İmam Hüseyn(ə)-ın həyatına qısa bir baxış Hicrətin 4-cü ili,Şəban ayının 3-ü Peyğəmbər (s) ailəsinə yeni bir xoşbəxtlik nəsib oldu.Bu gün İmamətin daha bir çırağı bu evdə şölələnərək öz nurunu ətrafa saçdı.Bəli,hidayət çıraqlarından olan 3-çü İmam Həzrəti Hüseyn (ə) dünyaya göz açması ilə Peyğəmbər(s) ocağına böyük bir sevincə qərq etdi.Bu müjdəni Allah Rəsuluna çatdırdıqda,O,heç də körpənin valideyinləri-Əli(ə) və Xanım Fatimə(s.ə)-nın keçirdikləri fərəh hissindən az olmayan hədsiz sevinc hissi ilə dərhal Əli(ə)-ın evinə yollandı.Peyğəmbər evə daxil olaraq,Cəfəri-Təyyarın həyat yoldaşı Ümeys qızı Əsmadan körpəni Onun yanına gətirməsini istəyir.Əsma yenicə dünyaya göz açmış uşağı ağ parçaya bükərək o Həzrətin yanına gətirdikdə Peyğəmbər (s) böyük fərəh və sevinc hissi ilə nəvəsini ağuşuna alıb qayğı və məhəbbətlə bağrına basaraq sağ qulağına azan,sol qulağına isə iqaməni oxudu.Bu bəxtəvər anlardan xoşhal olan Həzrət Peyğəmbər(s) çox keçmir ki,nədənsə kədərlənərək ağlamağa başlıyır.Görəsən,bu xoşbəxt dəqiqələrdə o Həzrətin ağlamasına səbəb nə idi?!Bu səhnəni görüb təəccübünü gizlədə bilməyən Ümeys qızı Əsma Allah elçisindən ağlamasının səbəbini soruşdıqda O Həzrət hüznlü səslə belə cavab verdi: "Ey Əsma,məndən sonra onu zülmkar bir dəstə qətlə yetirəcək,Allah mənim şəfaətimi onlara nəsib etməsin!" FATİMEYİ ZƏHRA MƏSCİDİ