Həzrət Əbbas ibn Əli ibn Əbu-Talib (ə) hicrətin 26-cı ilində Şəban ayının 4-dəcümə günü Mədinə şəhərində dünyaya göz açmışdır.O Həzrətin anası bəni-Kilab qəbiləsindən olan Fatimə binti Hizamdır. Hz.Əbbas(ə)öz zəmanəsinin ən elmli və təqvalı şəxslərindən biri olmuşdur.Necə də olamsın axı o,Həzrət Əli (ə),İmam Həsən(Ə) və İmam Hüseyn(ə)kimi elm və təqva çeşmələrindən sirab olmuş,ömrü boyu bu böyük şəxsiyyətlərin əxlaqı davranışlarından bəhrələnmişdir. Həzrət Əbbas (ə) hələ uşaqlığından öz şücaət və bacarığı ilə öz tay-tuşlarından fərqlənirdi.Belə ki o Həzrət 14 yaşında ikən atası Əli(ə) -la Müaviyə arasında gedən Siffeyn müharibəsində iştirak etmiş və adli-sanlı cəngavərlər kimi döyüşərək ağlagəlməz qəhrəmanlıqlarnümayiş etdirmişdir. "Suqnameyi -Ali Muhəmməd" kitabında gəlmişdir ki,Həzrət Əli (ə)can verərkən işarə ilə Əbulfədl(ə)-ı yanına çağırır,əlindən yapışıb özünə tərəf yaxınlaşdırıb qulağına pıçıldayaraq buyurur: "Oğul,Allah sənin üzünü ağ etsin!Qiyamət günü atan Əlinin üzü sənin əməllərinlə ağarar" Hz.Əbbas (ə)-ın həyatının ən qiymətli və əvəzsiz anları Kərbəla hadisəsi zamanı nəzərə çarpır.Qardaşı İmam Hüseyn (ə) onu qoşunun komandanı və bayraqdarı təyin edir. İmam Hüseyn (ə)-ın bütün əsgərləri şəhid olandan sonra Hz.Əbbas(ə)qardaşından döyüş icazəsi istədikdə,İmam (ə) ağlayıbbuyurdu:"Əziz qardaşım,necə sənə icazə verim ki,bütün bu qadınlar,uşaqlar sən varsan deyə əmin-əmanlıq hiss edirlər." Nəhayət,Hz.Hüseyn (ə)Hz.Əbbas(ə)-a icazə verdi ki,gedib su gətirsin.O Hz.çayın sahilində qoyulmuş keşikçi dəstəsini darmadağın edib özünü suya çatdırdı.Ovucunu su ilə doldurub dodaqlarına yaxınlaşdırarkən Hz.Hüseyn(ə)ın və körpələrin susuzluğunu xatırlayıb suyu ovucundan boşaltdı
Selamun Aleykum.Ebelfez aga babel hevaicdi yeni hacetler qapisi kimin ne haceti var buyursun bu qapiyi tevekkulv etsin Ve allah bu qapidan el bow gondermez hec bir bendesini inwaallah Allah bizleri Qiyamet gunu Ehli Beyt ve Qurani Kerimin Wefaetinnen binesip etmesin Amin ya rebbel alemin