"Əlinin mənə nisbəti Harunun Musaya olan nisbəti kimidir”
Bəşər
tarixində hadisələrin cərəyanı mərkəzində həmişə ədalətlə zülm arasında
mübarizə durub. Bütün xalqların müqəddəratı məhz bu mübarizənin
nəticəsindən asılı olub. Hansısa millətlər ədalət uğrunda qurbanlar
verib və tərəqqiyə nail olub, hansısa millətlər isə zülmə baş əyərək
məhv olublar. Həzrət Əlinin (ə) həyatı istər mənəvi, istərsə də ictimai
bir rəhbər kimi bu baxımdan olduqca maraqlıdır. Bu sahədə nə qədər
tədqiqatlar aparılsa da, Həzrət Peyğəmbərdən (s) sonra müsəlmanların
ilahi vilayətə münasibəti məsələsində qaranlıq məqamlar qalmaq- dadır.
Şirkin kökünü kəsib Tövhid bayrağını ucaldan, Allah yolunda neçə-nəçə
şəhid verən bir ümmət nədənsə Peyğəmbərimizin (s) vəfatından sonra zülm
xilafətinə tabe olmağı özünə rəva bildi. Həzrət Əli (ə) məhz bu zaman
imamət vəzifəsini icra etməyə başlamasına və məhz bu zaman Əhli-Beytin
(ə) müsibətlərə düçar olmasına baxmayaraq, bu hadisələrin kökü Həzrət
Rəsuləllahın (s) öz dövrünə gedib çıxır. Peyğəmbərlə (s) çiyin-çiyinə İslam
dininin zühurundan təqribən 10-13 il əvvəl, Məkkənin Qureyş qəbiləsinin
Haşimilər nəslinin böyüyü Həzrət Əbu Talibin (ə) ailəsində dünyaya bir
oğlan uşağı göz açdı. Bu körpənin necə anadan olması onun gələcəyinə
işarə idi. O, məscidlərin ən üstünü, aləmlərin qibləsi, Allahın evi
sayılan müqəddəs Kəbənin içində dünyaya gəldi. Ailəsinin maddi durumu
çətin olduğundan, altı yaşında əmisi oğlu Muhəmmədin (s) və onun xanımı
Xədicənin (s) evinə köçür, burada onların himayəsi altında yaşayır.
Tez-tez əmisi oğlu ilə Hira mağarasına gedər, onunla burada ibadət
edərdi. Nəhayət, günlərin biri Muhəmmədlə (s) Hirada olarkən ilk vəhyin
şahidi oldu. Elə ilk iman gətirən də özü idi. İlk namazda da Peyğəmbərə
(s) qoşulan Əli (ə) ilə Xədicə oldular. Qohumları Peyğəmbərdən (s) üz
çevirdiyi zaman ona yalnız əmisi Əbu Talib və əmisi oğlu Əli (ə) dəstək
verdi. Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət edərkən müşriklər ona
sui-qəsd hazırlamışdı. Mədinədə yeni dinin yayılmasından qorxan
müşriklər peyğəmbəri (s) hələ Məkkədə ikən yatağında qətlə yetirmək
istəyirdilər. Peyğəmbərin (s) yerinə yatağa uzanan və öz canını
Peyğəmbərə (s) görə təhlükəyə atan Əli (ə) oldu. Peyğəmbərin (s) öz
sevimli qızı Fatiməyə (s) həyat yoldaşı olmağa və onun nəslini davam
etdirməyə yeganə layiqli şəxs də Əli (ə) idi. Xəndək döyüşündə Əmr ibn
Əbdəvid adlı ərəb pəhləvana qarşı heç bir müsəlman vuruşmağa cürət belə
etmədiyi zaman gənc Əli (ə) onunla meydana təkbətək çıxır, onu məğlub
edir və müşriklərin ordusuna ən ağır zərbə endirir. O zaman Cəbrayil
(ə) nazil olaraq Allah tərəfdən bu kəlməni buyurdu: "Əlidən başqa
qəhrəman yoxdur, Zülfüqardan başqa - qılınc!” Xeybər qalasının fəthini
də Allah Əlinin (ə) əli ilə gerçəkləşdirdi. Əlinin bir zərbəsini bütün
insan və cinlərin qiyamətədək edəcəkləri ibadətdən üstün tutan Allah,
Mübahilə hadisəsində Rəsuləllaha (s) ümmətin ən fəzilətli şəxslərini
özü ilə müşriklərin qarşısına aparmağı əmr edərkən Əlini (ə) və onun
ailəsini nəzərdə tuturdu. Mübahilə ayəsində Allah Əlini (ə) Həzrət
Muhəmmədin (s) özü nisbətində təqdim edib. Peyğəmbər (s) Əli (ə) ilə
Fatimənin (s) dizləri üstündə canını öz Rəbbinə tapşırdı. Peyğəmbərin
(s) vəsiyyəti ilə ona qüsl verib kəfənləyən, daha sonra cənazə namazını
qılan da İmam Əli (ə) oldu. Həzrət Əlinin (ə) İslama xidmətləri barədə
sonsuzcasına danışmaq olar. Quranda onun şəninə nazil olan ayələr və
Peyğəmbərin (s) onun barəsində söylədiyi hədislər dillər əzbəridir.
Təkcə bununla kifayətlənmək olar ki, alimlərin söylədiklərinə görə,
İslamın qısa bir zamanda qələbə çalmasına səbəb Peyğəmbərin (s) əxlaqı,
Xədicənin (s) var-dövləti və Əlinin (ə) qılıncı olub. Əli (ə)
Peyğəmbərin (s) yardımçısı idi, necə ki o Həzrət (s) özü bu barədə
buyurub: "Əlinin mənə nisbəti Harunun Musaya olan nisbəti kimidir”. İmamət vəzifəsi Bir
çoxumuz "Məzlum Əli!” dedikdə, bu sözlərin mahiyyətinə çox da varmırıq.
Əksəriyyətimiz Həzrət Əlini (ə) tarixi şəxsiyyət kimi deyil, məhz
əfsanəvi bir obraz kimi təsəvvür edirik. O dahi şəxsiyyətin həyatı
barədə səthi məlumatlar, daha dəqiq olsaq, yanlış təsəvvürlər Əlini (ə)
tanımağa imkan vermir. Əlinin (ə) məzlumluğu onun zülmə qarşı
mübarizəsindən doğur. Əli (ə), digərləri kimi, zülmə əyilsəydi, İslamın
prinsiplərinin və Peyğəmbər (s) sünnətinin tapdalanmasına razı olsaydı,
onun başına bu qədər müsibət gəlməyəcəkdi. İmamət
mövzusu əsrlər boyu İslam alimlərinin araşdırmalarının obyekti olub və
günümüzdə də bu sahədə tədqiqatlar davam etdirilir. Ayə və hədislərdən
bəlli olur ki, hökm yalnız Allaha məxsusdur. Bu səbəbdən Yaradan öz
bəndələrinə peyğəmbər, yəni İlahi hökmləri bəyan edən və onları icra
edən şəxs təyin edir. Bizim Peyğəmbərin (s) sonuncu olmasının səbəbi
İlahi qanunların kamil şəkildə nazil olması və İlahi hökmü bəyan edənə
ehtiyacın olmamasıdır. "Din kamil oldu” dedikdə də məhz bu məsələyə
işarə olunur, yəni artıq qanunlar kamil formada insanlara çatdırılıb.
Lakin bu qanunların kamil şəkildə icra edilməsinə ehtiyac var. Əgər
Peyğəmbər (s) öz zəmanəsində qanunu həm bəyan, həm də icra edirdisə,
ondan sonra da İlahi hökmlərin icraçısı, yəni ümmətin rəhbəri təyin
olunmalı idi. Hökm Allaha məxsus olduğundan həmin rəhbəri də Allah özü
seçməli idi. Belə də oldu, bir çox ayə və hədis vasitəsilə, xüsusən
Qədir-Xum hadisəsindən sonra müsəlmanlara Həzrət Əlinin (ə)
Peyğəmbərdən (s) sonra xəlifə olacağı elə Peyğəmbərin (s) öz tərəfindən
elan edilmişdi. Ancaq bu göstəriş tez bir zamanda unuduldu və
peyğəmbərin vəsiyyətinə xəyanət edildi. Xilafətin qəsbi Məlum
Səqifə hadisələrindən sonra müsəlmanlar arasında belə bir əqidə yarandı
ki, Peyğəmbər (s) xəlifəsini şura seçməlidir. Bu məsələ bəzi müasir
alimlər tərəfindən səhv yozularaq şuranı demokratik seçkilərə bərabər
edirlər. Belə ki, Səqifədə söhbət ümumxalq seçkilərindən deyil, bir
iddə insanın özbaşına hakim seçməsindən gedir. Digər cəhətdən,
Peyğəmbərin (s) bilavasitə göstərişi ola-ola başqa qərar çıxarmaq, onun
sözünün müqabilində söz demək dinə hörmətsizlik, Peyğəmbərə (s) qarşı
üsyandır. Üçüncü tərəfdən, xəlifənin şura ilə seçilməsi prinsipini
irəli sürənlər özləri bu prinsipə riayət etmədilər. Belə ki, Əməvilərin
dövründə artıq xilafət səltənətə, monarxiyaya çevrilmişdi. Bütün
bunlara rəğmən müsəlmanların Əlidən (ə) üz çevirməsi, Peyğəmbər (s)
Əhli-Beytinə (ə) qarşı təzyiqlərə göz yumması və şuranın seçdiyi
xəlifəyə beyət etməsi tədqiqatçılarda çaşqınlıq yaradır. Axı 23 il
Peyğəmbərin (s) təbliğatında ona yardımçı olan bir ümmət qısa müddətdə
bu qədər dəyişə bilməzdi. Müşriklərin əzabından qorxmayan, İran və
Bizansı diz çökdürən millət iki-üç nəfərin qılıncından qorxa bilməzdi.
Fikrimizcə, Pey- ğəmbərin (s) vəfatından sonra ümmətin ruhiyyəsində və
təfəkküründə dəyişiklik baş verməmişdi. Sadəcə olaraq, Peyğəmbərin (s)
öz döv- ründə bütpərəstlikdən yenicə yaxa qurtarmış və dövlətçilik
ənənəsinə malik olmayan bədəvi ərəb cəmiyyəti hakimiyyətin mahiyyətini
anlamırdı. Onlar din uğrunda savaşsalar da, dinin onlardan nə
istədiyini başa düşmürdü. İslamın o zamankı cəmiyyətinin ruhiyyəsi bu
günün bir çox müsəlman ölkələrində hökm sürən vəziyyətlə eynidir. Dinin
ictimai mahiyyətini unudan, daha doğrusu, nəzərə almayan müsəlmanlar
fərdi ibadətlə başlarını qataraq, öz dinlərinin gələcəyinə biganə
yanaşırdılar. Onlar üçün xəlifənin kimliyi heç bir fərq etmirdi, çünki
onlar əslində elə Peyğəmbərin də (s) döv- ründə heç bir şey
anlamamışdılar. Onların Pey- ğəmbərə (s) itaət etməsi sadə vətəndaşın
hakimə tabe olmasından başqa bir şey deyildi. Yəni onlar düşün- mədən
itaət edirdi. Pey- ğəmbərin (s) çox az səhabəsi İlahi əqidəni dərindən
dərk etmiş və öz ayıq- sayıqlığını sona qədər qoruyub saxlamışdı.
Salmanlar, Əbu Zərrlər, Miqdadlar, Bilallar, Əmmarlar - bunlar hamısı
dövrünün ziyalıları və ayıq insanları idi. Onlar fərdi təkamüllə
yanaşı, cəmiyyətin təkamülünü düşü- nən şəxslər idi. Ona görə də
əksəriyyət xilafətin qəsbinə etinasız yanaşsa da, bu azlıq yaranmış
durumla razılaşmadı. İmam Əlinin (s) sükutu Bir
çoxu İmamın nə üçün qiyam etməməsini soruşurlar. Əlinin (ə) müsəlmanlar
arasında hörməti və onun şəxsi keyfiyyətləri, xüsusən şücaət və gücü
qiyam etməyə və Əhli-Beytin (ə) haqqını qaytarmağa imkan verdiyini
söyləyirlər. Bu halda haqqın nə üçün süqut etdiyi anlaşılmaz olaraq
qalır. İmamın (ə) və onun tərəfdarlarının bu addımını izah etmək üçün
müsəlman cəmiyyətinin o dövrkü vəziyyətini anlamaq lazımdır. Yuxarıda
cəmiyyətdə hökm sürən ruhiyyədən - biganəlikdən söz açdıq. İkinci
məsələ dövlətçiliklə bağlı idi. Əbu Bəkrin namizədliyi irəli sürülərkən
onunla yanaşı digər qəbilə başçıları xilafətə iddialı idilər. Sadəcə,
camaatın əksəriyyəti xilafətə etiraz etmədiyi üçün digər xilafət
iddiasında olanların əl-ayağı bağlanırdı. Həzrət Əli (ə) kimi səhabənin
etirazı və xəlifəyə qarşı silah qaldırması münafiqlər üçün presedent
yaradacaqdı. Həzrət Əli (ə) öz sükutu ilə yenicə yaranmış İslam
dövlətçiliyini qoruyub- saxlamaq, onun daxildən parçalanmasının
qarşısını almaq istəyirdi. Bunun üçün isə istənilən daxili qarşıdurmaya
yol verməmək lazım idi. Və nəhayət Bizansla İranın diqqətini çəkən
İslam dövləti onların iş- ğal siyasətinin qurbanına çevirilə bilərdi.
Müsəlmanların daxili vəhdəti onların hərbi qüdrətinin zəmanəti idi.
Həmin vəhdətin pozulması ilə, ümumiyyətlə, İslam dövləti İranla
Bizansın qurbanına çevrilə bilərdi. Digər mühüm cəhət isə xəlifələrin
zahirən şəriətə əməl etmələri idi ki, Həzrət Əli (ə) bu şəraitdə
ixtilafa getməməyi qərara aldı. Həzrət Əlinin (ə) bu addımı yalnız və
yalnız dini təhlükədən qorumaq üçün idi. Həzrət (ə) bu barədə özü
buyurub: "Gördüm ki, səbir etmək ağıl və düşüncəyə daha yaxındır. Buna
görə də səbir etdim. Ancaq səbir edərkən gözünə tikan batmış, boğazında
sümük qalmış şəxsə bənzəyirdim”. Həzrət Əlinin
(ə) həyatı barədə yazmaq çətindir. O şərəfli insanın şəxsiyyəti barədə
bir səhifədə təsəvvür yaratmaq mümkün deyil. Ona görə İmamın (ə)
həyatına gələn saylarımızda mütləq müraciət edəcəyik. salaminfo.az |