Qız uşaqlarının həddi-buluğa çatan kimi naməhrəm kişilərin qarşısında örtünməsi dinin mühüm məsələlərindəndir.Ona görə də Quran və hədis baxımından bu məsələni araşdırmaq xüsusi əhəmiyyət daşıyır.Zərurət məqamında və ehtiyac duyulan zaman,qadın cəmiyyət arasına çıxa bilər.Amma buna şər’i hicaba riayət etməklə icazə verilir.Qurani kərim qadının hicabının həddini müəyyən etdikdən sonra,onun vacibliyinin səbəbini də açıqlamışdır. Allah taala "Əhzab” surəsinin 59-cu ayəsində hicabın həddini bəyan etdikdən sonra buyurur: "Bu, möminə qadınların iffət və həyalı olması və fasiq insanların əziyyətlərinə düçar olmamaqları üçündür.” Ona görə də qadın cəmiyyətinin əmin-amanlığının təmin edilməsi,əsasən hicaba riayət etməkdən və iffətli möminə xanımların vücudundan asılıdır.Digər bir tərəfdən Quranda deyildiyi kimi,hicaba riayət etmək qadın və kişilərin qəlb və batini paklıqlarına səbəb olur.Deməli hicaba tam riayət etmək cəmiyyətdə qadınların bacarıqlarından gözəl şəkildə bəhrələnməyə səbəb olur,eyni zamanda da islam cəmiyyətinin və qadının ruhi və cismi sağlamlığını təmin edir.Birinci növbədə "hicabın həddi” mövzusuna aid bəzi sözlərin mənalarını qeyd edirik. "Hicab” " حجاب” Bu sözün mənası örtünmək,pərdə və mane deməkdir.Pərdə bir şeyin örtünməsinə səbəb olduğu üçün qadınların bürünməsinə (örtünməsinə) də hicab deyilmişdir.Bunu da qeyd etməliyik ki, hər örtünməyə hicab deyilmir.Hicab o örtünməyə deyilir ki,insanı kamil surətdə örtər və gizlədər.(Yəni, nazik örpəklər hicab hesab edilmir). "Ximar” "خمار” Lüğət kitablarında aparılan araşdırmalara əsasən demək olar ki, ximar qadınların başlarını örtən bir vasitədir.Xəlil ibni Əhməd Fərahidi belə deyir:Xumr ( "ximar” sözünün cəmidir) qabların üzərini örtmək üçün bir vasitədir. ( "Əleyn”, "hicab” maddəsi,səh:63)Rağib İsfəhani "ximar” sözünün hər şeyi örtməsinə dəlalət etdiyini deyərək yazır: Ximar-hər hansı bir cismi örtən vasitəyə deyilir.Camaat arasında (ürfdə) isə ximar qadınların başlarını bağladıqları örtüyə deyilir.( "Əlmüfrədat”,səh:195).Türeyhidə (lüğət alimi) bu mənanı qeyd etdikdən sonra,məqnəənin ximar adlandırılmasının səbəbini belə açıqlayır:Məqnəə ilə qadının başı örtüldüyünə görə ona ximar da deyilir. "Məcməul bəhreyn”,cild:3,səh:292. "Cilbab” "جلباب” Xəlil ibni Əhməd Fərahidi cilbabın mənasını belə izah edir:Cilbab əbadan kiçik,şaldan böyük bir libasdır ki, qadın onunla baş və sinəsini örtür. ("Əleyn”,cild:6,səh:213)Yuxarıda qeyd olunan mətləblərdən belə anlaşılır ki,ximar qadınların baş örtüyünə deyilir.Buna əsasən də ayənin tərcüməsi də belə olur:"Qadınlar gərək baş örtüklərini...”Lüğət alimləri də ayənin belə məna verdiyini açıqlamışlar.Türeyhi yazır: "Cilbab”-əbadan kiçik,şaldan böyük bir vasitədir ki,qadın onunla başını örtür və qalan hissəsini də sinəsinə atır. ("Məcməul bəhreyn”,cild:3,səh:292)"Qamuse Quran” kitabında lüğət alimərinin "cilbab”sözü haqda dediklərini nəql etdikdən sonra belə yazır: "Bu və digər lüğət kitablarından nəql edilən şahidlərə əsasən,deyə bilərik ki, "cilbab”, çarşab və onun kimi üstən atılan libasa deyilir.” "Cəyb” "جیب” Qərəşi "Qamusul Quran” kitabında yazır: "Cəyb sözünün birinci mənasının sinə və qəlb olduğunu demişlər.Ona görə də ayədə gələn "cuyub” sözünün mənasının sinə olduğunu qeyd edə bilərik”Mərhum Təbərsi isə "cuyub” sözünün mənasının libasın yaxası olduğunu deyərək yazır: "Cuyub sinələrdən kinayə olaraq işlədilmişdir.Çünki libasın yaxası sinəni örtür.Türeyhi cuyub sözünün sinə mənasında olduğunu bildirməsinə baxmayaraq,belə deyir: "Cuyub sözünü sinələr mənasında da götürmək olar.”("Məcməul bəhreyn”,cild:2,səh:28)Yuxarıda qeyd olunan mənalardan belə nəticə çıxarırıq ki, Ximar bir libasdır ki,qadın onunla başını örtür.Həmin ayəni də belə tərcümə etmək olar:"Qadınlar gərək baş örtüklərinin qalan hissəsini sinələrinə atsınlar” "Zinət" Xəlil ibni Əhməd Tərahidi "zəyn” sözünün "şəyn” sözü ilə antonim olduğunu bildirərək yazır: "Gözəllik çirkinliyin ziddidir.Üzə bəzək verən hər şeyə zinət deyilir. ("Əleyn”cild:7,səh,387)İbni Mənur da zinətin göِzəllik mənasında olduğunu deyir."Öz zinətlərini aşkar etməsinlər" (Nur 31) yəni qadın boyunbağı və qolbağı kimi batini zinətləri aşkar etməsin. Libas və üz isə zahiri zinətlərdəndir.( "Lisanul-ərəb” cild:6 səh:130)Buna əsasən zinət əsil mənada ümumi bir məfhumdur ki həm təbii ,həm də bəzənməklə əldə olunan göِzəlliyə şamil olunur. "Təbərrüc" Lüğət kitablarında yazılanlardan belə nəticəyə gəlmək olar ki, "təbərrüc”- "öِzünü gِöstərmə" və "nümayiş etdirmə" mənasındadır.Əl-Qamusul muhit "təbərrüc” söِzünün kişilərin qarşısında özünü göstəmək və gِözəlliyi aşkar etmək mənasında olduğunu demişdir.("Lisanul-ərəb”, cild:6 səh:130)Zubeydi də Qamusun şərhində müxtəlix nəzəriyyələri nəql edir ki,onların hamısı təbərrüc söِzünün ِ "üzünü gِöstərmə” mənasında olduğunu təsdiq edir. ("Tacul-ərus”, cild:5,səh.417-418)"Məqayisul-luğət” kitabında "təbərrüc” söِzünün əslinin bürc sِözündən olduğu qeyd olunaraq yazılır: "Təbərrüc söِzünün mənası -"gözəllikləri aşkarlamaq” deməkdir.("Mِöcəm məqayisul-uləğət” cild:1 səh:238)Quranın iki surəsində ("Nur”surəsinin 31-ci və "Əhzab”surəsinin 59-cu ayələri) hicabın hüdudu tam şəkildə bəyan edilmişdir. "Nur” surəsinin 31-ci ayəsi "Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)" Maraqlıdır ki, Allah taala bu ayədən ِöncəki ayədə ((Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!) kişi və qadınlara göstəriş verir ki, qəlb və ruhlarının təharəti üçün haram olan şeylərdən göz çevirsinlər. "Göz çevirmək”-in mənası gözləri yummaq deyil,baxmağı azaltmaqdır,yəni başı aşağı salmaq. Əslində bu ayə insanları şəhvətlə baxmaqdan çəkindirir.( "Məsəleye hicab” səh:120) Şəhid Mütəhhəri deyir:baxmağı nəhy edilən şey yalnız üzdür onlardan başqa əzaya məsələn əllərə hətta göz çevirməklə belə caiz deyildir. Məsəleye hicab səh:124. Şeyx Təbərsi "Zinətlərini aşkarlamasınlar" ayəsinin təfsirində deyir: "Zinətlərinizi aşkarlamayın!” deməkdə məqsəd yalnız zinət alətləri deyil,zinət əşyalarının yerlərinin belə naməhrəmlər üçün aşkar edilməməsinin vacib olduğudur.Çünki, o zinət əşyalarına başqa yerdə olarkən (misal üçün dükanda) baxmaq caizdir.Əllamə Təbatəbai də bu məsələni ِtəfsirini də vurğulamışdır. "Məcməul bəyan cild:7 səh:138. Hicabda istisna olunmuş yerlər. Allah taala ayədə zinəti aşkarlamamağı əmr etdikdən sonra istisna olunmuş yerləri bəyan edir. ولا يبدين زينتهن الا ما ظهر منها Öz zinətlərinizi aşkar etməyin, ِöz-öِzünə aşkar olan yerlərdən başqa.Nur surəsi ayə 31. Aşkar zinətlərin barəsində əsas üç nəzəriyyə mِövcuddur. 1)Aşkar zinətdə məqsəd libas , gizli zinətdə isə sırğa,boyunbağı və s.-dir.Bunun İbni Məsudun nəzəriyyəsi olduğu deyilir. 2)Aşkar zinətlərdə məqsəd sürmə,üzük ,ümumilikdə üz və biləyə qədər əldə olan zinətdir.Bu İbni Əbbasın nəzəriyyəsidir. 3)Aşkar zinətlərdə məqsəd üz və əlin biləyə qədər olan hissəsidir.Bu nəzəriyyə də Ətaii və Zəhhaka nisbət verilmişdir.Əllamə Təbatəbai aşkar zinətlər barəsində buyurur:"Allah-taala zinətləri aşkarlamamaq hökmündə ِözِ-özlüyündə aşkar olan zinətləri istina etmişir.Hədislərdə isə aşkar zinətlərin üz və əldən ibarət olduğuna rast gəlirik.("Əlmizan” cild 29 səh:163 (tərcumə)Şəhid Mütəhhəri "Hicab məsələsi”kitabında yazır:Üz və əllərin ِörtülməməsi haqda alimlər arasında ixtilaf yoxdur. ("Məsəleye hicab” səh:226) Üz və əllərin istisna olması barədə hədislər də nəql edilmişdir. Müsədə ibni Zurarə İmam Sadiqdən (ə) nəql edir ki, o həzrət qadının aşkar etməyi caiz olan zinət barədə sorulan sualın cavabında buyurdu: "Üz və əllər”Bunu da qeyd etmək lazımdır ki, istisna olunan yerlərə (üzə və əllərə) əlavə zinət verilərsə (qeyri təbii) ِörtünməsi vacibdir. Nur surəsi 31 ayənin ardı: وليبرضبن بخمرهن علي جيوبهن ولا يبدين زينته الا لبولتهن.." Baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin)" Əllamə Təbatəbai bu ayənin təfsirində belə deyir:"Ximar bir libasdır ki, qadın onunla başını örtür və qalan hissəsini də sinəsinə atır.” Cuyubda məqsəd sinələrdir.Mənası budur ki:Qadınlara de ki, məqnəələrinin uclarının ətrafını sinələrinə ataraq ِörtsünlər. ("Əlmizan” cild 29,səh:163)"Məcməul-bəyan” kitabında da o ayənin təfsiri haqda belə yazılmışdır:"Xumr , yəni qadınların başlarını örtdükləri məqnəələr.Bu ayədə qadınlara göstəriş verilir ki, məqnəələrini başlarına ataraq sinələrini ِörtsünlər.Bu ayə nazil olmazdan ِöncə qadınlar şallarının ətrafını başlarının arxasına atırdılar və bununla da boyun və sinələri çِöldə qalırdı.Ayə nazil olmaqla gِöstəriş verildi ki, şallarını başlarına ataraq qalan hissəsi ilə də sinələrini ِörtsünlər. ("Məcməul bəyan”cild:7 dəh:138) Bəziləri irad tutaraq demişlər: "Ayədə saçları örtməkdən söz açılmır. Deməli saçları örtmək vacib deyildir.”Bu irada cavab olaraq deyə bilərik ki:"Yuxarıda qeyd etdiyimiz kimi əvvəllər başa şal çəkilərmiş və qalan hissəsini başın arxasına atarmışlar.Ayə nazil olaraq gِöstəriş verildi ki ,başınızı örtməklə bərabər boyun və sinələrinizi də ِörtəsiniz.Deməli başı (saçları) örtmək həm əvvəl möِvcud idi və həm də sonra ayə nazil olmaqla ona təkid edildiAyənin davamında zinətin aşkar olmasının caiz olduğu yerlər açıqlanır.Yəni,zinətin hansı şəxslərin yanında aşkar olmasının caiz olduğu qeyd edilir. 1)Ər 2) Qaynata 3) Oğul 4) Ərin oğlu 5)Qardaş 6)Qardaşın oğlu 7)Bacının oğlu 8)Müsəlman qadınlar 9)Kəniz və qullar 10)Qadınlara meyili olmayan kişi xadimlər 11)Cinsi əlaqələrə tam anlayışı olmayan azyaşlı uşaqlar. Üçüncü dəfə olaraq ayədə zinətdən söz açılmışdır. ولا يضربن بارجلهن ليعلم ما يخفين من زينتهن" Gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar."Ayədə hicabın hüdudunun ən az hissəsi bəyan edilmi