Sən ey gövhər, İmamətə sevimli madər Fatimə, Yarın Heydər, atan isə xətmi-peyğəmbər Fatimə.
Səndən əvvəl bir dəstə şər, atana deyərdi "Əbtər”, Əta etdi "Həyyi-davər”, sən kimi "Kövsər” Fatimə.
Mövlud günün, həmin səhər,təkdi anan, yox bir nəfər, Haqq göndərdi dörd "dürrü zər”, anana yavər Fatimə!
Sən doğuldun... güldü üzlər, güldü üzlər, güldü gözlər, Güldü "basdırılan qızlar”, oyandı bəşər... Fatimə!
Sənsən könüllərə dilbər, sənsən qadınlara sərvər, Sən iffət adlı gülü-tər, şafeyi-məhşər Fatimə! Sənə toyun günü madər, üz tutdu fəqir bir nəfər, Dedi,-"əl tut, eylə nəzər, nuri-münəvvər Fatimə-".
Toy libasin verib yeksər, sordun,- xanim, bəsdir, yetər-? Yenə arzun olsa əgər, açıqdir bu dər, Fatimə!
Səni candan sevən Kövsər, bütün dərd əhlinə dilər, Sənə gəlsin, gələrsə gər, açar göyə pər, Fatimə!
Kövsər //islammektebi.org |