Bazar, 22.12.2024, 07:55
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » İyul » 8 » Maraqli bir hekaye
23:16
Maraqli bir hekaye
Allahın sevimli qulu
Allahın sevimli qullarından biri bir yuxu görür; yuxusunda ona belə deyilir: "Səhər olunca, qarşına ilk çıxanı ye, ikinci çıxanı saxla, üçüncü çıxanın diləyini qəbul et, dördüncü gələni üzmə, beşincidən də qaç!" Səhər oldu; çölə çıxdı. Yola qoyulub getdi. Qarşısına bir dağ çıxdı. Bu böyük dağı görüncə çaşdı. Öz-özünə belə dedi: Rəbbim mənə bunu yeməmi əmr etdi. Sonra belə dedi: Rəbbim mənə gücümün çatmayacağı bir şeyi əmr etməz. Onu yeməyə qərar verdi. Dağa doğru getdi. Yaxınlaşdıqca dağ kiçildi. Tam yaxınlaşdığı zaman böyük dağ bir loxmaya çevrilmişdi. Onu tutub yeddi, baldan şirindi. Allaha həmd etdi, yoluna davam etdi. Qarşısına qızıldan bir ləyən çıxdı. Belə dedi: Rəbbim, bunu da saxlamamı əmr etdi. Bir çuxur qazdı, onu basdırdı. Getdi, az getdikdən sonra dönüb baxdı. Ləyən torpaq yüzünə çıxmışdı. Geri döndü, təkrar basdırdı. Bir az getdi; baxdı ki, yenə çıxmış bir daha basdırdı, yenə torpaq üstünə çıxdı. Öz-özünə, "Mən əmr ediləni etdim." deyərək buraxıb getdi. Qarşısına bir quş çıxdı. Arxasından bir şahin onu qovurdu. Quş ona belə dedi: "Ey Allahın sevimli qulu, məni gizlət. Mənə kömək et." Onu götürdü. Qoynuna gizlətdi. Arxasından şahin gəldi; belə dedi: "Ey Allahın sevimli qulu, mən acam. Səhərdən bəri də bu quşun arxasındayam. Onu tutmaq istəyirəm. Qismətimə mane olma. Öz-özünə belə dedi: "Üçüncünün diləyini etməm əmri verildi, etdim. Dördüncünü üzməməyim əmr edildi. İndi nə edəcəyəm? Bu işə çaşdı. Sonra bıçaq götürdü; özündən bir parça ət kəsdi, şahinə atdı; o da qapıb qaçdı. Daha sonra quşu buraxdı. Bundan sonra, çıxıb getdi. İylənmiş bir leş gördü. Onu da buraxıb qaçdı. Axşam olunca bu duanı etdi: "Ya Rəbbi, əmrini yerinə yetirdim. Bu işlərin mənası nə isə mənə bildir." Daha sonra, yuxusunda belə izah edildi: "Birinci görüb yediyin hirsdir. Əvvəl böyük bir dağ kimi görülər; səbirlə hirs udulsa, baldan şirin olar. İkincisi yaxşı əməlindir. Nə qədər saxlasan saxla; yenə meydana çıxar. Üçüncüsü, sənə buraxılan bir əmanətdir, ona xəyanət etmə. Dördüncüsü budur: Bir insanın sənə bir diləyi çatsa, onu yerinə yetir; istəsə sənə lazım olan bir şey olsun. Beşincisi qeybətdir. İnsanların qeybətini edənlərdən qaç. Şübhəsiz hər şeyi bilən Allahdır."

Категория: Məqalələr | Просмотров: 1233 | Добавил: imamrza_asiqi | Рейтинг: 4.2/4
Всего комментариев: 2
2 hurrem  
0
cox maraqlidir,tesekkurler

1 ya_ZEHRA  
0
АЛЛАХ РАЗЫ ОЛСУН .ДОГУРДАНДА МАРАГЛЫДЫ wacko angel angel angel

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz