Həzrəti-Zəhra(s.ə)-nın ərinə qarşı olan münasibəti.
Bu
barədə təkcə bunu xatırlamaq kifayət edər ki, həzrəti-Zəhra(s.ə)-ya
dəyən zərbə, vurulan töhmət, sümüyünün sınması, qırmancın qolunda iz
salması kimi müxtəlif əzab və əziyyətlərə düçar olması böyük məhəbbət
bəslədiyi əri Əli(ə.s)-yə görə olmuşdu. Bütün bu əzab və əziyyətlərə bu
yolda şəhadətə yetişənə kimi dözdü. Ömrünün son anlarında Zəhra(s.ə)-nı
ağlayan görən həzrəti-Əli(ə.s) ondan ağlamağının səbəbini soruşduqda
xanım Fatimə(ə.s.): «Məndən sonra sənə üz verəcək müsibətlərə görə
ağlayıram»,-deyə cavab verdikdə İmam Əli(ə.s) buyurmuşdu: «Ağlama,
Allaha and olsun ki, bu müsibətlər mənə Allah yolunda üz verdiyinə görə
asan və kiçik görünür».
Şeyx Müfid(r.ə) «İrşad» adlı kitabında yazır:
«Peyğəmbər(s)
hicrətin 8-ci ilində baş vermiş Zatüssəlasil döyüşündə
həzrəti-Əli(ə.s)-ni düşməni məhv etmək üçün Yabis[1] adlı qumlu səhraya
göndərmişdi. Belə nəql edirlər ki, həzrəti-Əli(ə.s)-nin xüsusi bir
yaylığı varmış ki, onu böyük və çətin döyüşlərə gedəndə başına
bağlayarmış. Bu döyüşə gedəndə də Fatimə(s.ə)-nin yanına gəlib həmin
yaylığı istəyəndə xanım Fatimə(s.ə) Həzrətdən sual edib soruşdu: «Hara
gedirsən? Atam səni hara göndərir?» O zaman həzrəti-Əli(ə.s)
buyurmuşdu: «Qumlu səhraya gedirəm».
[1] Nəzərdə
tutulan Yabis adlanan məntəqədə Hicrətin 8-ci ilində baş vermiş
Zatüssəlasil döyüşüdür. Düşmən qoşununda 1000 nəfər süvari var idi.
Həzrəti-Əli(ə.s) bir dəstə ilə onların üstsnə gedərək vuruşdu və bu
döyüşdə qalib gəldi. Bu zaman « Adiyat» surəsi Əli(ə.s)-nin və
döyüşçülərinin rəşadət və qələbəsinin şəninə Allah tərəfindən nazil
oldu. Həzrəti-Fatimə(s.ə) bu səfərin çox çətin və qorxulu səfər
olmasına görə ağlayırdı. Bu zaman evə gələn Peybəmbər(s) Zəhra(s.ə)-nı
ağlayan gördükdə ona buyurdu: «Niyə ağlayırsan? Qorxursan ki, ərin
döyüşdən sağ-salamat qayıtmaz? Yox, inşallah o, sağ-salamat
qayıdacaqdır.» Bunu eşidən Əli(ə.s) Peybəmbər(s): «Ey Allahın Rəsulu,
məgər istəmirsənmi, şəhid olub behiştə gedim?»-buyurmuşdu.
(«Məcməül-bəyan» X c, səh.528.)ı |