Xəstəxanada
eyni palatada iki ağır xəstə yatırdı. Bunların birinin çarpayısı
pəncərənin önündə, digəri isə qapının yanında idi. Qapının yanında
yatan, bir gün pəncərənin önündə yatandan, çöldə nə gördüyü soruşur.
İkinci xəstə, sanki canlanır: -OOOO! – həvəslə ikinci xəstə
səsləndi. – Mən heyvanlara, müxtəlif əşyalara bənzər buludlar görürəm
səmada, çay görürəm, meşəlik görürəm. Hər gün pəncərə önündə yatan
xəstə digərinə pəncərədən çöldə nə baş verdiyini danışırdı. O, çayda
balıq tutanlardan, əl-ələ tutub gəzən sevgililərdən, oynayan uşaqlardan
danışırdı. Qapının yanında yatan xəstə bütün bu nağıl kimi
gözəlliklərə qulaq asır və öz özlüyündə fikirləşirdi: "Bu haqsızlıqdır.
Niyə onu pəncərə qarşısında yatızdırırlar, məni isə bu cansıxıcı qapıya
baxmağa vadar edirlər?!” Günlərin bir günü, pəncərə önüdnə yatan
xəstə, öskürməyə, boğulmağa başladı. Hər iki çarpayının başında, tibb
bacılarını çağırmaq üçün zəng düyməsi var idi. Nə qədər etdisə, əlini
zəngə uzada bilmədi. Qapının yanında yatan isə bu hadisəyə baxaraq, öz
çarpayısının başındakı zəng düyməsinə əl belə uzatmadı. Pəncərə
qarşısında yatan xəstə, boğazını tutub, boğuldu və öldü. Rəhmətə
gedənin palatadan çıxardanda, qapı qarşısında yatan xəstə tibb
bacısından xahiş etdi ki, onun yerini pəncərə qarşısına keçirsinlər. Bu
onun çoxdankı arzusu idi, elə bu səbəbdən o palata yoldaşı boğularkən
çağırış düyməsini basmamışdı, köməyə heç kimi çağırmamışdı. Ancaq… yerini pəncərə qarşısına keçirəndən sonra,o çölə boylandı. Hələ otaqdan çıxmayan tibb bacısına çox titrək səs ilə dedi. -
Axı bu necə ola bilər. Burada yatan, ölməmişdən qabaq mənə hər gün
çöldə çay, meşəlik, buludlar gördüyünü deyirdi. Mən isə indi baxıram
ki, pəncərədən baxanda xəstəxananın solğun divarlarından başqa heç nə
görünmür! Bu necə ola bilərrrrrr? Tibb bacısı başını bulayaraq: - Sizin palata yoldaşınız heç nə görə bilməzdi. O kor idi!!! |
|
|
| |