HECC suresi aye 30: `...batil sozlerden cekinin.` 1.Imam Eli(e): oz qulagina yaxsilari esitmeyi adet etdir ve senin islah olmagina, pakligina bir sey artirmayan sozlere qulaq asma. Indiki dovrde 99% musiqiler hec biri insanin ne pakligina ne de islah olunmasina komek edir. Gelin razilasaq ki, bir cox musiqilerde sevgililere ithafen `sen menim qiblem, qiblegahimsan` deyilir. Bu ne derecede duzgundur? Pakliga bir sey artirmaq deyirikse. 2. Imam Eli (e): ALLAH taala qulaga onunla haram esitmemeyimi vacib etdi. Gunumuzun bir cox mohterem muctehidleri musiqini haram buyurub. Amma bir cox insanlar serf eliyen yerlerde deyirler filan muctehide teqlid edirem. Musiqiye catanda nefsleriyle bacarmayib harama halal donu geyindirirler. 3.Allahin Peygemberi (s): Allah meni dunya ehline rehmet olaraq gonderdi ve men simli aletleri , neyleri ve cahiliyyet islerini mehv edecem. Daha bir subut. Peygember ozu musiqini haram olaraq mehv edeceyini buyurur. Bu hedisi oxuyanlar mutleq deyecek: burda yalniz simli aletler ve ney buyurulub. Amma dusunsek anlayariq ki, peygemberimizin dovrunde yalniz simli aletler ve ney oldugundan onlari haram buyurub.yeni burada esas odurki calgi aletleri HARAMDIR!!! 4. Gina (eys isret meclislerine xas terzde oxumaq) Allahin Peygemberi (s): iki ses varki bunlar dunya ve axiretde lenetlenmisdir: xoshal olduqda calinan neyin ve musibetde vay sivenin sesi. Aciq aydin burada burada buyurulub. Hec bir subhe yeri qalmir. Indiki toylarda olan musiqiler hamisi ginadir. Demek Allah hemin sesi lenetliyib sonrada deyirik Allah xeyir versin, Allah xosbext etsin. Allah lenetlediyi yere nezer edermi? 5. Imam Sadiq (e): Gina ele gunahlardandir ki, Allah onuncun alovu ved etmisdir. Allah Taala bu barede buyurub: Camaatin eleleri varki elmsizi Allahin yolundan azdirmaq ve Allah yolunu risxend etmek ucun bos sozleri satin alirlar. Onlara xaredici ezab verilecekdir. 6. Gina ziyanin tilsimidir. 7. Allahin Peygemberi (s): uc sey qelbi sertlesdirer: eys isret meclislerine xas, bayagi musiqi... . 8.Imam Sadiq(e): Gina ozunden nifaq qoyub geder. Gelin bu bayagi musiqileri dinlemekle qelblerimizi qesavat burumeye qoymayaq. Onlarin yerine moize dinleyek. Imam Eli(e) eziz ovladi Imam Hesene (e) buyurub: Ey ovladim! Sene Allahdan qorxmagi, Onun emrlerine itaet etmeyi, Onu zikr etmeyi tovsiye edirem. Oz ureyini moize ile dirilt. 10. Allahin Peygemberi(s): Bilin ki, Allah qafil ve xebersiz qelbden gelen duani qebul etmir. 11.Imam Sadiq(e): Allah taala das qelbden gelen duani qebul etmez. Müəhddis Feyz "Eynül-yəqin”də belə nəql edir ki,. Şadlıq əhlinin tar və tənburu (musiqi aləti) onların əllərinə yapışıb, başlarına çalınar. Bəli, hər kəsin qiyafə və simasından bilinər ki, bu şəxs hansı günahın sahibidir. (55-ci surə, 41-ci ayə) "Ənvari-nö”maniyyə” kitabında Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)- dən rəvayət olunub ki, buyurdu: "Tənbur sahibi üzü qara məhşur olar, əlində alovdan olan və başına çalınmış tənbur tutar, 70 min əzab mələyi başını, üzünü qamçılayar. Qina əhli-istər çalan, istərsə də oxuyan-kar, kor və lal məhşur olar. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurub: Allah-Taala Kovser hovuzunun ətrafında min ağac xəlq edib, hər ağacda 360 budaq və yarpaq vardır. Hər bir yarpaqdan başqasından eşidilməmiş nəğmə ucalır. Şad və xoş avaz Kövsər başındadır. Eşitmək istəyirsinizsə, şərti budur ki, belə xoş və ruhani sədalar eşitmək üçün dünyanın boş səda və musiqilərinə yaxınlaşmayın. MENCE BU HEDISDEN SONRA DEMEYE HEC BIR SOZ QALMIR. ALLAH HAMINI HIDAYET ETSIN!!!
Hansı musiqi haramdır? Cavab: Quranın ayələri və Əhli-beyt (ə) hədislərində musiqinin xüsusi bir növü olan «ğina» haram buyurulmuşdur. Bəzi dinşünasların fikirincə, İslam ümumiyyətlə bütün musiqiləri qadağan edir. Əslində, Peyğəmbər dövründə musiqiyə sərt münasibətin əsasını həmin dövrdə yalnız ğinanın mövcudluğu təşkil edir. İstər musiqisi, istər sözləri insanda yalnız mənfi hisslər aşılayan ğinanın haram buyurulması, məntiqə uyğundur. Ğina insanı ruhi tarazlıq vəziyyətindən çıxarır, onu eyş-işrətə, əxlaqsızlığa sövq edir. Qurani-kərimin «Fürqan» surəsinin 72-ci ayəsində buyurulur: «Allahın xalis bəndəsi o şəxslərdir ki, batilə şahid durmaz, puç bir şeylə rastlaşdıqda, ondan üz çevirib, keçərlər». İmam Sadiq (ə) bu ayə haqqında buyurur: «Bu ayədə ğina nəzərdə tutulur». Musiqisi və sözləri insanı doğru yoldan azdıran ğinanın insan mənəviyyatına bir çox mənfi təsirləri vardır: «Ğina oxunan ev qəm-qüssədən amanda qalmaz», «Ğina oxunan evdə dua qəbul olmaz», «Ğina oxunan evə mələk nazil olmaz» (İmam Sadiq (ə)-ın kəlamları "Vəsailuş-şiə"c.12, səh.225).