İMAM RİZANIN (Ə) ƏXLAQİ XUSUSİYYƏTLƏRİ Əxlaqi xususiyyətlər və insani keyfiyyətlər insanı digər canlılardan fərqləndirən ən boyuk amildir. Hansı insanın əxlaq səviyyəsi yuksəkdirsə, o daha cox insani zirvələri fəth etmiş olur. Biz goruruk ki, Allah-Təala Qurani-Kərimin "Nur" surəsində oz sevimli Peyğəmbərini "Sən boyuk əxlaqa sahibsən" ayəsi ilə tərifləyir. Həzrət Peyğəmbər (s) da hədislərin birində oz peyğəmbərliyinin hədəfini əxlaqi keyfiyyətləri kamilləşdirmək kimi təqdim edir. Biz də imam Rizanın (ə) bu sahədəki ozəlliyini araşdırır və o həzrətin nə qədər gozəl xususiyyətlərə malik və babası Peyğəmbərin (s) ləyaqətli varisi olduğunu təsdiqləyirik və onun bəzi xususiyyətlərini saymaq istəyirik.. ¯ Həzrət imam Riza (ə) hec kəsin sozunu kəsməzdi. ¯ Hec kəsin istəyini rədd etməzdi (əlbəttə, din cərcivəsində). ¯ Başqalarının yanında ayaqlarını uzatmaz və hec yerə soykəməzdi. ¯ Oz xidmətcilərinə təhqiramiz soz deməzdi. ¯ Qəh-qəhə cəkməzdi. ¯ İctimai noqteyi-nəzərdən aşağı təbəqə sayılan şəxslərlə bir sufrədə oturub yemək yeyərdi. ¯ Gecənin coxunu ibadətlə kecirərdi. ¯ Cox oruc tutardı. ¯ Gizlində sədəqə verərdi. ¯ Camaat qarşısında gozəl və yumşaq geyim, tənhalıqda isə cod və sərt geyim geyər, həsir ustundə oturardı. ¯ Az danışardı və hər uc gundə bir dəfə Quran xətm edərdi. ¯ Əgər o Həzrətin bir nəfərlə işi olsaydı və həmin şəxs yemək yeməyə məşğul olsaydı, İmam (ə) o şəxsin yeməyi bitirməsini gozləyər, sonra oz sozunu buyurardı. İmam (ə) belə buyururdu: "Siz yeməyə məşğul olarkən mən daxil olsam və ya yaxınlaşsam, yerinizdən qalxmayın." ¯ Əgər hər hansı bir sahibkar əvvəlcədən muqavilə bağlamadan bir fəhləni işə gotururdusə, imam əsəbiləşir və buyururdu: "Əgər siz o fəhlə ilə muqavilə bağladıqdan sonra işin sonunda həmin məbləği ona versəniz, o şad olar ki, siz oz əhdinizə vəfa etmisiniz. Əgər bir az da artıq versəniz, o bir az da cox sevinəcək ki, siz onun muzdundan da artığını vermisiniz. Lakin muqavilə bağlamadığınız təqdirdə hətta onun haqqından uc dəfə artığını da versəniz elə biləcək ki, haqqını duz verməmisiniz." İMAM RİZANIN (Ə) KƏRAMƏTLƏRİ İmam Rizanın (ə) fəziləti və kəramətləri bu dar cərcivəyə sığmayacaq dərəcədə coxdur. Lakin biz imkan dairəsində o cənabın fəzilət və kəramətlərinin bəzilərini burada qeyd edirik. Həzrət imam Kazim (ə) buyurmuşdur: "Atam mənə buyurdu: Sənin nəslində Ali-Muhəmmədin alimi olacaq, o Əmir əl-momininlə (ə) eyni ada sahib olacaq. Kaş ki, mən onu gorəydim!" Məmun davamlı şəkildə elmi məclislər təşkil edirdi. Muxtəlif dinlərin numayəndələrini həmin məclislərə dəvət edərək onlardan imamla mubahisə etməyi xahiş edirdi və imam (ə) bu mubahisələrin hamısından qalib cıxırdı. 1. Muhəmməd ibn Davud deyir: "Mən və qardaşım imam Rizanın (ə) yanında idik. Bu vaxt bir nəfər gəlib imam Cəfər Sadiqin (ə) oğlu Muhəmmədin olum xəbərini gətirdi. Biz imamla (ə) birlikdə Muhəmmədə baş cəkməyə getdik. Gorduk ki, onun cənəsini də bağlayıblar və ovladları ağlaşır. İmam onun yanında əyləşdi, sonra onun cohrəsinə baxıb təbəssum elədi. Məclisdəkilər İmamın (ə) bu guluşundən incidilər və hətta bəziləri dedilər ki, imam oz əmisinin olumundən sevindiyi ucun tənəli şəkildə gulur. Sonra İmam (ə) namaz ucun məscidə gedərkən biz deyilənləri o Həzrətə catdırdıq. İmam buyurdu: "Mənim guluşum təəccubdən doğurdu. Cunki gordum imam Cəfər Sadiqin (ə) oğlu İshaq (Muhəmmədin qardaşı) qardaşı ucun bərk ağlayır, halbuki o, Muhəmməddən tez oləcək və Muhəmməd onun ucun ağlayacaq! Cox kecmədi ki, Muhəmməd sağalıb yataqdan qalxdı və İshaq isə bir muddətdən sonra dunyasını dəyişdi." 2. Rəyyan ibn Səlt deyir: "İraqa getmək istəyirdim. İmam Rizanın (ə) huzuruna getdim. Məqsədim həm onunla xudafizləşmək, həm də olərkən kəfənimə qoymaq ucun İmamın (ə) paltarlarından birini mənə vermək ucun xahiş etmək idi. Eyni zamanda qızlarıma uzuk almaq istəyirdim. Amma xudafizləşərkən o cənabdan ayrılmaq məni elə kədərləndirdi ki, istədiklərim yadımdan cıxdı. Mənzildən cıxarkən Həzrət məni səsləyib buyurdu: "Qızlarına uzuk almaq ucun bir necə dirhəm verməyimi istəmirsənmi? Oləndə kəfənlə birlikdə bukulmək ucun paltarlarımdan birini istəmirsənmi?" Dedim: "Doğrudur. Lakin sizdən ayrılmağın qussəsi istədiklərimi mənə unutdurdu." Həzrət səccadənin altından bir az pul cıxarıb bir koynəklə birlikdə mənə verdi..." 3. İmam Rizanın (ə) vəliəhdliyi zamanı bir muddət yağış yağmadı və xalqa qıtlıq uz verdi. Məmun İmamdan (ə) xahiş etdi ki, yağışın yağması ucun namaz qılıb dua etsin. İmam (ə) buyurdu: "Dunən gecə Allahın Rəsulunu (s) və Əmir əl-mominini (ə) yuxuda gordum. Peyğəmbər (s) buyurdu: Həftənin ilk gunu səhraya get və Allahdan yağış istə, cunki mən də birinci gun belə edəcəyəm." Birinci gun İmam (ə) yağış istəmək ucun səhraya getdi və yaxşı da yağdı. Lakin bəzi bədxahlar İmamı (ə) Məmunun yanında pis etmək ucun Məmunun qulağını belə sozlərlə doldurmağa başladılar ki, o, cadugər və sehrbazdır, oz cadusuyla yağış yağdırdı və xalq arasında coxlu şan-şohrət qazandı. Belə getsə o, xilafəti sənin və Abbasi sulaləsinin əlindən alacaq. Məmun dedi: "Biz vəliəhdliyi ona verməklə onu dəyərsiz edib dunyapərəst kimi tanıtmaq istədik... İndi oz səhvimizi anladıq. Bundan sonra ona qarşı guzəşt yoxdur..."