İslam müqəddəslərindən bizə yetişən bütün rəvayətlər bu fikri
vurğulayır ki, "kəlmeyi - şəhadət" adlanan "Əşhədu ənnə Mühəmmədən
rəsulullah" (Təsdiq edirəm ki, Məhəmməd Allahın elçisidir
(peyğəmbərdir)) cümlələrin mənasına səmimi qəlbdən inam bəsləyən kəs
müsəlman sayılır. Bu şəxs İslam cəmiyyətinin bərabərhüquqlu üzvü hesab
edilir bütün imtmyazlı və məsuliyyətləri daşıyır. İslam dini
müsəlmanlar üçün təhlükə törətməyən onlərə təcavüz etməyən və onlərı
təhqirə məruz qoymayan hər kəsə əmin - amanlıq və sülh vəd edir.
Dinimiz qanunlarına görə, kafir şəxs kəlmeyi - şəhadəti deyərsə amanda
qalar. Din uğrunda aparılan cihad adlı müqəddəs müharibələrdə düşmən
tərəf müsəlman olduğunu dillə təstiq edərsə onu öldürmək işqəncəyə
məruz qoymaq əsir almaq qadağan edilir. Məhəmməd Peyğəmbər bu
barədə buyurmuşdur: "Mən Allah tərəfindən əmr olunub ki, camaatla
Allhın vahidliyini təstiq edincəyədək vuruşum" Həzrət İman
Sadiqin (ə) aşağdakı kəlamı bu fikri bir daha təsdiq edir: İslamı qəbul
etməklə can amanda qalar, əmanətlər ödənilə, izdivaclar halallşar, amma
axirət savabı imana görə verilər. İslam tarixçiləri yazarlar
ki, Peyğənbərin sağlığında bir il müsəlman məmləkətlərini aclıq bürüdü.
Bədəviərəb qəbilərindən birinin nümayəndələri Mədinəyə gəlib
Peyğənbərlərin hüzurunda kəlmeyi - şəhadət deyərək iman gətirdiklərini
söylədilər. Halbuki bədəvi ərəblərin əsas məqsədi imana gəlmələrini
elan etmək deyil, Mədinə müsəlmanlardansədəqə kimi ərzaq almaq idi.
Həmin münasibətlə Allah - təala bu ayələri göndərdi: "Bədəvi ərəblər
dedilər ki, iman gətirdik. De ki, iman gətirməyibsiniz; deyin təslim
olduq (İslama gəldik). Hələ iman qəlbinizə girməysb. Əgər Allaha vəonun
peyğənbərinə tabe olsanız əməllərinizin savabından heç nə azalmaz.
Şübhəsiz, Allah bağışlayan və rəhimlidir. Möminlər o kəstir ki, Allaha
və onun peyğənbərlərinə iman gətirmiş sonralar şübhəyə düşməmiş, öz
malları və canları ilə Allah yolunda cihad etmişlər. "Bunlar
sadiqlər, doğrucullarıdır" ("Hücurat" sürəsi, 14 - 15 ci ayələr).
Auələrdən belə məlum olur ki, Allaha - təalə kəlmeyi - şəhadəti
söyləyən amma bunu təmənna üzündən edən kəsləri mömin deyil müsəlman
saymağa icazə verir. Demək müsəlmanlıq imanın yalnız zahiri tərəfidir.
İnsan kəlmeyi - şəhadəti söyləmək və nümayişkaranə şəkildə ibadətləri
yerinə yetirməklə müsəlman sayılır bununla da özünü təhlükə və
məhrumiyyətlərdən qoruyar. "Möminlərin iman cəhətdən ən kamili əxlaqca
gözəl və ailəsinə qarşı mehriban olandır" ("Biharül - ənvar"). İmam Əli
bu barədə demişdir: "İman ürəklə dərk etmək dəllə təstiqləmək və bütün
bədən üzvləriilə əməldə həyatakeçirilməkdən ibarətdir". Allaha İman
Allaha - təala barəsində hər hansı təsəvvür əldə etmək üçün onu
tanımağın yallarından xəbərdar olmalıyıq. Bilməliyik ki, insan öz ağlı
və qabiliyyətləri çərçivəsində hansı vasitələrlə Allahın varlığı
vahidliyi və başqa sifətlərin anlaya bilər. İnsanın Allahı tanıması üçün iki əsas yolu vardır: 1) Fitri duyğular (instikt), yəni qəlb yolu. 2) Araşdırma və əsaslandırma yəni ağıl yolu.
Birinci yolda insanın köməyi yalnız onun daxili aləmi və
emosiyalarıdır. Bu zaman o, heç bir əqli araşdırma və məntiqi
düşüncədən istifadə etmir. İkinci yolda isə insan ağlın gücünə
arxalanır inkaredilməzvə tutarlı dəlillər məntiqi və ardıcıl
təqtiqatlar vasitəsilə Allahın varlığını özü üçün isbat edir. Fitri Yolla Allahı Tanımıq.
İnsan təbiətində bəzi əsas və dəyişməz fitri duyğular gizlənmişdir.
Bunların ən əhəmiyyətliləri araşdırma və dindarlıq hissləridir. Fitri hisslərlə tanışlıq 1) Araşdırma hissi.
İnsan fitrədən axtarışa, araşdırmaya meyllidir. O, əhatə olunduğu
mühiti öyrənməkdən təbiətin sirlərini kəşf etməkdən ən müxtəlif elm
sahələrində tədqiqatlar aparmaqdan yorulmur. İnsan onu əhatə edən
mühitin gözəlliklərini duyub bundan zöaq alır və dərk edir ki, bunların
yaradıcısı da hərtərəfli gözəl və kamil omalıdır. Hətta körpə uşaqda
belə araşdırma hissi nə dərəcədə güclü olmasını müşaidə etmək
mümkündür. Uşaq hər kördüyü əşya və müşaidə etdiyi hadisə barəsində
valideyinlərinə sual verməkdən doymur. Onun üçün hər şey sirlə və eyni
dərəcədə maraqlıdır. Uşaq öz sualarına cavab tapmaq üçün bəzən
oyuncaqlarını sındırıb onların daxilindəki hissə və mexanizimləri
öyrənməkdən belə çəkinmir.Dəyişməyən yalnız fitri araşdırma hissidir.
Bu hiss bəşəriyyətin problemləri tarixi boyu elmin inkişafına şərait
yaratmış ixtiracıları ən çətin elmi problemləri həll etməyə
ruhlandırmış texniki tərəqqinin hərəkətverici qüvvəsi kimi çıxış
etmişdir. 2) Fitri dindarlıq və allahpərəstilik hissi. İnsan ruhuna hakim olan fitri duyğulardan biri də dindarlıq və allahpərəstilik hissidir.
Qurani - kərim insan fitrətindəki dindarlığa işarə edərək xəbər verir:
"Üzünü təkallahlıq ("hənif") dininə sarı çevir (yəni bu dinə sarı
yönəl). Allah insanları fitrətən həmin dinə tabe halda yaratdı. Allahın
yaratıqlarına dəyişiklik yoxdur. Dayanaqlı və qaları din budur, amma
insanların çoxu bunu bilmir" ("Rum" sürəsi 30 - cu ayə).
İnsanın fitrətində Allaha meyllənmə hissinin mövculduğunu ən parlaq
sübutubundan ibarətdir ki, insan bir çox hallarda qeyri - ixtiyari
olaraq yaradanın varlığını etiraf edib ona pənah aparır. Qəribə görünsə
də ən qatı dinsiz şəxsin danışığında belə "maşallah", "inşallah",
"xudahafiz", "Allah rəhmət eləsin!"," Allah lənət eləsin!", "Allah
saxlasın!" ifadələrinə rast gəlirik. Tarixdən məlumdur ki, ən inadkar
materialister dünyadan köçərkən son nəfəsdə tövbə etməyə tələsmiş
günahlarının bağışlanmasını diləmişlər. Bir nəfər İmam Cəfər Sadiqin yanına gəlib dedi: - Allahı mənə tanıtdır! İman o şəxsdən soruşdu: - İndiyədək gəmiyə minmisənmi? Həmin şəxs cavab verdi: - Bəli. İman soruşdu :
- Təsəvvür et ki, sənin mindiyin gəmi dənizin ortasındadı deşilib və
sən ümidsiz halda qorxuya düşmüsən. O zaman ürəyində elə bir qüvvəyə
qarşı inam hiss edəcəksənmi ki, səni həmin fəlakətdən xilas etməyə
qadir olsun? Əks tərəf cavab verdi: - Bəli təbii ki, buna inam duyacağam. Onda İman Sadiq söylədi:
- O qüvvə Allahdır xilakar olmayan yerdə sənə nicat verməyə dadını
yetən tapılmadığı vaxta kömək etməyə qadirdar. Haqqında danışdığımız
fitri dindarlıq və allahpərəstilik hissi bir necə xususiyyətə malikdir.
a) Dindarlıq ümumbəşəri hissdir Dindarlıq hər zaman və
məkan şəraitində qüvvədə olmuşdur. Tarix boyu planetin ən müxtəlif
güşələrində yaşamış müxtəlif sivilisasiya səviyyələrinə malik olmuş
xalqlar həmişə yaradanı tanımaq yolunda axtarışda olmuş, onun varlığını
nişanələrin kəşf etməyə çalışmışlar. İnsanlar həmişə hansısa bir dinə
inanmışlar. Bəzi xalqlar vahid Allaha bəziləri Xeyir və Şər kimi ikili
qyvvələrə, bəziləri isə çoxallahlığa və bütpərəstiliyə etiqad
bəsləyirdi. Lakin onları birləşdirən ümumi cəhət budur ki, tarix boyu
insan həmişə hansısa kənar fövqəltəbii qüvvənin mövculuğunu qəbul etmiş
və ona tapınmışdır. Bu dindarlığa meyillak və allahpərəstlik baxımından
bütün insanları eyni fitrətə tabe olmasını sübut edir.Dünya xalqları
içində dindarlıq bu qün də davam edir və nəqədər ki, yer üzündə insan
nəsli yaşayır dindarlıq hissi də onun vücudundan aylılmaz şəkildə
mövcud olacaqdır. b) Dindarlıq kanardan qazanılmaz İnsan
müəyyən yaşı həddinə yetişdikdə istər - istəməz ev, pul, ailə və s
dəyərini başa düşüb onlara ehtiyac duyur. Bunun üçün ona kənardan
rəhbərlik və təzyiq lazım deyildir. Eləcə də allahpərəstlik və
dindarlıq birbaşa fitrətə aid olduğu üçün təlimat və təhsilə ehtiyacsız
halda, lazım olduğu zaman öz mövcudluğunu aşkar edir. Həzrət
Əli bu həqiqəti belə bəyan edir: "Camaatın əksəriyyəti Allahla peymanı
pozub , öz vəziğəsini dandığı və Allah çoxlu peyğənbərlər yolladı ki,
insanları öz fitri əhd - peymanlarına qaytarıb, unutduqları əməlləri
onlara xatırlatsınan...Allahın qüdrət nişanələrini onlara
göstərsinlər". c) Dindarlıq hissi coqrafi, siyasi iqtisadi amillərdən doğmur
İnsanın bəzi hərəkət və xüsusiyyətlirimühitin təsiri ilə meydana
gəlir,yaxudqazanılır. Məsələm şimal qütbündə yaşayanların qalın və isti
cənub əhinin isə xeyli nazik ilbas geyiməsi bu insanların fitri
xususiyyətləri ilə məcbur edən xaraci amilərdir. Fitri
dindarlıq hissinin yaranması üçün şəraitin olması zəruri deyil, amma
onun ikişafına ərif mühit təsirgöstərə bilər. Umumiliklədə götürdükdə
ölkənin , şəhərin ailənin, təhsil və müəssisəsinin ictimai siyasi,
mədən - əxlaqi atmosferi insandakı allahpərəsliyi inkişaf yaxud
tənəzzül etməsinə həledici təsir göstərə bilər. Həzrət Məhəmməd
Peyğəmbər bu barədə buyurmuşdur: " Bütün körpələr fitrət əsasında
dindar və allahpərəst doğulular, sonra ataları onları yəhudi və ya
xristian edir (yəni onları fitri təkallıhlı İslam dininən fərqliruhda
tərbiyə edir)". d) Dindarlıq hissi heç bir təbliğatla məhv edilə bilməz
Heç bir kənar amil dindarlıq və allahpərəstlik hissini yaratmadığı
kimi, onu tamamilə məhv etməyə də qadir deyildir. Əks - təbliğat
dindarlıtın nəzərəçarpacaq dərəcədə zəiflənməsinə səbəb ola bilər amma
onu kökündən yox edə bilməz. Tarixdən məlumdur ki, (bunu öz xalqımız
sovet hakimiyyəti illərdəki acı təcrübəsindən də görə bilərik), bəzi
qəddar ateist rejimlər qorxu və təzyiq gücünə xalqın dini hisslərinin
tərəqqisini lengitməyə xalqı öz dini köklərindən xeyli uzaqlaşdırma
müffəq ola bilmişlər. Lakin bu hisslər heç vaxt tam mənasında məhv
olmamış, ürəklərdə gizlənərək əlverişi şərait gözləmişdir. Əziz Müsəlman Olan Kəslər Bu Həyatda Yaşadığınız Zaman Ərzində Etdiyiniz Əmələ Fikir Verin Və Şeytandan Uzaq Olun!!! |