Bazar, 22.12.2024, 07:54
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » İyul » 9 » MƏBƏS TƏBRİKİ
23:25
MƏBƏS TƏBRİKİ
Mehriban və bağışlayan Allahın adı ilə!

Əziz müsəlman bacı və qardaşlar!

Rəcəb ayının 27-də, hicrətdən 13 il öncə – Allahın elçisi Həzrət Muhəmməd ibn Abdullaha (s) peyğəmbərliyin verilməsi günü – Məb’əs günüdür. Bu gün bəşəriyyətin həyatında ən əsaslı və əhəmiyyətli dönüş baş vermişdir. Bəşəriyyət Qiyamətdən öncəki axırıncı mərhələsinə – besət dövrünə qədəm qoymuşdur.
Əziz Rəbbimiz Öz sonsuz rəhmətilə Həzrət Rəsuli-Əkrəmi (s) peyğəmbərliyə məbus etdikdə, bəndələrinin gözəl, nəcib durumda olmasını istəmişdir. «Allah Təala məni üstün əxlaqları tamamlamaq üçün göndərmişdir» - əziz Peyğəmbərimiz (s) öz mübarək missiyasını bizlərə belə çatdırır.
Böyük İslam Peyğəmbəri (s) insanları xülyalar ardınca deyil, öz kamillik hədəfinə doğru getməyə dəvət etmiş və bu işdə Uca Yaradanan göstərdiyi mübarək yola sadiqlik nümayiş etdirməyə çağırmışdır: «Ey Allahın bəndələri! Sizlər xəstə, bütün aləmlərin Yaradanı isə həkim kimidir. Xəstənin xeyri öz istəklərinə yox, həkimin tədbirlərinə əməl etməkdir. Büna görə nicat tapmaq üçün Allahın əmrinə təslim olun».
Mübarək dinimiz əxlaq mövzusunu daim insanın yadına salır və bu məsələdə dəqiq, ardıcıl, ixlaslı yanaşmanı tövsiyə edir. Mə’sumlardan (ə) nəql edirlər: «Allah-Təala öz Peyğəmbərini (s) ali əxlaqla səciyyələndirmişdir. Siz də özünüzü bu əxlaq normaları ilə sınayın və əgər malik olsanız, Allaha şükr ediniz və onların çoxalmasına çalışınız: 1) yə’qin; 2) qənaət; 3) səbr; 4) şükr; 5) rza (razılıq) hissinə malik olmaq; 6) xoşüzlülük; 7) səxavət; 8) qeyrət; 9) şücaət; 10) alicənablıq, mərdlik».
Allahın son Elçisi (s) öz ümmətinın daim düzgün yolda olmasını istəmiş, yoldan sapmamaq üçün dəqiq və mübarək reseptlər təqdim etmişdir. Burada ən ümumi, eyni zamanda dərin əxlaqi göstərişlər var: «İnsanın ən e’tibarlı işi 3 xüsusiyyətə malik olan iş olur: 1. Bütün hallarda Allahı yaddan çıxarmamaq; 2. İnsaflı olmaq (özünün zərərinə olmuş olsa belə); 3. Din qardaşı ilə öz malını bölmək».
Burada pis aqibət seçənləri hər zaman çəkindirmək var: «İnsanların ən pisi axirətini dünyasına satandır. Bundan da pisi axirətini başqasının dünyasına satandır».
Burada ictimai münasibətlərin harmoniyasına xüsusi diqqət yetirilib və hər bir problemin kökündə insanın özünü islah etmək istəməmək niyyəti durur: «Güclü və qüdrətli o kəs deyil ki, xalqa və insanlara qalib gələ. Həqiqətdə güclü (insan) və iqtidar sahibi o kəsdir ki, öz nəfsinə qalib gələ».
Bəs elə isə bu böyük etimadı doğrultmağa çalışaq, əziz Peyğəmbərimizə (s) layiqli ümmət adlandırılmaq üçün səy edək. Bu böyük bayramımız müarək olsun! Allah Təbarəkə və Təala cəmi ümmətə besət fəlsəfəsini dərk edib, bu bayramı qəlbilə, əmməllərilə, düşüncə və niyyətləri ilə yaşatmağı nəsib etsin, inşəallah!

Hacı İlqar İbrahimoğlu
İçərişəhər «Cümə» məscidinin imam-camaatı
   DEYERLER.ORG

Категория: Məqalələr | Просмотров: 843 | Добавил: imamrza_asiqi | Рейтинг: 5.0/1
Всего комментариев: 2
2 ya_ZEHRA  
0
wacko angel angel angel

1 Lale  
0
salam.butun muselmanlarin MEBES GUNUNU tebrik edirem.

Peygemberimiz (s) buyurur:

""LA ILAHE ILLALLAH" demek ibadetlerin en xeyirlisidir"


Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz