Главная » 2010 » Mart » 24 » HAQQIMI HALAL EDİRƏM
22:36 HAQQIMI HALAL EDİRƏM |
Bir hədisdə belə rəvayət edilir: Sevgili Peyğəmbərimiz bir gün əshabı
ilə oturub söhbət edirdi. Bir qadın səhabə təşviş və həyəcanla
Rəsululahın hüzuruna gəlib: ”Allahın Rəsulu! Hal-hazırda həyat yoldaşım
ölüm yatağındadır. Bəlkə də bir neçə dəqiqə sonra öləcək. Ancaq yanında
kəlmeyi-şəhadət gətirdiyimi başa düşür və özüdə təkrar etməyə çalışırsa
da, heç cür deyə bilmir. Mən həyat yoldaşımın imansız öləcəyindən
qorxuram. Bu məsələdə sizdən kömək istəyirəm”.
Allahın Elçisi (s.ə.s) qadından soruşur: Həyat yoldaşın sağlığında hər hansı bir pislik edibmi? Qadın həyat yoldaşının heç bir pis iş görmədiyini, namazını qılıb hər cür ibadətini qüsursuz yerinə yetirməyə çalışdığını deyir.
Peyğəmbər
(s.ə.s) yenə soruşur: "Həyat yoldaşınızın yaxınlarından kimi var?”
Qadın qoca bir anasının olduğunu deyincə, Allah Rəsulu dərhal onu
yanına çağırtdırır.
Rəsulullahın (s.ə.s) hüzuruna gələn yaşlı
qadın Hz. Alqamənin anası idi. Allah Rəsulu (s.ə.s) qadından soruşur:
"Oğlun səninlə necə rəftar edirdi? Oğlundan razısanmı?” Alqamənin anası
belə cavab verir: "Ey Allahın Rəsulu, oğlum evlənənə qədər mənimlə çox
yaxşı rəftar edirdi. Evlənəndən sonra isə xanımını dinləyib pis
davranmağa başladı. Hətta axır vaxtlarda evini də ayırdı. Mən də onun
bu hərəkətindən üzüldüm”.
Allah Rəsulu oğlunun ölüm ayağında
olduğunu və əgər haqqını halal etməzsə, Cəhənnəm əzabı çəkəcəyini
dedisə də, qadın: "Haqqımı halal etmirəm, ey Allahın Rəsulu!” deyib
durdu. Alqamə isə evdə yatır hələ də kəlmeyi-şəhadətini gətirə
bilmirdi. Peyğəmbər (s.ə.s) qadının analıq şəfqətini oyatmaq üçün "Mənə
bir az odun gətirin!”-deyir.
Qadın özünü saxlaya bilməyib
heyrətlə "Odunu nə edəcəksiniz, ey Allahın Rəsulu?” - deyə soruşur.
Çünki bunun hikmətini bilmək istəyirdi. Hz. Məhəmməd qadına "Oğlunu
yandıracağam...- Sabah cəhənnəmdə yanmaqdansa, elə cəzasını burda çəksə
daha yaxsı olar” - deyəndə qadın dözə bilməyib. - Oğlumun gözümün
qarşısında yanmağına razı ola bilmərəm, ey Allahın Rəsulu! Ona haqqmı
halal edirəm, - deyər. İstənilən nəticə alınmışdı... Peyğəmbərimiz
(s.ə.s) Bilal Şəbiyə "Get bax gör Alqamənin vəziyyəti necədir?” - deyə
buyurur. Bilal Həbəşi Alqamənin yanına çatıb kəlmeyi-şəhadəti təlqin
edir. Alqamənin dili birdən birə açılır: "La iləhə illəllah, Muhammədun
Rəsulullah” - deyib ruhunu Allaha təslim edir. |
Просмотров: 1009 |
Добавил: imamrza_asiqi
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|