Bazar, 22.12.2024, 08:17
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 2
Qonaq 2
İstifadəçi 0

Главная » 2010 » İyun » 5 » Müqəddəs Məkanlar(İran)
23:15
Müqəddəs Məkanlar(İran)
Astane Qüdse Rəzəvi
kompleksi
 
alt
 
Müqəddəs hərəmin ilkin illərdəki vəziyyəti. Həzrət İmam Rzanın (ə) pak cisminin dəfn edildiyi məkan Rovzeyi münəvvərə adlanır və onun üzərində əzəmətli qızılı günbəz vardır ki, bu kompleksdəki binaların mərkəzi hesab olunur.
İmamın dəfn olunduğu zamanlar müqəddəs hərəm sadə bir bina idi və o zamanın tikinti materialları ilə tikilmişdi. Belə ki müqəddəs məzar olan hissəyə açılan bir qapı olmuşdur və o zamanın sadə bəzəkləri ilə bəzədilmişdi. Üzbəüzdə yerləşən kölgəlikdən başqa bütün künclərdə kölgəliklər binadan xaricə tərəf düzəldilmişdi. Məqbərənin üzərində tək bir ədəd günbəz olmuş­dur.
O keçmiş illərdə müqəddəs ziyarətgahın ətrafındakı yerlərdə yaşayış yox idi və Tus şəhərinin iki məşhur kəndindən olan Nuğan o ərazilərdə yaşayış məntəqəsi hesab edilirdi.
Zalım hakimlərin şiələrin hərəkət və məskunlaşmalarına dəqiq nəzarəti və onlara İmamın müqəddəs məzarına diqqət yetirməyin və ziyarətin qadağan edilməsi illərin keçməsi ilə bu müqəddəs qəbrin üzərində o Həzrətə layiq binanın tikilməsinə imkan verilmədi.
Axırda müxtəlif zamanlarda hakimlərin və xalqın, xüsusi ilə də Xorasan camaatının və İmamın ziyarətinə xüsusi əlaqəsi olan insanların bu şərafətli yerin ziyarətini özlərinə vacib etmələrindən sonra burada müqəddəs binanın inşa edilməsi, bəzədilməsi və qorunmasına başladılar.
Əsrlər boyu müsəlman ölkələrin əhalisi, Xorasan vilayətinin hakim və əmirləri, vilayət və imamət məqamına xüsusi ehtiramı olan insanlar müəyyən vəsaitlər sərf etməklə buranın yenidən qurulmasında və əzəmətli olmasında çalışıblar. Aramgahın bəzədilməsi ilə yanaşı yeni binalar inşa etməklə bu müqəddəs məkanı keçmiş zamanların incəsənət nümunəsinə çevirdilər.
 
Başın üstü, tarixə qovuşan mədrəsə. Başın üstündə yerləşən mədrəsə ki, hal-hazırda ondan heç bir əsər qalmamışdır və qərb tərəfdə Zəncir adı ilə tanınan bazarın (Məşhədin ən məşhur və əsli bazarlarından olmuşdur və qədim sahədən böyük bazara qədər, Dudər , baş üstü, Pərizad mədrəsələri və Gövhərşad məscidi ilə eyni tarazlıqda davam etmişdir ) haşiyəsində İmam Rza (ə) ziyarətgahının yuxarı tərəfində yerləşibmiş və şimal tərəfdən İslam inqilabı həyəti, cənub tərəfdən Pərizad mədrəsəsi, şərq tərəfdən bu ziyarətgahın evləri və qərb tərəfdən isə Zəncir bazarı ilə məhdudlaşırdı.
 
Mədrəsənin tarixi. Bu yer İmam Rzanın (ə) müqəddəs hərəminin baş tərəfində yerləşdiyindən baş üstə yerləşən mədrəsə adlanmışdır və Məşhədin ən qədim mədrəsələrindən hesab olunur. Binanın tikilmə tarixi və kim tərəfində inşa edilməsi məlum deyildir. Ancaq Əbdülməcid Mövləvi, ingilis səyyahı Frezer və İbn Bətutənin nəzərlərinə görə onu inşa etdirən Əmir Teymurun oğlu Şahrux olmuşdur.
 
alt
 
Qəyyumluq. Mədrəsənin banisi və qəyyumu barəsində əldə məlumat yoxdur. Qəməri 1091-ci ildə Səidəddin ləqəbi ilə tanınan Mirzə Məhəmməd tərəfindən təmir edildikdən sonra ehtimal olunur ki, o və övladları bura xaraba vəziyyətə düşənə qədər qəyyumluq vəzifəsini daşımışlar. 1203 qəməri ilində (1788) Mirzə Mehdi Şəhidin oğlu Mirzə Əbdülcavad tərəfindən mədrəsə yenidən quruldu. Məşhur alim olan bu şəxs mədrəsənin qəyyum­lu­ğunu öz üzərinə götürdü. Onun ölümündən sonra bu mədrəsənin qəyyumluğu ailəsində qaldı. Sonra Məşhəd elmi hövzəsinin məşhur alimlərindən olan Hacı Mirzə Əbdülkərim və ondan sonra həm oğlu (üçüncü) Hacı Mirzə Əbdülcavad mədrə­sə­nin qəy­yum­luğunu öz öhdələrinə götürmüşlər. Həmçinin Ağa Nəcəfi, Seyid Məhəmməd Hüseyn və onun oğlu Hacı Seyid Əli Ələmül Hüda bu mədrəsənin qəyyumlarından olmuşlar və Hacı Seyid Əli Ələmül Hüda mədrəsə sökülənə qədər həmin missiyanı daşımışdır.
 
Fəaliyyətləri və təhsil proqramları. Bu mədrəsənin əhəmiy­yə­tini nəzərə almaqla müxtəlif sahədə hövzə dərsləri və elmi yığıncaqlar orada keçirilirdi. Din elmləri öyrənən tələbələr Mirzə Əbdülcavad , Hacı Mirzə Əbdülkərim və Hacı Seyid Əli Ələmül Hüda kimi böyük və məşhur alimlərdən faydalanırdılar.
 
Binanın mövcud vəziyyəti. İslam İnqilabından sonra Ayə­tul­lah Vaiz Təbəsi Astane Qüdsi Rəzəvinin vəqf ərazilərinin qəyyumlarının böyüyü vəqfnaməni diqqətlə mütaliə və araş­dır­dıqdan sonra mədrəsənin yerinin ilk öncə müqəddəs ziyarətgaha məxsus olduğu və sonrada mədrəsə olduğu aşkarlandı.
Bu üzdən mədrəsə söküldükdən sonra onun yerində əzəmətli və geniş tağ tikilməsi qərara alındı. Bu 3 mərtəbəli tağ 9700 kv. metr ərazidə hal-hazırda Darül-Vilayət adı ilə müqəddəs hərəmin ən böyük tağıdır.
 
Hərəmin memarları tarixin rəvayətində. Hər bir kərpicin öz hekayəsi var... Hərəmin binası tarix boyunca tədriclə inşa edilmiş və genişlənmişdir. Hərəmin indiki fəzasının yaranmasında İranın tarixi boyu qadın və kişilərin rolu olmuşdur və onlar adlarını Həzrət Rzanın (ə) adı altında əbədiləşdirmişlər. Hərəmin divar­la­rında olan hər bir kaşı və kərpic bu torpağın insanlarının öz ağaları Həzrət Rzaya (ə) olan eşqlərindən xəbər verir. Hərəmin kita­bə­lərində olan tarix Samanilərdən Qacarlara qədər böyük bir dövrü göstərir.
Samanilər - ilk abadlaşdıranlar. Tarixə əsasən, Nuh ibn Mənsur Samaninin yaxınlarından Əbubəkr Şahmərd Əli ibn Musa Rzanın (ə) şiələrin səkkizinci imamının şəhid olduğu yeri abad etdi.
İbn Babuveyhin dediyinə əsasən, Məhəmməd ibn Əbdürrəzzaq Tusi və Əmir Məhəmmədiyyə Samani dövrünün əmirləri öz hakimiyyətləri dövründə İmamın müqəddəs ziyarətgahına xüsusi ehtiram göstərərək, hərəmdə bəzək işləri həyata keçirdilər.
 
Deyləmilər; müxtəsər bəzəklər. Dördüncü hicri əsrinin əvvəllərində Əzdövlə Deyləminin əmri ilə İmamın hərəmi o dövrün üslubuna əsasən təmir edilmiş və bəzədilmişdir.
 
Qəznəvilər; İmamın baş tərəfində tikilən məscidi yadigar qoyanlar. Yəmin Əddövlə, Soltan Mahmud Qəznəvi Əli ibn Musa Rzanın (ə) və Rəşidin məzarı yerləşən Məşhəd Tusda atası Səboktəkin Qəznəvinin qübbədə törətdiyi dağıntıdan sonra onu yenidən düzəltdi və orada gözəl bir bina inşa etdirdi.
Bundan əlavə Dəbir adı ilə tanınan Əbulhəsən Əraqi beşinci əsrin əvvəllərində müqəddəs ziyarətgahı təmir edərkən məzarın baş tərəfində məscid inşa etdirdi və bu məscid Qəznəvilər dövrünün yadigarıdır.
 
Səlcuqlar; ilk günbəz. Bu dövrədə məzarın üstündə ilk gün­bəz inşa edilmişdir.
Hicri altıncı əsrin əvvəllərində Səlcuqlar dövründə Əmir İmad Əddövlə hərəmi təmir etdirmişdir. Soltan Səncərin vəziri Şərəfəddin Əbu Tahir Qummi məzarın üstündə günbəz tikdirdi və səlcuq türkləri hərəmin yerliyini və divarını nəfis Səncəri kaşıları ilə bəzəyərək, orda 512 (1118) tarixini həkk etdilər.
 
Xarəzmşahlar; səncəri kaşılarının dövrü. Xarəzmşahların döv­ründə hərəmin kaşıları özünə yeni rəng aldı. Hicri yeddinci əsrin əvvəllərində müqəddəs hərəmin divar və yerliyində olan kaşılar məşhur səncəri kaşıları ilə bəzədildi. Hal-hazırda da bu kaşılar 612 (1215) tarixi ilə hərəmdə mövcuddur.
Bundan əlavə olaraq bu dövrdə qəbrin ətrafı və üzbəüz hissəsi əla növ çini kaşılar və kitabə ilə bəzədildi. Bu kitabədə gözəl süls xətti ilə İmam Rzanın (ə) adı və soyu Həzrət Əliyə (ə) qədər yazılmışdır.
 
alt
 
Gövhərşad məscidi. Hicri doqquzuncu əsrin əvvəllərində Teymurilər dövründə tikilmiş qədim əzəmətli binalardan bir də Gövhərşad məscididir. Bu tarixi bina müqəddəs hərəmin cənub tərəfində yerləşir və Darül Səyadə və Darül Hifaz tağlarına birləşir. Bu məscid Cığatay əmirlərindən olan Əmir Qiyasəddin Tərxanın qızı və Teymurun oğlu Şahruxun həyat yoldaşı Gövhərşad xanım tapşırığı ilə hicri 821-ci ildə (1418) məşhur iranlı memar Qəvaməddin Şirazi tərəfindən Teymurilər dövrünün memarlığı üslubunda tikilmişdir.
Məscidin kaşıları Teymurilər dövrünün şah əsərləridir. Məscidin günbəz şəkilli tağları və onun xüsusi bəzəyə malik minarələri qabarıq üsulla bəzədilmiş, həmçinin divarın naxış və xətləri gips üzərində Teymurilər dövrünün ən yaxşı kaşıları bu binaya təkrarolunmaz gözəllik vermişdir. Bu qədim bina İran incəsənətinin kamil və seçilmiş nümunələrindən sayılır və qədim memarlığın bütün xüsusiyyətləri burada işlədilmişdir.
Teymur dövrünün ən yaxşı süls xətti ustalarından olan Baysanqurun (Gövhərşadın oğlu) tarixi və gözəl kitabəsi gözəl süls xətti ilə eyvanda gözə çarpır və məscidin tarixi naxışları damara oxşayan kaşı üzərində bu kitabədə yazılmışdır.
Mehrab mərmər daşından olub oyma, bəzək və kitabə ilə o dövrlərin memarlığının göstəricisidir.
Eyvan mehrabının yanında yerləşən Sahibəzzaman (ə.c) minbəri qədim olması baxımından mühümdür. Bu nəfis minbər mismar işlədilmədən qoz və armud ağacından çox gözəl şəkildə ustad Məhəmməd Nəccar Xorasani tərəfindən Fətəli şah Qacar əsrinin məşhur taxta üzərində naxış üslubu ilə düzəldilmişdir.
Eyvan üzərindəki hündür günbəz bu binanın əzəmətini daha da artırmışdır. Günbəzin hündürlüyü 41 metr və eni 10 metrdir. Onun xarici səthi minalanmış kərpic və kufi xəttində olan bir kitabə ilə bəzədilmişdir. Bu eyvanın iki tərəfində məscidin döşəməsindən ucalan 43 metrlik iki minarə düzəldilmişdir və onlar bir neçə kitabəyə malikdir.
Gövhərşad məscidi 2800 kvadrat metrlik həyətə malikdir və onun təməli 9400 kvadrat metrdir. Məscid binasının 8 böyük eyvanı və yeddi otağı var. Məscidi inşa etdirən Gövhərşad xanımın adı məscidi şimal eyvanında (Darül Siyadə) sarı rəngli kaşı üzərində süls xətti ilə yazılmışdır.
Teymurilər dövrünün əsərlərindən biri də İnqilab həyətinin cənub hissəsidir. Bura Teymurilərin sonuncu əmiri Soltan Hüseyn Bayqaranın vəziri Əmir Əlişir Nəvayi tərəfindən hicri 875-885-ci illərdə (1470- 1480) inşa edilmişdir.
 
Səfəvilər; Qızıl ilə işləmə dövrü. Səfəvilər dövrü də hərəmin memarlıq tarixində mühüm dövrlərdəndir. Günbəzin və iki minarənin qızıl ilə işləməsi, ilk qəbir üzərində ilk zirehin hazırlanması, Tohidxana tağları, Allahverdi xan günbəzi, Hatəm xan günbəzinin hamısı bu dövrə aiddir. Şah Təhmasib, Şah Abbas və Şah Süleyman əsaslı işlərlə bu dövrdə adlarını hərəmin tarixinə yazmışlar. Şah Təhmasib hicri 932-ci ildə (1525) ilk dəfə günbəzi qızıl ilə bəzətdirdi və hicri 957-ci ildə (1550) qəbir üzərində ilk zirehin düzəldilməsini tapşırdı. Bundan əlavə olaraq Əmir Əlişir eyvanını və iki minarəni də qızıl ilə zinətləndirdi.
Şah Abbasın zamanında İnqilab həyəti genişləndirildi və onun şərq, şimal və qərb hissəsində eyvanlar, hücrələr düzəldildi və ikinci Şah Abbas onları təmir və kaşı ilə bəzətdirdi.
Hicri 997-ci ildə (1588) özbək xanı Əbdülmömin ziyarətgahı və günbəzdə olan qızılları qarət etdi. Birinci Şah Abbas Məşhədə etdiyi səfər zamanı yenidən günbəzi qızılla bəzətdirdi. Bu iş hicri 1016-cı ildə (1607) sona çatdı. Əlirza Abbasi Şah Abbasın Məşhədə gəlişini və günbəzin qızıl ilə bəzədilməsini süls xətti ilə abidənin aşağı hissəsindəki kitabədə həkk etmişdir.
Şah Süleyman Səfəvi də Darül Siyadə tağını təmir elətdirmiş və 1084 hicri ilində (1673) zəlzələ nəticəsində günbəzin qopmuş qızıllarını yenidən düzəltdirmişdir. Şah Süleyman dövründə günbəzin yenidən qızıl ilə işlənməsi Məhəmməd Rza İmami tərəfindən günbəzin alt hissəsində kitabədə yazılmışdır.
 
Afşarilər dövrü; İsamil Təlanın su evi.  Ətiq həyətinin (İnqilab həyəti) şimalındakı minarə, Əmir Əlişir eyvanının yenidən qızıl ilə bəzədilməsi və onun üstündəki minarə və İsmail Təlayi su evinin su daşı da bu dövrə aiddir.
 
Qacarlar dövrü; güzgü ilə işləmələr. Memarlıq baxımından Qacarlar dövrü də hərəmin tarixinin mühüm dövrlərindən sayılır. Azadlıq həyətinin binası bu dövrə aiddir. Bu dövrdə Azadlıq həyətinin qərb hissəsi qızıl ilə bəzədilmiş, Nasir eyvanı adı ilə məşhurlaşmışdır. Bu dövrdə Azadlıq həyətinin kaşı ilə işlənməsi və bəzənməsi həyata keçirilmişdir. Bundan əlavə 1275-ci hicri ilində (1858) Qaimməqam Nuri müqəddəs rövzənin güzgü ilə bəzədil­məsinə aid göstəriş vermişdir. Bu dövrdə Tohidxana, Darül Hifaz və Darül Səyyarə tağları güzgü ilə bəzədilmişdir.
 
İslam İnqilabından sonrakı hərəm.
Həzrət Rzanın (ə) bütün yaxın və uzaq ziyarətçilərinin söylədikləri həqiqət budur ki, inqilabdan sonra hərəm başqa bir təsir bağışlamışdır: daha geniş və daha əzəmətli.
Ziyarətçilərin artması, açıq fəzanın və üstü örtülü yerlərin kifayət etməməsi, ziyarətin asan olmaması və çoxlu gediş-gəlişin olması və..., Astane Qüdse Rəzəvi barədə bu fikrə gəlindi ki, ictimai, ziyarət mədəniyyətini, xidməti nəzərə almaqla zəvvarların ziyarət və dua etməsi üçün sakit fəzalar yaradılsın.
Bu kompleksin qəyyumlarının zəhməti ilə ziyarət, mədəniyyət və xidmət fəzaları sürətlə genişləndi. Belə ki, son illərdə inşa olunmuş binaların həcmi inqilabdan qabaq tikilən binalardan beş dəfə çoxdur. Binaların ərazisi 12 əsr ərzində təqribən 12 hektar olmuşdur. Ancaq İslam İnqilabından sonra indiyə kimi təxminən 90 hektara çatmışdır. Üstü örtülü və açıq sahələrin qədim binaların təmiri ilə yanaşı inşa edilməsi bu tikintilərin əsaslarından olmuşdur. Bu illər ərzində kompleks mədəniyyət sahəsində də xeyli irəli getmişdir.
Son illərdəki çalışmalar nəticəsində üstü örtülü 26 bina, üstü açıq 9 həyət və 4 giriş qapısı düzəldilmişdir. Burada inqilabdan sonra hərəmdə görülən mühüm fəaliyyətlərə işarə ediləcək. Bunlar ziyarət, ibadət, mədəniyyət və xidmət sahələridir.
 
İbadət və ziyarət sahəsinin genişləndirilməsi. Mədəniyyət sahəsinin genişləndirilməsi. Xidmət sahələrinin geniş­lən­di­ril­məsi. İbadət və ziyarət sahələrinin genişləndirilməsi. Müqəddəs məkanın genişləndirilməsi və yeni tikililərin inşası ən çox ibadət və ziyarət məkanlarında olmuşdur. Bütün bu məkanlarda yeni texnologiyalar İran və İslam incəsənəti və zövqü ilə qarışdırılaraq ziyarətçilər üçün sakit və ruhani bir fəza yaradılmışdır.
 
alt
 
Mədəni fəzanın genişləndirilməsi. Kitabxanalar, universi­tetlər, muzeylər və ...., bir neçə il öncə belə məkanların ziyarətgahlarda mövcud olması nəzərə gəlmirdi. Ancaq hərəmin zəvvarları çoxdandır ki, ziyarətlə yanaşı, bu mədəni məkanlardan da istifadə edirlər. İslam inqilabından sonra mədəni fəzanın genişləndirilməsinə aid aşağıdakı işlər görülmüşdür:
Rəzəvi İslam Elmləri Universiteti, Mərkəzi kitabxana, Gövhərşad məscidinin kitabxanası, İslami Araşdırmalar Fondu və Xorasan hövzələr müdiriyyəti 39000 kvadrat metr ərazidə və 91500 kvadrat metr təməldə qərarlaşıb.
Quran muzeyinin təsis olunması (Quran və nəfis kitablar xəzinəsi), mərkəzi muzey, marka, saat, sədəf, silah, pul, xalça və s...muzeyləri 5400 kvadrat metr ərazi və 16500 kvadrat metr təməldə təsis olunub.
 
Xidmət sahəsinin genişlənməsi. Şeyx Bəhayi, Şeyx Təbərsi, Şeyx Hürr Amili və üç mərtəbədə Xosrəvi No, İmam Rza (ə) məscidləri və giriş qapısı ziyarətə gələnlərin rifahı üçün nəzərdə tutulmuşdur.
 
Dayanacaqlar. Hərəmin altında 3000 maşın tutumlu 4 dayanacaq inşa edilib.
 
Qonaq evləri, bazarlar və kütləvi tualetlər . Ziyarətgahın mehmanxanasının Şeyx Hürr Amili məscidinin şimalında genişləndirilməsi, Kövsər və Qədir mərkəzinin, hidayət bazarı, Raste bazar və tualetlərin tikilməsi zəvvarların rahatlığı üçün nəzərdə tutulmuşdur.
 
Hərəmin indiki vəziyyəti. Hərəm sözü deyildikdə bir çox zəvvarların zehninə müqəddəs zireh gəlir. Ancaq həqiqətdə dördbucaqlı müqəddəs məqbərə, günbəz, məzar daşı və müqəddəs zirehə hərəm deyilir. Hərəm otaqlar vasitəsilə daxil və xariclə birləşir.
Hərəmin həndəsi forması təqribən dördbucaqlıdır. Genişlən­mədən sonra onun ərazisi 182 min kvadrat metrdir.
Hərəmin iki tərəfdən (cənub və şimal) qızıl qapılar vasitəsilə tağlara yolu var və başqa iki tərəfdən (şimal və qərb) iki böyük otaqla başqa tağlara və məzarın baş tərəfindəki məscidə birləşir.
 
Müqəddəs məzarın yerləşdiyi yer və onun inqilabdan sonra yenidən qurulması. İslam inqilabından sonra cəmiyyətin artması və xalqın məzhəbi hisslərinin də çoxalması İmam Rzanın (ə) zəvvarlarının sayının artmasına səbəb oldu və belə ki, hərəm insanların çoxluğuna cavab vermirdi.
Başqa bir tərəfdən mübarək məzarın baş tərəfində özül betondan və qalan 3 tərəfdə isə kərpicdən olduğundan zəif idi. Günbəzin zəlzələ kimi hadisələrə davamlılığı yox idi. Bu üzdən buranın yenidən qurulması zəruri idi. Yenidənqurma işləri 1979-cu ilin noyabr ayında başladı, bura 18 kvadrat metr genişləndirildi və qəbrin baş hissəsindəki məscid kaşı ilə bəzədildi.
 
Müqəddəs məzar daşı. İndiyə kimi Həzrət Rzanın (ə) müqəddəs qəbri üstünə 3 daş qoyublar ki, bunların hər birinin tarixi əhəmiyyəti vardır. Ən qədimi 30*40 və 6 diametrində olan mərmər daşı olmuşdur ki, altı əsr əvvəl qoyulmuşdur. Bu daş kompleks muzeyinin ən nəfis və qiymətli incilərindəndir. Üzərindəki xətt kufi xəttidir və haşiyəsində 3 kitabə və üzərində mehrab şəkilli bir kitabə vardır.
İkinci daş ağ mərmərdən idi və onun necə olması barədə əldə çox məlumat yoxdur.
Üçüncü daş əla keyfiyyətli mərmər daşıdır və bu daş Yəzdin arxa tərəfində yerləşən Turan mədənindəndir. Bu mərmər yaşıl rəngdədir. Onun həcmi 1\10*2\20 və diametri 1 metr və ağırlığı 3600 kiloqramdır. Bu daş 1979-cu ildə yenidənqurma işləri zaman qoyulmuşdur.
 
Müqəddəs məzar üzərində sandıq. Deyilənlərə görə, müqəddəs məzarın üstündə daşdan başqa sandıq da olmuşdur. İlk sandıq altıncı əsrin əvvəllərinə qayıdır. Altıncı əsrin alimlərindən olan İbn Həmzə kimi tanınan İmadəddin Əbu Cəfər Məhəmməd ibn Əli Tusi özü şəxsən hadisənin şahidi olmuşdur və deyir: "İsfahan əhalisindən olan zərdüşt Ənuşirəvan İmamdan kəramət gördüyünə görə müsəlman oldu və hicri 500-cü ildə gümüş üzlü taxta sandığı İmamın qəbri üstünə qoydu ". (Əlsaqib fi mənaqib, 206-205)
İkinci taxta sandıq qızıl üzlük və qızıl mıxlarla 1022 hicri ilində (1613) qəbrin üzərinə qoyulmuşdu və Abbasi sandığı kimi məşhur idi. Bu sandıq gözəl və qiymətli bəzəklərə malik olmuşdur və 1311-ci hicri ilində (1893) dayaqlarının dağılması üzündən oradan götürdülər.
Üçüncü daş sandıq Şandiz mədənindən yaşıl limon rəngində olmuşdur və çənd hissədən ibarət idi. Onu 1311 hicri qəməri ilində (1893) mərhum Hacı Hüseyn Həccarbaşı Zəncani hazırlayaraq qəbrin üzərinə qoymuşdur. O, 2000-ci ilə qədər zirehin içində idi və əvəz olunaraq beşinci zirehdə onun yerini yeni məzar daşı tutdu.
 
Müqəddəs zireh.  Zireh sandıq üzərində olan şəbəkə mühitdir. Tarixə əsasən qəbrin üzərində zireh qoyulması Səfəvilər dövründən başlamışdır. Bundan əvvəlki zamanlarda zireh olması məlum deyil. O zamandan indiyə kimi sözügedən müqəddəs qəbrin üzərinə beş zireh qoyulmuşdur.
 
alt
 
Birinci zireh; Səfəvi dövrünün taxta zirehi. Qızıl və gümüşlə bəzədilmiş taxta zireh onuncu əsrin ortalarına aiddir və 957-ci hicri qəməri ilində (1550) düzəldilərək qəbrin üzərinə qoyulmuşdur. Bu zirehin kitabəsində "Həl Əta" surəsi süls xətti ilə həkk edimiş və zirehin baş tərəfində qızıl ilə yazılan kitabə olmuşdur. Zirehin qoyulma tarixi belədir: "Vilayət şahının qulu Təhmasib ibn İsmayıl Səfəvinin səltənəti dövründə bu mübarək məhcər bu müqəddəs məkana qoyulmuşdur. Il 957 " .
 
İkinci zireh; Nadirin üzük qaşlı zirehi. Qiymətli daş-qaşlarla bəzədilmiş polad zireh 1160-cı hicri qəməri ilində (1747) bu ziyarətgaha təqdim olunmuşdur. Zirehi Nadir şah Avşarın nəvəsi, Rzaqulu Mirzənin oğlu Şahrux Mirzə vəqf etmişdir. Üzük qaşlı zireh hal-hazıda sərdabədədir və poladdan hazırlanmışdır, təq­ri­bən iki min yaqut və zümrüdlə bəzədilmiş qübbələri vardır. İkinci zireh 260 ildən çoxdur ki, buradadır. O, üçüncü və dör­düncü zirehin altında olmuşdur və beşinci zireh qoyulanda onu sərdabəyə keçirmişlər.
 
Üçüncü zireh; Qacar dövrünün polad zirehi. Bu zireh sadədir və poladdan hazırlanmışdır. Onun ölçüsü 3*4 və hündürlüyü isə təxminən iki metr olmuşdur. Bu zireh 1238 hicri qəməri ilində (1822) Fətəli şah Qacarın hakimliyi dövründə üzük qaşlı zirehin üzərindən qoyulmuşdur. Bu zireh də qızıl və cəvahiratla bəzə­dil­mişdir. Ayaq hissə tərəfdəki qapı Fətəli şah tərəfindən təqdim olunmuşdur və bu qiymətli qapı indi də hərəmin qərb tərəfində xüsusi qab içində saxlanılır. Üçüncü zireh bir müddətdən sonra dayaqlarının çürüməsinə görə 1959-cu ildə dəyişdirilib muzeyə göndərildi və onun yerinə dördüncü zireh qoyuldu.
 
Dördüncü zireh; şir və şəkər zirehi. Dördüncü zireh qızıl və gümüş zirehi və "şir və şəkər " adı ilə məşhur olmuş və 1959-cu ildə üçüncü zireh götürüldükdən sonra qoyulmuşdur. Bu zireh mər­hum seyid Əbülhəsən Hafizyanın nəzarəti altında mərhum ustad Hacı Məhəmməd Təqi Zufun və başqa ustadların köməkliyi ilə hazırlanmışdır. Dördüncü zirehin təqribən 4 metr uzunluğu , 3.60 eni və 3.90 hündürlüyü olmuşdur.
 
Beşinci zireh; Günəş zirehi. Ömründən 42 il keçdikdən sonra dördüncü zirehin çürüməsi, qızıl və gümüş üzlüklərin boşalması nəticəsində Astane Qüds Rəzəvi yenisinin düzəldilməsi fikrinə düş­dü. Bu zirehin hazırlanması İslam Respublikasının nəzərə çar­pacaq işlərindən biridir və eyni zamanda hərəmin ətrafının yenidən qurulması və genişləndirilməsi də həyata keçirilmişdir. 1993-cü ildə Astane Qüds Rəzəvi kompleksinin rəhbərliyi tərə­fin­dən yeni zirehin hazırlanması üçün araşdırmalar başladı. Layihələr təqdim olundu. Bu layihələrin ardınca nəhayət ölkənin adlı-sanlı incəsənət xadimi ustad Fərşçiyana bu layihəni hazırlamaq tap­şı­rıl­dı.
Layihənin seçilməsi və başqa məşhur ustadların əməkdaşlığı ilə abadlaşdırma idarəsinin nəzarəti altında zirehin düzəldilməsi və Həzrət Rzanın (ə) hərəminin genişləndirilməsi işi başlandı.
Beşinci zireh dəmir, polad, qoz ağacı, qızıl və gümüş üzlüklərdən hazırlanmışdır. Həkkaklıq işləri layihədəki incəsənətə münasib icra olundu. Zireh yeddi il daimi işdən sonra yüksək keyfiyyətlə 12 ton ağırlığında 3\73*4\78 həcmində 3\90 metr hündürlükdə hazırlandı. 2000-ci ildə Qurban bayramı günü Ayətullah Xamneyi və Ayətullah Təbərsinin iştirakı ilə bu zireh qoyuldu. Zirehin bayır tərəfində süls xəti və qızıl və gümüşlə bəzədilmiş halda mübarək Yasin və Həl Əta surələri yazılmışdır. Yuxarı hissədə və zirehin daxil divarlarında Allahın adları ağac üzərində oyma ilə gözəl şəkildə ustad Fərşçiyanın layihəsi ilə ustad Kəşti Arayi Şirazi tərəfindən yazılmışdır.
 
Günbəz. Günbəz şəhərlərdə, xüsusilə də qədim və məzhəbi yerlərdə xalqın din rəhbərlərinə və övliyalara olan ehtiramının nümunəsidir. İmam Rzanın (ə) qızıl ilə bəzədilmiş günbəzi özünün qızıl kərpiclərinin parıltısı ilə həmişə görənlərin ehtiram etdikləri ən gözəl mənzərələrdən biri olmuşdur. Heyran zəvvar uzun yolları arxada qoyub müqəddəs Məşhəd şəhərinə qədəm qoyur və daxil olduğu ilk anlardan qızıl günbəzi görməklə Həzrət Rzanın (ə) nurlu məqbərəsini ziyarətdən çox şövqlənir.
İmamın nurlu günbəzi tikinti və hündürlük baxımından çox gözəl və məharətlə hazırlanmışdır və onun iki üzlüyü var. Birinci üzlüyü hərəmin çökük və bəzədilmiş tavanıdır ki, ona qübbə deyilir. İkinci örtük həmin qızıl günbəzdir. İki örtüyün arasında 13 metrdən çox hündürlüyü olan boş fəza vardır. Günbəzin ağırlığı qalınlığı 2\90 metr olan hərəmin divarları üzərinə düşür.
 
alt
Категория: Məqalələr | Просмотров: 1121 | Добавил: YA_aLI | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz