Bazar, 22.12.2024, 07:58
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » İyul » 17 » Imam Zeynul-Abidin (e)den 38 hedis
00:25
Imam Zeynul-Abidin (e)den 38 hedis
1. Pak və münəzzəhdir o Allah ki, nemətini Ona sitayiş və həmd etmək üçün yaratmışdır. Pak və münəzzihdir o Allah ki, Ona sitayiş etməkdə aciz olmağı etiraf etməyi həmd etmək kimi qəbul etmişdir.
2. Nə üçün yaranmış olduğunuzu düşünüb, əməl edin, çünki Allah sizi boş yerə yaratmamışdır.
3. Günahkarlarla dost olmaqdan, zalımlara yardım etməkdən, fasiqlərlə qonşu olmaqdan çəkinin, onların fitnələri qarşısında ehtiyatlı olun və onlardan uzaq qalın. Bilin ki, hər kəs Allah övliyaları ilə müxalifətçilik edib, Allah dinindən başqa bir din seçsə və Allah övliyalarının əmrinə qarşı çıxsa, cəhənnəmin (bədənləri yeyən) alovlu oduna atılar... Bəs ey ağıl sahibləri, ibrət götürün və sizi doğru yola hidayət etdiyi üçün Allaha şükür edin; bilin ki, siz Allahın qüdrət dairəsindən kənara çıxa bilməzsiniz. Allah etdiyiniz əməlləri görür, siz Ona tərəf məşhur olacaqsınız (dirilib duracaqsınız). Öyüddən faydalanın və saleh insanların ədəbləri ilə tərbiyə alın.
4. Bir məktubda imam Səccad(ə) (saray alimlərindən biri) Məhəmməd ibn Müslim Zöhriyə belə yazır: Allah öz kitabı quranda alimlərdən əhd-peyman alaraq demişdir: "Mütləq bu səmavi kitabın həqiqətlərini insanlar üçün bəyan edin və onları gizlətməyin”. Sən bil ki, inkar etməyin ən yüngül yük zalıma yaxınlaşıb, onu (vəhşətdən) arxayınlaşdırasan və onun zülm etməyinə bir bəhanə olasan. O zalım səni bir din alimi kimi qəbul edib, sənin vücudnu öz işlərini əsaslandırmaq üçün saxlayır. Onlar səni öz bəlalarından keçmək üçün bir körpü etmək istəyirlər ki, sən onların azğınlıqlarına bir pillə kimi olaraq yalnış fikirlərini təbliğ edəsən. Zalımlar səni öz getdikləri yolla aparmaq istəyirlər. Onlar istəyirlər sənin vasitəçiliyinlə düzgün alimləri xalq içində şübhəli tanıtdırsınlar və avam adamların qəlblərini özlərinə doğru çəkinsinlər.Sənin onlar üçün gördüyün işlərin onların xüsusi vəzirləri də görə bilməzlər, sənin etdiyin əməlləri onların qüdrətli əməkdaşları da yerinə yetirə bilməz. Sən onların fasid və pis işlərinin üstünü örtürsən, bütün adamların ayaqlarını zalımların saraylarına açırsan. Doğrudan da səndən aldıqlarının müqabilində sənə verdikləri nə qədər də azdır! Sənin üçün abadlaşdırdıqları, səni korladıqlarının müqabilində nə qədər də dəyərsizdir! Özün öz haqqında fikirlə., başqası sənin fikrində olmaz. Özün özünə hesabat ver, çünki, sən məsul insansan, səni hesaba və istintaqa çakacaklar.
5. Allah yanında 2 növ damladan daha dəyərli damla yoxdur:: Allah yolunda tökülən qan damlası və keçənin qaranlığınmda yalnız Allah üçün tökülən göz yaşı.
6. 3 şey möminə nicat verər: Xalqın əleyhinə danışmamaq, onların dalınca qeybət etməmək, özünü dünya və axirətə faydalı olan şeylə məşğul etmək və günahlarına çox ağlamaq.
7. Möminlərdən hər kəsdə bu 3 sifət olsa, Allah onu himayə edər, qiyamət günü ərşin kölgəsində olar və o gündəki böyük vəhşətdən nicat tapar: 1-Özünün xalqdan təvəqqe etdiyini xalqa vermək. 2-Gördüyü hər işin, yaxud etdiyi hər bir təşəbbüsün 2 haldan kənar olmadığını bilmək ki, Allahın itaəti yolundadır, yoxsa onun ziddinə. 3-Öz eyblərini aradan qaldırmayınca din qardaşının eybini axtarmaq, çünki, öz eyblərini islah etmək başqalarının eyblərini axtarmaqdan saxlayan bir məşğələdir.
8. Əlbəttə, heç kimlə düşmənçilik etmə, hərçənd onun sənə zərər yetirəcəyini güman etsən belə və heç kimlə dostluğu tərgitmə, hərçənd sənə fayda verməyəciyini güman etsən də belə.
9. Müsaəlmanın mərifəti və dinin kamilliyi: 1-Danışqan olmamsından, bihudə danışmamasından, 2-Olduqca az mübahisə etməsindən, 3-Həlim olmasından, 4-Səbirli olmasından, 5-Xoş əxlaqlı olmasından asılıdır.
10. Ehtiyac duyulan şeyləri xalqdan az istəmək özü bir ehtiyacdır.
11. Saleh insanların məclisi, insanı islaha doğru çağırar.
12. Fasiq adamlarla oturub-durma, çünki, o, səni bir tikə çörəyə və ya ondan da az qiymətə satar.
13. Axmaq adamla dost olma, çünki o sənə xeyir vermək istəyər, amma zərər verər.
14. Paxıl insanla dost olmaqdan çəkin, çünki sənin ona ən çox ehtiyaclı olduğun ən çətin vaxtda səni yalnız qoyar.
15. Yalançı adamla dost olma, çünki yalançı ilğım kimidir: uzağı yıxan və yaxını uzaq göstərər.
16. Sağ tərəfində səni yamağlayan kimsə, sol tərəfinə keçib səndən özr istəsə, onu bağışla.
17. Möminin öz mömin qardaşının üzünə sevgi və məhəbbət ilə baxması ibadətdir.
18. Qonşunun qonşu boynunda olan haqqı bunlardır: Qiyabında (o olmayan yerdə) onun abırını qorumaq, hüzurunda hörmətini saxlamaq, zülmə məruz qaldıqda yardım etmək, eyblərini araşdırmamaq əksinə, örtmək, nəsihət və ya öyüd qəbul edəcəyini anladıqda gizlicə öyüd vermək, gərgin və sıxıntılı vəziyyətdə olan zamanda tək qoymamaq, səhvlərinə göz yummaq, qüsurlarını bağışlamaq və onunla yaxşı davranmaq.
19. İlahi, məni, yoxsulu alçaq və varlını üstün güman etmək kimi səhvlərdən qoru! Çünki şərəfli və üstün bir insan o adamdır ki, sənin itaətində olması onu şərəfləndirmişdir. (İstər yoxsul olsun, istərsə də varlı). Və əziz bir insan o adamdır ki, sənin bəndəliyin və ibadətində olmaq onu əziz etmişdir. (İstər yoxsul olsun, istərsə də varlı).
20. Möminin əməli helmi (mülayimliyi) ilə qarışmışdır. Öyrənmək üçün əyləşməlidir, sağlam qalmaq üçün susmalıdır, ona bir əmanər kimi deyilən sirri dostlarından heç birinə deməməlidir, özgələrlə şahidlik etməkdən çəkinməlidir, heç bir yaxşı işi riyakarlıqla görməməli və həya edərək o işi tərk etməməlidir. Onu tərifləsələr məğrur olmasından qorxmalı və tərifləyənlərin xəbəri olmayan günahlardan tövbə etməli və nadanların cəhli ona ziyan yetirməməlidir.
21. Sənə yaxşılıq edənin boynundakı haqqa gəldikdə isə: 1-Ona təşəkkür etmək. 2-Yaxşılığını xatırlamaq. 3-Onun haqqında yaxşı sözlər demək. 4-Allahınla öz aranda onu ürəkdən dua etməkdir. Belə etsən, gizli və aşkarda onun qıdrini bilmiş olarsan. Sonra əgər əlindən gəlsə, yaxşılığının əvəzində yaxşılıq edərsən; yox əgər əlindən gəlməsə, yaxşılığını cübran etmək (əvəzini çıxmaq) üçün əlverişli şəraitin yaranmasını güdərsən.
22. Allah dərgahında ən çox sevilən o kəsdir ki, əməli hamının əməlindən yaxşı olsun; o adamın əməli Allah dərgahında əzəmətlidir ki, onun ilahi mükafata rəğbəti çoxdur. Və Allahdan çox qorxan adam onun əzabından asanlıqla qurtarar. Allah dərgahına ən yaxın adam əxlaqlı yaxşı olan adamdır. Öz ailəsinin rifahını daha yaxşı təmin edən adam Allah yanında bəyənilmi. Adamdır. Allahın yanında ən əziz adam ən təqvalı adamdır.
23. Əgər elm öyrənməyin faydalarını xalq bilsəydi, dənizlərin dərinliklərinə cummaqla və qan tökmək bahasına da olsa, elm öyrənərdilər.
24. Bir gün imam Səccad(ə) sağalmış bir xəstəyə dedi: Sənən nuş olsun günahı tökən (xəstəlik), Allah-təala səni yad etdiyi üçün Pno yad et və günahından keçdiyi üçün Ona şükr et.
25. İstər kiçik olsun, istərsə də böyük, istər ciddi olsun, istərsə də zarafat, yalan danışmaqdan çəkin.
26. Dualarının qəbul olunmamasına səbəb olan günahlar bunlardır: Pis və düzgün olmayan niyyət, batinin çirkinliyi, din qardaşları ilə nifaqla davranmaq, duanın qəbul olunmasına etiqadsız olmaq, vacib namazları öz vaxtında qılmamaq, ehsan və sədəqə verməməklə Allah dərgahına yaxınlaşmağı tərk etmək və danışıqda nəlayiq sönlər və söyüşlər demək.
27. Bir nəfər imama Səccəda (ə) dedi: Yəbnə Rəsulallah, gecəni bir halda keçirdim ki, məndən 8 şey tələb olunurdu: Allah məndən vacibatı, peyğəmbər(s) öz sünnüsini, əhli-əyalım məişətin təmin olunmasını, həvayi-nəfs şəhvəti (qane etməyi), şeytan günah iş görməyi, gözətçi mələklər (Rəqib və Ətid) düzgün əməli, Mələkül-movt (Əzrayıl) ruhumu, qəbr isə cəsədimi tələb edirdi. Mən də bu işlərin arasında onlara tələbkar idim.
28. Cəhənnəm odundan qorxan şəxs günahdan tövbə etməyə və Allaha tərəf qayıtmağa tələsər və haram işlərdən çəkinər.
29. Günahdan sevinməkdən (yəni günahı xoşhallıqla etməkdən) çəkin, çünki günah edərkən sevinmək günahın özündən pisdir.
30. Nümətlərin dəyişməsi və aradan getməsinə səbəb olan günahlar bunlardır: 1-Xalqa zülm etmək. 2-Yaxşı adətləri tərk etmək. 3-Yaxşı planları həyata keçirmək. 4-Naşükürlük etmək. 5-,ükür etməmək.
31. Pisliyi tərk etmək üçün-hərçənd bu işlə məşhur olmuşsan-bir an belə yubanma.
32. Allahın-Onu tanıyandan sonra-ən çox sevdiyi şey qarını haramdan və özünü qeyri-şəri cinsi zövqlərdən qorumaqdır.
33. Nə çoxdur, onun-bunun tərəfinə məftun olub özünü itirənlər, yaxşılığı gizlətməkdən məğrur olanlar; və nə çoxdur Allahın lütf və mərhəmətindən başqaları qarışıb, qafil olanlar!
34. Nəfsinin qiymətini bilən, (və öz şəxsiyyətini tanıyan) dünyanı dəyərsiz görər.
35. İşlərinin ən yaxşısısn açarı və başlanğıcı doğru danışmaq, sonu sədaqətdədir.
36. Xoşagəlməz qəza-qədərə razı olmaq yaqinin ən yüksək rütbələrindəndir.
37. İmama Səccad(ə)dan soruşdular: "Hamıdan çox kim xətərdədir?” O həzrət buyurdu: "Dünyanı özünə xətər hesab etməyən”
38. Ey insanlar! Allahdan qorxun! Bilin ki, Ona tərəf qayıdacaqsınız!
Категория: Hədislər | Просмотров: 2074 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 Lale  
0
ALLAH razi olsun

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz