Bazar, 22.12.2024, 14:13
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1720
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Fevral » 6 » İMAM RİZA (Ə) HAQQINDA HƏDİSLƏR
23:10
İMAM RİZA (Ə) HAQQINDA HƏDİSLƏR
İMAM RİZA (Ə) HAQQINDA HƏDİSLƏR
1. Muhəmməd ibn İshaq ibn Ənsar deyir: "Birinci Əbulhəsənə (ə) (imam Musaya (ə)) dedim: "Mənə dinimi mənimsəyə biləcəyim bir şəxsi tanıtdır." İmam buyurdu: "Bu mənim oğlum Əlidir. Həqiqətən, atam mənim əlimdən tutub Peyğəmbərin (s) qəbri ustə apardı və buyurdu: "Oğlum, Allah-Təala buyurur: "Mən yer uzundə xəlifə qərarlaşdırıram" Allah-Təala buyurduğu hər sozə vəfa edər."
2. Davud Riqqi deyir: "Əbulhəsən Musaya (ə) dedim: Qocalmışam  və sumuklərim sustləşib (boşalıb). Atanızdan soruşdum sizi mənə gostərdi, siz də mənə yol gostərin (yəni sizdən sonra imam kimdir). Buyurdu: Bu, Əbulhəsən ər-Rizadır."
3. Əli ibn Yəqtin deyir: "Əbulhəsən (imam Kazım (ə)) zindandan mənə yazdı ki, filan oğlan mənim oğlanlarımın seyyididir və mən oz kunyəmi ona bağışladım."
4. Hişam ibn Əhmər deyir: "İmam Kazim (ə) mənə buyurdu: "Məğrib əhalisindən kiminsə gəldiyini bilirsənmi?" Mən cavab verdim: "Xeyr." İmam buyurdu: "Bəli, bir kişi gəlib, gəl gedək." Həzrət miniyinə mindi, mən də o həzrətlə birgə suvar oldum və biz həmin kişiyə catdıq. Kişi Mədinə əhalisindən idi və ozu ilə qul-qaravaş gətirmişdi. Mən dedim: "Onları bizə gostər." Yeddi qız uşağı gətirdi. Lakin imam onların hamısını rədd edib buyurdu: Onlara ehtiyacım yoxdur. Sonra buyurdu: "Yenisini gətir." Kişi dedi: "Məndə xəstə bir qızdan başqa hec  kimsə yoxdur." İmam (ə) buyurdu: "Sənin ucun qorxusu yoxdur, onu gətir." Kişi imtina etdikdə imam qayıdıb getdi və həmin gunun sabahı məni onun dalınca gondərərək buyurdu: "Ona de ki, o kənizi necəyə satırsan. Hər nə desə, de ki, mən həmin qiyməti qəbul etdim." Mən onun yanına getdim və o dedi: "Mən onu filan qiymətdən aşağı vermək istəmirəm." Mən dedim: "Qəbulumuzdur." Dedi: "Sənin olsun, amma mənə de gorum dunən səninlə gələn kişi kim idi?" Dedim: "Bəni-Haşimdən olan bir kişi idi." Dedi: "Hansı bəni-Haşim?" Dedim: "Mənim bundan artıq sənə deyiləsi bir sozum yoxdur." Dedi: "Mən sənə bu kəniz barədə bir xəbər verim. Mən onu məğrib diyarının ən uzaq noqtəsindən (Afrikadan) almışam." Kitab əhlindən olan bir qadın mənə rast gəlib soruşdu: "Səninlə olan bu kəniz kimdir?" Dedim: "Onu ozum ucun aldım." Dedi: "Bu qızın sənin kimisinə yoldaş olması rəva deyil. Bu kəniz yer uzunun ən yaxşı adamının həyat yoldaşı olmalıdır. Onun yanında cox qalmadan ondan bir oğlan doğar və o oğlanın şərqdə və qərbdə tayı-bərabəri olmaz." Ravi deyir: "Mən onu imamın yanına gətirdim. Cox kecmədi ki, imam Riza (ə) ondan dunyaya gəldi."
Категория: Məqalələr | Просмотров: 1899 | Добавил: imamrza_asiqi | Рейтинг: 0.0/0
Всего комментариев: 2
2 HİCRAN  
0
Rebbim komeyiniz olsun!

1 meryem  
0
Allah razi olsun

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz