Cümə, 29.03.2024, 09:12
Daxil oldunuz Гость | RSS

Www.Ehlibeyt.Clan.Su

Menyu
Qısa Məktublar
Bizim sual
Bismillahsiz Sure?
Всего ответов: 1719
Sayğac
İslami Saytların Reytinqi
Onlayn cəmisi 1
Qonaq 1
İstifadəçi 0

Главная » 2010 » Mart » 31 » İSLAMIN İNTİHARA BAXIŞI
18:48
İSLAMIN İNTİHARA BAXIŞI

Yaşadığımız əsr bütün maddi və mənəvi imkanları ilə bəşər övladına xoşbəxtlik vəd edir. Ancaq xoşbəxt olması üçün insan oğluna təqdim edilən bütün bu nemətlərin onu xoşbəxt və bəxtiyar etdiyini söyləmək çətindir. Bunun ən açıq əlaməti ruhi böhran və intihar hadisələrinin mövcud olmasıdır. Hətta cox qəribədir ki, ruhi böhran və intihar hadisələrinin əksəriyyəti rifah səviyyəsi yüksək olan ölkələrdə baş verir. Artıq Şərq ölkələrində də yayılmağa başlayan intihar hadisələri cəmiyyətin ciddi bir problemi kimi öz mövqeyini saxlayır.


İnsanın yaşaması üçün qidalanmaq, geyinmək və mənəvi təminat kimi ünsürlər zəruridir. Allah bu xüsusların bir çoxunu bəşər övladına bəxş etmişdir. Ancaq bunlar insanın fərdi olaraq həyatını davam etdirməsini təmin etsə də, yetərli deyildir. Çünkü o fərdi deyil, ictimai həyata yaşamağa məhkumdur. Buna görə fərdi problemlərlə yanaşı, ictimai münasibətlər də insanin psixologiyasına təsir edir. İslamın intihara baxışı da həm fərdi, həm də ictimai səviyyədə öz əksini tapır.


Ümumiyyətlə, insan öz daxili aləmi, ictimai həyatı və Tanrı ilə münasibətinin ahəngli təsiri nəticəsində ruhi cəhətdən sağlam və xoşbəxt olur. Bu münasibətlərdən biri və ya ikisi pozulduğu zaman insanın ruhi müvazinəti itir və bu, insanın davranışları mənfi cəhətə yönəlməyə başlayır.


İslama görə, insanın vücudu onun öz malı deyil, ona verilmiş əmanətdir. Özünə qəsd etmək, əmanətə xəyanət etmək mənasına gəlir. Buna görə, İslam dini yalnız intihar etməyə mənfi münasibət bəsləmir, bununla yanaşı, insanın hər hansi bir bədən üzvünün kəsilməsinə də icazə vermir. Qurani-Kərimin «Nisa» surəsinin 29-ju ayəsindəki "özünüzə qəsd etməyin” ifadəsi intiharın haram olduğu qəti bir surətdə ifadə edilir. Ayrıca Qurani-Kərim bir insanın öldürülməsini bütün bəşəriyyətin məhv edilməsi ilə eyni səviyyədə tutaraq, insan həyatının qorunmasını dinin əsas məqsədlərindən biri kimi qeyd edir.


Qeyd etdiyimiz kimi, İslam intiharı bütün şəraitlərdə qadağan etmişdir. Belə ki, həzrət Peyğəmbər müharibə əsnasında da yaralanan və ağrının şiddətinə dayana bilməyərək özünə qəsd edən kimsənin cəhənnəmə gedəcəyini vurğulamışdır. Bir başqa hədisdə isə intihar edən kimsənin axirətdə davamlı bir surətdə intihar etdiyi kimi cəzalandırılacağını bəyan etmişdir. Allah Rəsulu hədislərilə yanaşı, öz davranışları ilə də intiharın Allah tərəfindən xoş qarşılanmadığını ifadə etmişdir. Belə ki o, intihar edən bir kimsənin cənazə namazını qılmamışdır.


İntiharın qadağan edilməsi digər əmr və yasaqlar kimi, Allahın insana verdiyi dəyəri göstərir. İslamın gətirdiyi bütün hökmlərin əsas məqsədi insanın həyatını qorumaqdır. İslam "Əmr-yasaq”, "halal-haram” deyə bəyan etdiyi bütün hökmlərdə insanın şəxsi və ictimai mövcudiyyəti ilə yanaşı, onun ağlını, səhhətini, nəslini, malını din və inanc kimi dəyərlərini mühafizə etməyi nəzərdə tutmuşdur. Məsələn, spirtli içki və narkotik maddə insanın ağlını və səhhətini qorumaq, oğurluq malın qorunması məqsədilə qadağan edilmiş, zəkat isə ictimai birliyin təmini məqsədilə fərz elan edilmişdir. Müharibəyə həm cəmiyyətin, həm də din və inancın qorunması məqsədilə icazə verilmişdir. İslam insanın qorunmaq məqsədi ilə də intiharının "haram” olduğunu vurğulamışdır.


İntiharın böyük günahların toplu bir surətdə ifadə edildiyi hədislərdə yer almamasına baxmayaraq, İslam alimləri yuxarıdakı ayə və hədislərə istinad edərək onu böyük günahlardan biri kimi dəyərləndirmişlər. Bu alimlərin istinad etdiyi ən önəmli hadisə "Zatus-səlasil” səfəridir. Belə ki, Amr ibn As "Zatus-səlasil” səfərində ihtilam olmuş və su mövcud olduğu halda hava soyuq olduğu üçün qüsul almamışdır. Onun soyuq havada qüsul almamasının ən əsas səbəbi ölüm təhlükəsi idi. Soyuq havada qüsul almaq xəstəlik və ya ölümlə nəticələnə bilərdi. Lakin İslam belə bir təhlükə ilə qarşılaşdıqda təyəmmüm almağa icazə verir. Bunu bilən Amr ibn As da təyəmmüm alaraq namaz qıldırmışdır.


İslam alimlərinin böyük əksəriyyətinə görə, intihar edən şəxs də müsəlman olaraq qalır. Yəni hər hansı bir müsəlmanın intihar etməsi onu dindən kənarlaşdırmaz. Çünki həzrət Peyğəmbərin intiharın qadağan olduğunu bəyan etməsinə baxmayaraq, özünü öldürən şəxsin cənazə namazını qılan səhabələrə etiraz etməmişdir.


İslamın gətirdiyi hökmlərə zidd olan intihar ictimai və əxlaqi nöqteyi-nəzərdən də böyük bir günahdır. Yaşamaq təbii bir haqdır. Onun əldə edilməsində insanın iradəsi rol oynamır. Yəni insanı yoxdan var edən Yaradıcıdır və canı yalnız O ala bilər. İnsana verilməyən bu haqqa təcavüz etməyə və ya özünü öldürməyə onun əxlaqi cəhətdən səlahiyyəti yoxdur.


İslam yalnız intihari deyil, insanın məhvi ilə nəticələnən bütün felləri da qadağan etmişdir. Məsələn, insanın öz bədən üzvündən hər hansı birinə xətər yetirməsi İslam nöqteyi-nəzərindən haram sayılmışdır. Belə ki, hz. Peyğəmbər də bədəni zəiflədən və insanın gücünü aşan ibadətlərin yerinə yetirilməsini məkruh hesab etmişdir. Onun bu davranışı bir çox İslam alimi tərəfindən də qəbul edilmişdir. Çünki İslam alimlərinin əksəriyyəti dünyanın dayanacaq, bədənin də minik olduğunu bəyan etmiş və onun qorunub muhafizə edilməsinin dini məsuliyyət olduğunu qeyd etmişlər.


İnsan sosial varlıqdır. Yəni fərdlər birləşərək cəmiyyəti meydana gətirirlər və insan cəmiyyətin formalaşmasında mühüm bir amil kimi iştirak edir. Ailə də kiçik bir cəmiyyətdir. Ailənin hər hansı bir üzvü olan insan o ailənin bir çox məsələləri barəsində məsuliyyət daşıyır. Məsələn, ata ailənin məişətini təmin edir. Ana övladlarını tərbiyə etməklə məşğul olur. Ailə başçılarından hər hansi biri intihar etdiyi zaman həm ailə başsız qalır, həm də qeyd olunan vəzifələri yerinə yetirən başqa bir şəxs olmur. Digər tərəfdən, intihar edən ata-ananın sevgi və mərhəmətindən məhrum qalan övladlar da öz həmyaşıdlarına nisbətən psixoloji təsir mühitində həddi-buluğa çatırlar. Yəni intihar edən hər hansı bir ailə üzvü özünə zərər verməklə yanaşı, ailənin digər fərdlərinə də bu və ya digər şəkildə mənfi təsir göstərir.


İntihar, çağımızın münaqişəli mövzusuna çevrilən ötenazi (euthanasia) ilə də əlaqədardır. Lüğəvi cəhətdən "yaxşı ölüm” deyə tərcümə edilən "ötenazi” müalicəsi olmayan xəstəliyə mübtəla olan bir şəxsin həyatını həkimin məsləhəti və köməyi ilə sona çatdırmaq deməkdir. Ötenazi iki yerə bölünür: aktiv və passiv. Həkim, xəstəliyin ağrısına dözə bilməyən kimsənin həyatını onun öz arzusu ilə sona çatdırır. Bu, aktiv ötenazidir. Passiv ötenazi isə həkimin, şüurunu itirən və müalicə edilməsi mümkün olmayan xəstənin həyatını sona çatdırmasıdır. Aktiv ötenazi xəstənin öz arzusu ilə həyata keçirilir. Buna görə intihar hesab edilir. Ağrıya dözə bilməyən xəstənin intihar əvəzinə müalicə yollarını axtarması və səbr etməsi İslam nöqteyi-nəzərindən daha münasibdir. Nəticə etibarilə intihar yaradılış qayəsinə və dinin həyat fəlsəfəsinə ziddir.

Категория: Məqalələr | Просмотров: 1133 | Добавил: musilmanka | Рейтинг: 5.0/1
Всего комментариев: 3
3 Lale  
0
salam.duzdu bu cox pisdi .mende bunu defelerle etmek istedim.bir tek meni qorxudan o dunyada Allahin qarsisina nece cixacagim qorxusu idi.dunyaya her kes gelir.ama bu o demek deyilki her kes yasamalidir sad

2 ya_ZEHRA  
0
ИНСАН ХАЯТЫНДАН БЕЗАНДА КЁЗУНЕ ХЕЧ НЕ КЁРУНМУР.

1 ya_ZEHRA  
0
surprised surprised surprised

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtarış
NAMAZI BELƏ QILAQ


İslama Xidmət © 2024
Конструктор сайтов - uCoz