Bazar, 22.12.2024, 14:03
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Fevral » 4 » İMAM RİZANIN (Ə) KƏRAMƏTLƏRİ
22:06
İMAM RİZANIN (Ə) KƏRAMƏTLƏRİ
İMAM RİZANIN (Ə) KƏRAMƏTLƏRİ
İmam Rizanın (ə) fəziləti və kəramətləri bu dar cərcivəyə sığmayacaq dərəcədə coxdur. Lakin biz imkan dairəsində o cənabın fəzilət və kəramətlərinin bəzilərini burada qeyd edirik.
Həzrət imam Kazim (ə) buyurmuşdur: "Atam mənə buyurdu: Sənin nəslində Ali-Muhəmmədin alimi olacaq, o Əmir əl-momininlə (ə) eyni ada sahib olacaq. Kaş ki, mən onu gorəydim!"
Məmun davamlı şəkildə elmi məclislər təşkil edirdi. Muxtəlif dinlərin numayəndələrini həmin məclislərə dəvət edərək onlardan imamla mubahisə etməyi xahiş edirdi və imam (ə) bu mubahisələrin hamısından qalib cıxırdı.
1. Muhəmməd ibn Davud deyir: "Mən və qardaşım imam Rizanın (ə) yanında idik. Bu vaxt bir nəfər gəlib imam Cəfər Sadiqin (ə) oğlu Muhəmmədin olum xəbərini gətirdi. Biz imamla (ə) birlikdə Muhəmmədə baş cəkməyə getdik. Gorduk ki, onun cənəsini də bağlayıblar və ovladları ağlaşır. İmam onun yanında əyləşdi, sonra onun cohrəsinə baxıb təbəssum elədi. Məclisdəkilər İmamın (ə) bu guluşundən incidilər və hətta bəziləri dedilər ki, imam oz əmisinin olumundən sevindiyi ucun tənəli şəkildə gulur. Sonra İmam (ə) namaz ucun məscidə gedərkən biz deyilənləri o Həzrətə catdırdıq. İmam buyurdu: "Mənim guluşum təəccubdən doğurdu. Cunki gordum imam Cəfər Sadiqin (ə) oğlu İshaq (Muhəmmədin qardaşı) qardaşı ucun bərk  ağlayır, halbuki  o, Muhəmməddən tez oləcək və Muhəmməd onun ucun ağlayacaq!  Cox kecmədi ki, Muhəmməd sağalıb yataqdan qalxdı və İshaq isə bir muddətdən sonra dunyasını dəyişdi."
2. Rəyyan ibn Səlt deyir: "İraqa getmək istəyirdim. İmam Rizanın (ə) huzuruna getdim. Məqsədim həm onunla xudafizləşmək, həm də olərkən kəfənimə qoymaq ucun İmamın (ə) paltarlarından birini mənə vermək ucun xahiş etmək idi. Eyni zamanda qızlarıma uzuk almaq istəyirdim. Amma xudafizləşərkən o cənabdan ayrılmaq məni elə kədərləndirdi ki, istədiklərim yadımdan cıxdı. Mənzildən cıxarkən Həzrət məni səsləyib buyurdu: "Qızlarına uzuk almaq ucun bir necə dirhəm verməyimi istəmirsənmi? Oləndə kəfənlə birlikdə bukulmək ucun paltarlarımdan birini istəmirsənmi?"  Dedim: "Doğrudur. Lakin sizdən ayrılmağın qussəsi istədiklərimi mənə unutdurdu."
Həzrət səccadənin altından bir az pul cıxarıb bir koynəklə birlikdə mənə verdi..."
3. İmam Rizanın (ə) vəliəhdliyi zamanı bir muddət yağış yağmadı və xalqa qıtlıq uz verdi. Məmun İmamdan (ə) xahiş etdi ki, yağışın yağması ucun namaz qılıb dua etsin. İmam (ə) buyurdu: "Dunən gecə Allahın Rəsulunu (s) və Əmir əl-mominini (ə) yuxuda gordum. Peyğəmbər (s) buyurdu: Həftənin ilk gunu səhraya get və Allahdan yağış istə, cunki mən də birinci gun belə edəcəyəm." Birinci gun İmam (ə) yağış istəmək ucun səhraya getdi və yaxşı da yağdı.
Lakin bəzi bədxahlar İmamı (ə) Məmunun yanında pis etmək ucun Məmunun qulağını belə sozlərlə doldurmağa başladılar ki, o,  cadugər  və sehrbazdır, oz cadusuyla yağış yağdırdı və xalq arasında coxlu şan-şohrət qazandı. Belə getsə o, xilafəti sənin və Abbasi sulaləsinin əlindən alacaq. Məmun dedi: "Biz vəliəhdliyi ona verməklə onu dəyərsiz edib dunyapərəst kimi tanıtmaq istədik... İndi oz səhvimizi anladıq. Bundan sonra ona qarşı guzəşt yoxdur..."


Категория: Məqalələr | Просмотров: 1006 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz