edək.
Müharibə və qan axıdılmasının qarşısını alın.
Zahirdə xoş, batində isə aldadıcı sui-qəsddən savayı bir şey olmayan baş tumuş hiylə əsgərləri aldatdı. Daha Həzrətin müharibəni davam etdirmək barədə əmrlərinin dinləmədilər. Həzrət bunun Müaviyə ilə Əmr Asın aldadıcı hiylələri olmasını onlara başa saldısa da əsgərlərdən bir çoxu Əlinin (əleyhissalam) sözünə etina etmədi. Elə bunlar görə də Əli (əleyhissalam)-ın ordusunda ziddiyyət əmələ gəldi.
Nəticədə Müaviyənin ordusu müqəddəs kitabın fərmanını məhv edib tapdadılar. Bu ziyan verici hiylə nəticəsində Əli (əleyhissalam)-ın ətrafındakıları aldatdılar. Həzrət Əli (əleyhissalam) onlara nə qədər nəsihət etdisə də ona qulaq asan tapılmadı. Bu zaman İmam Allaha pənah aparıb belə buyurdu:
"Allahım, sən bilirsən ki, onların hədəfi Quran deyildi.” Sözün qısası budur ki, Əli (əleyhissalam)-ın minlərlə yaxın köməkçlərindən, eləcə də Əş”əs ibni Qeys (münafiqlərin başçısı) din və əqidə oğrularının zahirdəki aldadıcı oyunları ilə həmin əqidədən sui istifadə edərək hətta Müaviyə tərəfdarlarından daha alçaqcasına Əli (əleyhissalam)-ın ətrafını tutdular və belə fəryad edib dedilər:
"Allahın əmrindən başqa fərman yoxdur.” onlar Həzrət Əli (əleyhissalam)-a Müaviyə ilə müharibəni dayandırmağı qəbul etdirdilər ki, məktubundan sonra Həkəmiyyət mövzusunu irəli çəkdilər. Belə ki, həm İmam Əli (əleyhissalam), həm də Müaviyə ordusu tərəfindən bir nəfər nümayəndə təyin olunsun.
Həzrət Əli (əleyhissalam) Həkəmiyyətə qol qoymağa məcbur edildikdən sonra Abdullah ibni Abbası öz nümayəndəsi kimi təklif etdi. Çünki, məhz Abdullah Əmr Asın aldadıcı hiyləsinin öhdəsindən yaxşılıqla gələ bilərdi.
Müaviyə də Əmr Ası nümayəndə ünvanıyla təyin etmişdi. Əş”əs ibni Qeys Müaviyənin gizli qasidi idi. O, ibni Abbasın bu həkəmiyyətdə olmasına qarşı çıxdıqda Həzrət Əli (əleyhissalam) Malik Əştərin nünayəndəliyini irəli sürdü. Bu seçki ilə də müxalifət olunduqda vəhdəti qorumaqdan ötrü Əli (əleyhissalam) məcbur oldu ki, onların təklif etdiyi Əbu Musanın Həkəmiyyətini qəbul etsin. Qərardaddan sonra yenə də bir qrupun bu qərardadı qəbul etmələri bildirildi.
"Hökumət yalnız Allaha məxsusdur”
Əmr As qırx nəfərlə Əbu Musa isə dörd yüz nəfərlə Dəvmətil cundəl də (Həkəmiyyət məhəllində) hazır olduqda müzakirənin sonunda hiyləgər Əmr As tam xüsusi bir iclasda nadan Əbu Musadan son nəzərini soruşub dedi: Son nəzərin nədir?
Əbu Musa dedi: Mən hər ikisini (Əli və Müaviyəni) xilafətdən götürür müsəlmanları isə xəlifə seçmək üçün şuraya dəvət edirəm. Əmr As öz hiyləsinin baş tutduğunu gördükdə yalandan and içdi ki, bu yaxşı fikirdir.
Ümumi iclas qurulduqda Əmr As Əbu Musaya dedi: Sən də öz fikrini söylə Əbu Musa fikir söyləməkdə qabağa düşməsini israr etsə də o qabağa düşüb dedi: "Mən Əli və Müaviyəni xilafətdən kənarlaşdırıram. Özünüz yığışıb yeni bir xəlifə seçin.” Bu zaman Hiyləgər Əmr As cəldə yerindən durub: Əbu Musanın dediyini eşitdiniz. O öz rəisi Əli (əleyhissalam)-ı xilafətdən götürdü, yəni kənarlaşdırdı, elə mən də onu kənar hesab edib yerində isə öz rəisim Müaviyəni təyin edirəm, deyib öz üzüyünü sağ əlinədn çıxardıb sol əlinə keçirdi və Əli (əleyhissalam)-ı viladətdən bu cür çıxarıb Müaviyəni onun yerinə nəsb edirəm-dedi.
Yuxarıda qeyd olunan Əli (əleyhissalam)-ın xilafəti zamanı ən iyrənc və siyasi hadisələrdən biri hesab olunur. Məhz Həkəmeyn əhvalatı da həmin Xəvaricləri əmələ gətirmişdilər. Baxmayaraq ki, Əli (əleyhissalam) Əgər Abdullah ibni Abbası bəyənmirsinizsə onda yerinə Malik Əştəri göndərin- deyə buyurmuşdu, ancaq Əş”əs və onun əshabı isə cavabında belə demişdilər.
Biz Əbu Musadan başqa bir kəsi təyin edə bilmərik. "Hər halda o şey ki, olacaqdı oldu” lakin çox təəccüblü idi ki, çirkin Həkəmeyn macərasının bais və baniləri sonradan öz peşmanlıqlarını büruzə verərək tam həyasızlıqla bütün günahları Əli (əleyhissalam)-ın boynuna yıxıb dedilər:
"Axı Əli niyə bu təhkimə razı oldu? Elə buna görə də Əli kafirdir.” Bunlar dəfələrlə Əli (əleyhissalam)-ın hüzuruna gəlib fəryad edirdilər: "Hökumət Allaha məxsusdur!!!” İndi qayıdaq əsl mətləbə: Dastanın seçilmiş hissələrinin şərhində Xəvaricin (iman və əqidə oğrularının) şüardarının "Hökumət Allaha məxsusdur.” olmasını və bu cazibəli şüarla camaatı aldatmasını başa düşdük. Məhz bunlar idi ki, camaatı Əli (əleyhissalam)-ın əleyhinə qaldıraraq həyatda ən böyük zərbəni o Həzrətin ilahi hökumətinə varid etdilər. Möminlər ağası Həzrət Əli (əleyhissalam) buyurdu:
"Bu haqqın öz sözü idi, lakin bu sözdən batil bir şəkildə istifadə edildi bəli hökumət və hökm Allaha məxsusdur.”
Beləliklə, o, Xəvaricin nadürüst əqidə və nifaq yaradan simalarını xalqa nümayiş etdirərək onlara xəbərdarlıq etdi ki, din maskası arxasında müharibəyə gələnlərə inanmayın.


                            İYİRMİ DÖRDÜNCÜ HEKAYƏT

                       İzzƏtli Ölümün zillƏtli ÖlümdƏn üstünlüyü
İmam Əli (əleyhissalam) öz ordusu ilə Müaviyə qoşununu məğlub etməkdən ötrü Kufədən çıxdı Müaviyə ordusu da 58 min nəfərlik döyüşçü ilə Siffeyn torpağına yetişərək ilk növbədə Fərat su yolunu (yeganə məhəll idi su götürmək üçün) işğal edib tutdu. Əbul Ə”vər Əsləmini də qırx min nəfərlə həmin su yolunu qorumaqdan ötrü ora göndərdi. Beləliklə su yolu Əli (əleyhissalam)-ın ordusunun üzünə bağlandı. Əmr As Müaviyənin bu işini xoşlamayıb ona dedi: Əli (əleyhissalam) elə bir adam deyil ki, siz su içib sirab olasınız, lakin o susuz qalsın.
Əli bura başqa bir hədəf üçün gəlmişdir. Lakin Müaviyə Əmr Asın sözünə qulaq asmayıb su götürülməsini qadağan etdi
Fəratın tutulması xəbərini Əli (əleyhissalam)-a çatdırdıqda Həzrət Səsət ibni Suhanini çağıraraq onu Müaviyənin yanına göndərdi ki, ona desin biz söhbət və hüccəti tamam etməzdən qabaq müharibəyə başlamırıq və su yolunun sən tərəfdən bağlanması isə müharibə elan etmək üçün ilk tutarlı bir dəlildir.
Səsəə İmamın sifarişini Müaviyəyə çatdırdıqda Müaviyə öz əshabı ilə məşvərət etdi. Vəlid ibni Üqbə ilə Abdullah ibni Səid dedilər: "Suyu onların üzünə mütləq bağlamaq lazımdır ki, susuzluqdan ölsünlər.” Müaviyə də bu fikirlə razılaşdı. Bu zaman Əbul Ə”vərə su yolundan tamamilə müvazib olmaları sifarişini göndərdi.
Bu vaxt Həzrət Əli (əleyhissalam) öz ordusu üçün aşağıdakı mövzuda bir xütbə buyurdu: Ey Camaat!
Müaviyənin ordusu su yolunu bağlamaqla sizə müharibə elan etmişdir. İndi siz iki yol ayrıcındasınız, ya zilləti qəbul etməli ya da qılınclarınızı o cinayətkarların qanı ilə bulaşdırmalısınız.
Bu zaman özünün çox dərin və məşhur cümləsini buyurdu:
Əgər məğlub olub onların önündə diz çöksəniz, alçaq və zillətli ölümü qəbul etmisiniz, yox əgər bu yolda iftixar və izzətlə can versəniz, əbədi həyata qovuşacaqsınız. Bilin ki, Müaviyə bir qrup günahkar, yoldan azmış və qara qəlbliləri döyüş meydanına gətirərək həqiqəti onlardan gizlətmişdir ta bu bəxti dönmüşlər öz boğazlarını sizin ölüm saçan zizələrinizə tuş etsinlər.
İmamın bu cəzzab və çox mənalı sözlərinin müqabilində əsgərlər özlərinin bu döyüşə hazır olduqlarını bildirdilər. Daha sonra dörd min nəfər qoşun Malik Əştərin başçılığı altında cəbhəyə sarı göndərildi. İmamın özü də qalan ordu ilə hərəkət etdi. Su yolunun kənarında şiddətli döyüş başladı. Nəticədə Müaviyə ordusunun minlərlə nəfəri əldən verməklə geri çəkildi və Əli (əleyhissalam)-ın ordusu su yolunu tutdu.
Bu zaman Əli (əleyhissalam)-ın əshabı Həzrətə gəl biz də suyu Müaviyə ordusu üzünə balğlayaq deyə təklif etdikdə İmam Əli (əleyhissalam) buyrudu: "Yox qoyun sudan istifadə etməkdə azad olsunlar. Biz nadanların işini görməyəcəyik.”
Sizin vəzifəniz İslam və Quranı düşmənə anlatmaqdan ibarətdir ki, onları düz yola hidayət və dəvət edəsiniz . Əgər qəbul etdilər ki, heç, əks halda Allahın istəyi ilə qılıncla onlara layiqincə cavab verəcəyik.”
Müaviyə ordusu sudan istifadə etməkdə azad olduqlarını bildikdə su götürmək üçün dəstə dəstə Fərat çayına tərəf axışdılar!
Bəli İmam Əli (əleyhissalam) hətta bu cür vəziyyətdə belə mərdlik və ülvi məqamından çıxmırdı və çıxmadı da.






Категория: Məqalələr | Просмотров: 1162 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz