HƏZRƏTİ FATİMƏNİN (S.Ə) ŞƏHADƏTİ Artıq yaşaya bilmirdi Zəhra.Gün keçdikcə yaradanına qovuşmaq üçün səbirsizləşirdi.Nəhayət hicri 11-çi ilin cəmadiüs-sani ayının üçüncü bazar ertəsi günü,atasının vəfat etdiyi ildə, uşaqlarını öpüb onlarla vidalaşdı. Qoy bütün nəsillər bilsin ki, Peyğəmbərimizin(s) qızı xanım Zəhra(s.ə)öz əcəli ilə ölməmişdir.Onu və onun bətnindəki hələ dünyaya gəlməmiş Möhsününü xəyanətkar zalımlar şəhid etmişlər.Çünki,xanım Zəhra(s.ə) öz atası və ərinin qəsb olunmuş haqqını müdafiə etdiyi üçün o xəyanətkarlar tərəfindən amansızcasına qətlə yetirilmışdir.Bəli,o gecə Zəhra (s.ə) bütün ailəsi ilə vidalaşdı:
Yeddi yaşlı Həsən (ə) ilə ; Altı yaşında olan Hüsüyn (ə) ilə;
Beş yaşında olan Zeynəb (ə) ilə;
Üç yaşında olan Ümme Gülsüm ilə;
Axırda isə Əli (ə) ilə vidalaşdı.Nə çətin idi o vida anları! Fatimə (s.ə) qüsl etmək üçün su istədi.Allahı ilə görüşə getdiyi üçün təzə paltar geyindi.Sonra isə üzü qibləyə tərəf uzandı və gözləməyə başladı.Bir az sonra gözlərini yumub dünyadan köçməsi ilə Əlinin (ə) evində yanan bir şam artıq sönmüşdü.
Əli (ə) Fatimənin (s.ə) vəsiyyətinə əməl edərək ona qüsl verdi, kəfənləyib dəfn etdi.
Xanım vəsiyyət etdi ki, qəbrinin yeri gizli qalsın.Həzrəti Fatimə (s.ə) bu vəsiyyətlə gələcək nəsillərə bunu demək istətirdi ki,mənə zülm olundu,ürəyim qəmlə doludur və mən intiqam gününü gözləyirəm.
Artıq Əli (ə) yalqızdır. Tənha özü qalıb bir də uşaqları...
Həzrət Zəhranın (s.ə) qəbrinin yanında oturub Peyğəmbərin (s) qəbrinə xitabən dedi: "Ey Allahın Peyğəmbəri! Mənə tapşırdığın əmanəti sənə qaytarıram.Başıma gələn bütün əhvalatları qızın sənin üçün olduğu kimi danışacaqdır.Bütün sualları ondan soruş, O,hamısını sənə deyəcək" FATİMEYİ ZEHRA MESCİDİ
YA ZƏHRA Fatimeyi-Zahra (salamallahi əleyha) Quranda adı çəkilmiş və ya işarə olunmuş on iki qadının bütün fəzilətlərinə ən yüksək dərəcədə malik olmuş və Peyğəmbərimiz (səlləllahu ələyhi və alihi və səlləm) tərəfindən bütün bu qadınların və aləmlərin qadınlarının seyyidəsi (xanımı) kimi tanıtdırılmışdır. ("Mənqib” İbn Şəhr Aşub, 3-cü cild, səh-323) Qurani-Kərimdə Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) və Əhli-Beyti (əleyhimussalam) haqqında harda ayələr gəlmişsə Fatimə (salamullahi əleyha) o ayələrdə öz əksini tam şəkildə tapmışdır. Onlardan bəzilərinə işarə edirik. 1. Fatimə (salamullahi əleyha) Allah-taala tərəfindən pak və pakizə qərar verilənlərdəndir: "Ey Əhli-beyt! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz (pak) etmək istər! " (Əhzab surəsi, 33) 2. Fatimə (salamullahi əleyha) öz nəzrinə kamil şəkildə əməl edən və xalis oruc tutanlardandır: "Onlar elə kimsələrdirlər ki, verdikləri sözü (etdikləri nəziri) yerinə yetirər və dəhşətli (aləmi) bürüyəcək gündən (Qiyamət günündən) qoxarlar.”(İnsan surəsi, 8) 3. Fatimə (salamullahi əleyha) Allaha xatir sədəqə verənlərin, xalis bəndələrin və Allaha müştaqların ən kamil nümunəsidir: "Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər:) "Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik.” (İnsan surəsi, 8-9) 4. Fatimə (salamullahi əleyha) səbr edənlərin ən kamil nümunəsidir: "Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır.” (İnsan surəsi, 12) 5. Fatimə (salamullahi əleyha) zikr edənlərin, təvazökarlıqla dua edənlərin və Allahdan qorxanların ən kamil nümunəsidir; "Həqiqətən, Allah məhz müsəlman kişilər və qadınlar, mö’min kişilər və qadınlar, (Allaha) müt’i kişilər və qadınlar, doğru danışan kişilər və qadınlar, səbirli kişilər və qadınlar, təvazökar kişilər və qadınlar, sədəqə verən, oruc tutan kişilər və qadınlar, ayıb (övrət) yerlərini (zinadan) qoruyub saxlayan kişilər və qadınlar və Allahı çox zikr edən kişilər və qadınlar üçün (Axirətdə) məğfirət (bağışlanma) və böyük bir mükafat (Cənnət) hazırlamışdır!” (Əhzab surəsi,-35) 6. Fatimə (salamullahi əleyha) atası Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) yanında Əhli-Kitabla and içmə mərasimində duası qəbul olan kamil bir qadındır: "(İsanın Allahın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (mə’lumatdan) sonra buna (İsanın əhvalatına) dair səninlə mübahisə edənlərə de: "Gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı; biz də özümüzü, siz də özünüzü (bura) çağıraq! Sonra (Allaha) dua edib yalançılara Allahın lə’nət etməsini diləyək!" (Ali İmaran, 61) 7. Nəhayət, Fatimə (salamullahi əleyha) kamil Allah bəndəsi olaraq, həm o Allahından razıdır və həm də Allah-taala ondan razıdır: "("Ey arxayın nəfs!") Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! (Onlarla birlikdə) Cənnətimə varid ol!" (Fəcr surəsi, 27-28-30) Amma rəvayətlərdə Fatimənin (salamullahi əleyha) məqamı haqqında minlərlə hədislər var. Belə ki, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) Allah dərgahında olan əzəməti eyni halda cəmiyyətdə qadına əşya kimi baxlanda, Fatimə (salamullahi əleyha) evə daxil olduqda Həzrət bütün vücudu ilə ayağa durur və Fatimənin (salamullahi əleyha) əlindən öpür və öz yerində əyləşdirir. (Biharul-Ənvar, 43-cü cild, səh-45). Fatimə (salamullahi əleyha) evdə həyat yoldaşına ən nümunəvi bir qadın kimi, cəmiyyətdə iffət və ismət sahəsində ən nümunəvi, müsəlmanların ictimai və siyasi məsələlərində ən fəal, elm və təqvada ən üstün qadın sayılır. Müasir zamanda özünü sübhdən axşama kimi tele ekranlarda açıq-saçıq şəkildə insanlara göstərən üzdəniraq qadınlar bu əməlləri ilə fəxr edirlər. Bəzi qəlbi korlar da onları cəmiyyətdə qadınlara nümunə kimi göstərməyə çılışır və onları özlərinə meyar seçirlər. Paltar geyinməkdə özlərini onlara oxşatmağa çalışırlar. Amma Fatimə (salamullahi əleyha) örpək tutmaqda o səviyyədə iffətə malik olur ki, bir gün Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) kor səhabələrdən biri İbn Məktumla birlikdə Fatimənin (salamullahi əleyha) evinə daxil olur, onu görcək Fatimə örpək atır. Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) sonrada soruşanda ki, nəyə görə kor kişini görəndə örpək tutdun, cavabında buyurur: "Atacan! Əgər o məni görmürsə, mən onu görürəm!” Peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) bu sözü eşitdikdə, buyurur: "Həqiqətən, sən mənim vücudumun bir parçasısan!” (Şeyx Əbbas Qumi, Müntəhal-amal, 1-ci cild, səh-134) Ayişədən nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) həmişə Fatiməni (salamullahi ələyha) nəvaziş edir və onunla görüşür, ondan cənnət ətrini aldığını bəyan edir.(Feyz Kaşani, Fatimətuz-Zahra, 1-ci cild, səh-255) 2. Fatmənin (salamullahi əleyha) şəhadəti; Çox təssüflər olsun ki, Allah-taalının Qurani-Kərimdə bu qədər fəzilət bəyan etməsi və Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) dəfələrlə Fatimənin (salamullahi ələyha) məqamını müsəlmanlara çatdırması, Peyğəmbərdən (səlləllahu ələyhi və alihi və səlləm) sonra Fatiməyə (salamullahi ələyha) olunan müsibət və əziyyətlərinin qarşısını almağa mane olmur. İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) Fatimə (salamullahi ələyha) haqqında bütün sifarişlərinə baxmayaraq, Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) vəfatından dərhal sonra hakimiyyyət başına gələnlər öz hakimiyyətin qorumaq üçün Mədinədə Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) Fatimə (salamullahi ələyha) kimi pak və kamil qızını incitməkdən və şəhadətə yetirməkdən çəkinmədilər. Fatimə (salamullahi ələyha) atasından sonra çox həyat sürə bilmədi. Əksər tarixçilərin nəzərinə görə Fatimə (salamullahi ələyha) atası Peyğəmbərdən (səlləllahu ələyhi və alihi və səlləm) sonra cəmi 75 yaxud 95 gün yaşamışdır. Əksər tarixçilər Fatimənin (salamullahi ələyha) şəhid olan vaxtı yaşının 18 olmasını qəbul edirlər.(Əllamə Məclisi, Biharul-Ənvar, 43-cü cild, səh-9) Ən maraqlısı Fatimənin (salamullahi ələyha) bu yaşında şəhid olmasıdır ki, tarixçilər bu nəzərdə ittifaqdadırlar. Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) vəfatından sonra Əmirəl-möminin Əli (əleyhissalam) bəzi dostları ilə birlikdə qanunusuz keçirilmiş xilafət seçkisini qəbul etməmiş və imam Əlinin (əleyhissalam) evinə cəm olmuşlar. Bu zaman birinci və ikinci xəlifənin planı əsasında, Mədinədə Əmirəl-möminin Əlinin (əleyhissalam) evinə atəş vurulur. Fatimə (salamullahi əleyha) bu hadislərdə imam Əlinin (əleyhissalam) vilayətini öz canı ilə qorumağa çalışır, qapı ilə divar arasında qalaraq yaralınır və qısa müddətdən sonra şəhid olaraq dünyasını dəyişir. Bu hadisələr tam və aydınlığı ilə şiə mənbələrində yüzlərlə tarix kitablarında gəlməsindən əlavə, sünnə-əhli tarixçilərinin kitablarında da aydın şəkildə qeyd olunur. (Nümunə üçün baxa bilərsiniz; İbn Əbi Şeybə, Əl-Müsənnif, 8-ci cild, Kitabul-məğazi, səh-572; Əhməd ibn Yəhya, Ənsabul-əşraf, 1-ci cild, səh-586, çap Darul-məarif Qahirə; İbn Quteybə Deynəvi, Əl-İmamət vəs-siyasət, səh-12, çap Məktəbətu ticariyyətu kubra, Misir; İbn Quteybə Deynəvi, Möcəmul-mətbuat ərəbiyyə, 1-ci cild, səh-212; Əbu Cəfər Məhəmməd ibn Cərir Təbəri, Tarix Təbəri, 2-ci cild, səh-443, çap Beyrut; İbn Əbdəriyyə, Əqdul-Fərid, 4-cü cild, səh-93, çap Məktəbətul-hilal; Əbu Ubeyd Qasim ibn Salam, Əl-Əmval, səh-144, çap Beyrut; Zəhəbi, Mizanul-etidal, 2-ci cild, səh-195; Əbul Qasim Süleyman Təbərani, Möcəmul-Kəbir,1-ci cild, səh-62; Səlahəddin Səfədi, Əl-Vafi bil-vəfəyat, 6-cı cild, səh-17; Əbul-Həsən Əli ibn Hüseyn Məsudi, Murucuz-Zəhəb və onlarla belə mühüm tarixi kitablar) Nəhayət sonuncu sual budur ki, Fatimənin (salamullahi əleyha) qəbri hardadır? Bütün bu hadisələr və onlarla haqsızlıqlar səbəb olur ki, Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) öz cigər parəsini ümmətinə tapşırıb getdiyi Fatimeyi-Zəhra (səlləllahu ələyhi və alihi və səlləm) öz vəsiyyətinə görə gecə, gizlin halda dəfn olunsun. Bunun da özünün hikməti var. Hikmət də bundan ibarətdir ki, Fatimə (salamullahi əleyha) özündən sonrakı müsəlman ümmətinə çatdırmaq istəyir ki, haqqında bu qədər fəzilət və məqamlar zikr olunan Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) qızına zülm olunub və Əmirəl-möminin Əlinin (əlyehissalam) Vilayəti yolunda şəhid olub. Qoy gələcəkdəki müsəlmanlar haqq ilə batili tarixdə ayıra bilsinlər. Adətən, tarixdə böyük şəxsiyyətləri xüsusi dəfn edirlər və hamı onun dəfnində iştirak etmək istəyir. Amma, Fatimə (salamallahi ələyha) ona və imam Əliyə (əleyhissalam) olunan zülm və haqsızlığa görə özü vəsiyyət edir ki, "Ya Əli! Mənə gecə qüsl ver, məni gecə dəfn elə və mənə zülm edənlərə mənim dəfnimdə iştirak etməsinə və hətta, sonradan da qəbrimi ziyarət etməsinə şərait yaratma. (Əllamə Məclisi, Biharul-Ənvar, 43-ci cild, səh-186; Müsnəd Əhməd ibn Həmbəl, 6-cı cild, səh-183) Əslində, bu vəsiyyət ən ağır zülmə məruz qalan və bu zülmə qarşı çıxmağın ən son şəklidir! Sonda son günlər Bakıda Fatimeyi-Zəhra (salamullahi ələyha) adına məscidin sökülmək hökmünü verənlərin nəzərinə çatdırmaq istəyirəm ki, bu işi təşkil və icra edənlərin Allah-taalanın qəzəbinə gəlməsindən əlavə, Fatimimeyi-Zəhranın (salamlullahi ələyha) da qəzəbinə tuş gəlməsi labüddür. Çünki Fatimeyi-Zəhra (salamullahi ələyha) Allah yolunda şəhid olan ən yüksək məqamlı və fəzilətli bir qadındır. Ümidvaram! Allah-taala Fatimeyi-Zəhranın (salamullahi əleyha) şəfaətini həm bu dünyada, həm də Axirətdə hamımıza aid eləsin! |