Məsum imamları görmək istəsəniz... Mərhum
Məliki Təbrizi "Əsrarus-səlat” kitabında yazır: "Mən gecələri ibadətlə
keçirən bir şəxs tanıyıram. Gecə namazının vaxtı çatanda mələklər onu
yuxudan oyadır...” Mərhum Məlikini tanıyan ariflər bu halı onun özünün
yaşadığını düşünürlər. Mərhum Axund Molla Əli Həmədani nəql edir ki,
Məliki Təbrizi məclislərdən birində dedi: "Məsum imamlardan birini
yuxuda görmək istəsəniz, bir gün oruc tutun və iftardan sonra,
yatmazdan qabaq 100 dəfə "qul huvəllahu əhəd” və "inna ənzəlnahu”
surələrini oxuyun. Mərhum Məliki belə nəql edir: "Bir mövzuda kitab
yazmışdım. Sonradan bildim ki, mərhum Feyz Kaşani də eyni mövzuda kitab
yazıb. Oruc tutub,100 dəfə həmin surələri oxudum və yatdım. Yuxuda İmam
Sadiqi (ə) gördüm. İmamdan soruşdum ki, Feyzin kitabı yaxşıdır, yoxsa
mənim? İmam susdu. Mən təkidlə ondan cavab istədim. İmam Feyzin
kitabının daha yaxşı olduğu buyurdu. Mən yazdığım kitabı məhv etdim.”