Mədinə şəhərində Imamət səmasının on birinci parlaq ulduzu doğdu və Samirra şəhərində batdı. O həzrətin adı Həsən, künyəsi Әbuməhəmməd, tanınmış ləqəbləri isə Zəki və Әskəri idi. Atası həzrət Hadi (ə), anasının adı isə Susən idi 22 yaşında ikən atası şəhid oldu. Atasını şəhadətindən sonra imamlıq müddəti 6 il, mübarək ömrü isə 28 il çəkdi. O həzrət (ə) 260-cı hicri ilində Abbasi xəlifəsi Mötəmid tərəfindən şəhid olunaraq Samirra şəhərində dəfn olundu. Onun yeganə övladı həmin vəd olunmuş həzrət imam Mehdidir ki, zühur edərək dünyanı ədalətlə dolduracaqdır. Imam Həsən Әskərinin (ə) zamanında həzrətin özü şiddətli nəzarət altında olduğuna görə islam öz nüfuzunu əldən vermişdi. Hakimiyyətdə olanlar, xüsusilə də Mütəvəkkil, hər hansı yolla olursa-olsun camaatı imamdan uzaqlaşdırmağa çalışırdı. Çünki hal-hazırda qeyb olub, gələcəkdə isə Islam ümmətinin rəhbərliyini öhdəsinə alaraq vahid dünya hökumətini quracaq on ikinci imam, imam Həsən Әskəri əleyhisslamın oğlu olacaqdı. Elə buna görə də imamı nəzarət altında saxlayırdılar. Lakin Allah-taala, Musanı Fironun sarayında saxladığı kimi, islam ümmətinin gələcək rəhbərini də gözlərdən uzaq və gizlincə dünyaya gətirdi.