Şiələr
Əhli-beytdən olan on iki imama üz tutub onları özləri üçün hidayət
çırağı bilirlər. Onların birincisi Əli ibni Əbi Talib (ə), ondan sonra
oğlu Həsən (ə), sonra o biri oğlu Hüseyn (ə) və daha sonra imam Hüseyn
(ə)-ın nəslindən olan doqquz övladıdır. Peyğəmbər (s) bir çox
yerdə, müxtəlif münasibətlərlə on iki nəfərin adını çəkmişdir. Onların
adı şiə və sünnü rəvayətlərində qeyd olunmuşdur. Bəzi sünnü
alimləri bu rəvayətləri düz saymamış və hələ baş verməmiş iş barəsində
Peyğəmbər (s)-in qeybdən xəbər verməsinin mümkün olmamasını
bildirmişlər!!! Allah Quranda onun dili ilə buyurur: َلَوْ كُنتُ أَعْلَمُ الْغَيْبَ لاَسْتَكْثَرْتُ مِنَ الْخَيْرِ وَمَا مَسَّنِيَ السُّوءُ Əgər qeybi elmim olsaydı, öz var-dövlətimi artırardım və mənə zərər dəyməzdi.” [Eraf, 188] Onların
gətirdiyi dəlil qarşısında demək lazımdır ki, bu ayə Peyğəmbərin qeyb
elmini tamamilə rədd etmir. Bu ayə müşriklərin cavabında gəlmişdir.
Onlar Peyğəmbərdən qiyamətin nə vaxt baş verəcəyini soruşurdular.
Zamanını yalnız Allahın bildiyi bir şeyi bilmək istəyirdilər. َالِمُ الْغَيْبِ فَلَا يُظْهِرُ عَلَى غَيْبِهِ أَحَدًا إِلَّا مَنِ ارْتَضَى مِن رَّسُولٍ O, qeybi bilir, heç kəsi öz qeybindən agah etmir, – istədiyi peyğəmbərdən başqa.” [Cin, 26-27] Bu
ayə onu göstərir ki, Allah seçilmiş peyğəmbərləri öz qeybindən agah
edir. Yusifin dastanı bu nümunələrdəndir ki, öz yoldaşlarına zindanda
deyir: اَ يَأْتِيكُمَا
طَعَامٌ تُرْزَقَانِهِ إِلاَّ نَبَّأْتُكُمَا بِتَأْوِيلِهِ قَبْلَ أَن
يَأْتِيكُمَا ذَلِكُمَا مِمَّا عَلَّمَنِي رَبِّي Yemək verilməmişdən qabaq mən bu yuxunu sizin üçün yozaram. Bu, Allahın mənə öyrətdiyi elmlərdəndir.” [Yusif, 37] əmçinin qadir Allah buyurur: َوَجَدَا عَبْدًا مِّنْ عِبَادِنَا آتَيْنَاهُ رَحْمَةً مِنْ عِندِنَا وَعَلَّمْنَاهُ مِن لَّدُنَّا عِلْمًا O iki nəfər Bizim bəndələrdən birini tapdılar ki, Biz ona elm öyrətmişdik.” [Kehf, 65] Bu, Xızrın barəsindədir. O, Musa ilə görüşdükdə, ona qeyb elmi öyrətdi, amma Musanın ona səbri çatmadı. Müsəlmanlar
arasında Peyğəmbərin qeyb elmini bilməsində heç bir ixtilaf yoxdur. O
Həzrətin davranışı çoxlu qeybi xəbərləri sübut etmişdir. Necə ki,
buyurmuşdur: "Təəccüb edirəm! Necə olur ki, zalım bir dəstə Əmmarı
öldürür.” Necə ki, Həzrət Əli (ə)-a buyurur: Zəmanənin ən bədbəxt
adamı sənin başına zərbə vuracaq. O zərbədən sonra sənin saqqalını
qanla boyanacaqdır. Başqa bir yerdə buyurmuşdur: Övladım Həsən
müsəlmanlar arasında sülh yaradacaqdır. Əbuzərə sürgündə yalqız
öləcəyini deymişdi. Bunlardan başqa o Həzrətdən digər qeybi xəbərlər də
rəvayət olunmuşdur. O hədislərin ən məşhuru Buxari və Müslümün öz
"Səhih”lərində gətirdikləri hədisdir ki, Həzrət buyurur: "Məndən sonra
imamlar on iki nəfərdir və hamısı Qüreyşdəndir.” Başqa bir rəvayətdə
"Bəni Haşimdəndir” – sözünü buyurur. Başqa mühəddislər də bu rəvayəti
qeyd etmişlər. Biz "Düz danışanlarla birlikdə” və "Zikr əhlindən
souşun” kitablarında əhli-sünnə alimlərinin bu hədisləri səhih
hədislərdən saymalarını qeyd etmişik. gər bir nəfər onlardan sual
edib: "siz bu hədisləri səhih bildiyiniz halda, nə üçün on iki imama
itaət etmək əvəzinə dörd məzhəbdən tutub onlara itaət edirsiniz?” –
deyə soruşsa, belə cavab verilir: Saleh sələflərin hamısı
Səqifənin iş başına gətirdiyi üç xəlifənin yoldaşlarıdır. Onların
Əhli-beytdən uzaqlaşması, Əli (ə) və övladları ilə düşmənçilik etməsi
əlacsızlıq üzündən olmuşdur. Peyğəmbərin sünnətini aradan aparıb yerinə
ictihadı qoymağa çalışırdılar. Bu, ümmətin Peyğəmbər (s)-dən
sonra iki dəstəyə bölünməsinə səbəb oldu. Saleh sələflər, onların
əhli-sünnədən olan tərəfdarları ümmətin çoxunu təşkil edirlər. Əli (ə)
və onun şiələri Əbu Bəkrə beyət etməyib azlıqdadırlar. Hakim dairə
onlara qəzəblənib "Rafizi” adlandırdılar. Ehli-sünnət və camaat
əsrlər boyu ümmətin həyatına hakimlik etmişlər. Əməvi və Abbasilər Əbu
Bəkr, Ömər, Osman, Müaviyə və Yezid məktəbinin ardıcılları olub,
xilafət hakimliyində olmuşlar. Onların xilafəti zəiflədikdən
sonra, xilafət nökərlər və əcəmlər əlinə düşdü. Çoxlu gizlədilmiş
rəvayətlər aşkar oldu. Onların çox zəhmət çəkmələrinə baxmayaraq bütün
rəvayətləri məhv edə bilməmişdilər. Bu rəvayətlər onlar üçün bu gün
dəhşətli bir sirrə çevrilmişdir. Çünki onların etiqad bağladıqları şey
tarixlə heç cür uyğun deyildir. Onların bəziləri bu rəvayətləri
əhli-sünnətin əqaidi ilə uyğunlaşdırmağa çalışaraq, özlərini
Əhli-beytin dostları kimi göstərmək istəyirlər. Həzrət Əli (ə)-ın adı
gələndə "Allah ondan razı olsun” kəlməsini işlədirlər. Bəlkə bu yolla
xalqa Peyğəmbər ailəsinin düşməni olmadıqlarını bildirsinlər. müsəlmanlardan
heç kəs, hətta münafiqlər Peyğəmbərin ailəsi ilə düşmənçiliyini aşkar
edə bilmirlər. Çünki Əhli-beyt düşmənləri Peyğəmbərin düşmənləridir. Bu
da onları İslamdan çıxarır. (Yəni hər kəs Peyğəmbər (s)-lə düşmənçilik
etsə, müsəlman deyildir). ediklərimizdən onların həqiqətdə
Peyğəmbər ailəsi ilə düşmən olması aydın olur. "Onlar” deməkdə
hədəfimiz saleh sələflərdir ki, ardıcılları onları əhli-sünnə və camaat
adlandırırlar. Çünki onların hamısı dörd məzhəbə itaət edirdilər. Həmin
dörd məzhəblər ki, onları özlərinin zəmanə hakimləri icad etmişdilər.
Onlar heç bir şəri hökmlərdə Əhli-beyt imamlarına müraciət etmirdilər. özün
əsl həqiqətində imamiyyə şiələri Peyğəmbərin sünnətinə əməl edənlərdir.
Onlar bütün fiqhi hökmlərdə Əhli-beyt imamlarına itaət edirlər. Həmin
Əhli-beyt imamları ki, səhih sünnəti öz cəddləri olan Peyğəmbərdən irs
aparmışlar və ona heç kəsin ictihad və nəzərini daxil etməmişlər. Şiə
bütün tarix boyu Peyğəmbər (s)-in sünnətinə sadiq qalaraq heç vaxt nəss
qarşısında ictihad etməmişdir. Peyğəmbər (s) aşkar şəkildə Əli (ə)-ı və
onun övladlarını özündən sonra ümmətə imam tanıtdırmış, şiələr də can
və qəlblə bunu qəbul etmişdilər. Hərçənd ki, həzrət Əli (ə)-dan savayı
heç bir imam zahirdə xilafətə çatmamışdılar. Bununla belə, qüdrətə
çatanları da qəbul etməmişlər. Onların özlərinin (Ömərin) dediyinə
görə, birinci xəlifə birdən-birə iş başına gəlmişdir və Allah hamını
onun şərindən saxlasın! Bu xilafət Allahın sözündən çıxma və
Peyğəmbərlə müxalifət etmə üstündə qurulmuşdur. Ondan sonra gələnlər də
onun yolunu getmişlər. Hər gələn xəlifə də özündən qabaqkını təyin
etmiş, ya da müharibə yolu ilə iş başına çatmışdır. Tarixdə
bunlarla üzləşən əhli-sünnə və camaat çarəsiz qalaraq "imamət yaxşı və
pisi qəbul etmişdir”, – sözünü işlədirlər. Bu sözü deməyə onları məcbur
edən şey bütün xəlifələri – yaxşı və pisliklərinə baxmayaraq – qəbul
etməkləridir. şiələrin
imamın məsum olmasına etiqadları vardır. Onların fikrinə görə, ümmətin
rəhbərliyi məsum imamdan başqa heç kəsə layiq deyildir. Bəli, imamətdir
ki, Allah hər cür çirkinliyi ondan uzaq etmiş, pak və pakizə
saxlamışdır.(ehzab-33) EHLİ SÜNNƏT VƏ CAMAATIN İMAMLARI Ehli-sünnə və camaat məşhur dörd məzhəbin rəhbərləri Əbu Hənifə, Malik, Şafei və Əhməd ibni Hənbələ itaət edirlər. Bu
dörd nəfər nə səhabə olmuş və nə də səhabəni görənlərdəndir. Həmçinin,
nə Peyğəmbər onları, nə də onlar Peyğəmbəri görmüş, nə də bir-birini
tanımışlar. Onların – tarixə əsasən – ən birincisi Əbu Hənifədir.
Onunla Peyğəmbər arasında yüz il fasilə vardır. O, hicrətin 80-ci
ilində dünyaya gəlmiş və 150-ci ilində dünyadan getmişdir. Onların
sonuncusu Əhməd ibni Hənbəldir ki, hicrətin 165-ci ilində dünyadan
getmişdir. Onlar füruid-dində bunlardan itaət etmişlər. hli-sünnə
üsulid-dində imam Əbdül-həsən Əli ibni İsmail Əşəriyə itaət edirlər. O,
hicrətin 270-ci ilində dünyaya gəlmiş və 325-ci ilində dünyadan
getmişdir. unlar dinin üsul və fürusunda əhli-sünnətin itaət
etdikləri adamlardır. Siz bunların arasında Peyğəmbər (ə)-in
Əhli-beytindən, ya səhabələrindən heç bir kəsi görə bilməzsiniz. Eləcə
də Peyğəmbər onların barəsində heç nə deməmiş və xalqı onlara tərəf
hidayət etməmişdir. Tarixdə belə şeylər görsənməyib və onların isbatı
mümkün deyildir. egər əhli-sünnə Peyğəmbər (s)-in sünnəsinə
vəfalı olduqlarını deyirlərsə, bəs nə üçün onların məzhəbi belə gec
yaranmışdır? Bu məzhəblər yaranmamışdan qabaq görəsən, haradaydılar?
Hansı dində olub, kimə müraciət edirdilər? ə üçün Peyğəmbərin
zamanında yaşamayıb, onu görməyənlərə itaət edirlər? Bu kəslər
səhabələr arasında baş verən fitnə və davalardan sonra dünyaya
gəlmişlər. Elə bir zamanda ki, səhabələrin bəzisi bəzisini kafir bilir,
Quran və sünnətlə istədikləri kimi dolanıb, özləri istədiklərini
ictihad edirlər?! ezid ibni Müaviyə xilafətə çatdıqdan sonra
Peyğəmbər (s)-in şəhəri olan Mədinəni öz qoşunu üçün halal etdi.
İstədikləri hər bir işi etməyə icazə verdi. Onun qoşunu Mədinədə böyük
bir faciə yaratdı. Onunla beyət etməyən səhabələri öldürüb iffətli
qadınları aludə etdilər və çoxlu qadın bu zinadan hamilə oldu. ğıllı
insan fitnəyə aludə olmuş təbəqədən olan imamlara necə iman gətirə
bilir? Onların fikirləri o zəmanədən qidalanmış, özləri o zamanın
tərbiyəsini almışlar. Elə bir zamanda yalnız o kəslər ucalıb məşhur
olmuşdur ki, hakimlərin razılığı onlara olmuşdur. eyğəmbər (s)-in
pak ailəsini, onun sünnətinə əməl edən, xalq içində özündən sonra təyin
etdiyi Əli (ə) və onun övladları olan Həsən (ə) və Hüseyn (ə)-ı bir
kənara qoyub, əməvilərin siyasəti altında böyümüş, Peyğəmbərin sünnəsi
ilə tanış olmayan kəslərə itaət edirlər? Peyğəmbərin sünnəsinə itaət
etmələrini iddia edən əhli-sünnə, sünnəsi qoruyanları bir kənara qoyub
Peyğəmbərin onların barəsində tapşırdıqlarına məhəl etməyərək yenə də
özlərini əhli-sünnət adlandırırlar? Islam tarixini oxumuş, Quran
və sünnədən xəbərdar olan hər kəs əhli-sünnənin əməvi və abbasilərə
itatət etmələrini aydın şəkildə hiss edə bilər. Eyni zamanda şiələrin Peyğəmbər Əhli-beytinin ardınca gedərək Peyğəmbərin sünnətinə əməl etmələrini aydınca görə bilər. Eziz
oxucu! İndi görürsənmi siyasət necə hər şeyi tərsinə edərək, haqqı
batil və batili haqq göstərir? Peyğəmbər və onun ailəsini sevənlər
"rafizi” və bidət əhli, bidət qoyanlar, Peyğəmbərin sünnəsindən uzaq
olub zalım xəlifələrə itaət edənlər isə əhli-sünnə və camaat adlandırılır! Həqiqətən çox təəccüblüdür?!! ən mötəqidəm ki, bu ad qoyulmanın arxasında Qüreyş durmuş və sirri də elə bundadır. Oncə dediyimiz kimi, Qüreyş Abdullah ibni Öməri hədis yazmağa qoymayıb Peyğəmbərin məsum olmamasını demişdi. üreyş
həqiqətdə bir neçə nəfər idi. Onlar ərəblər içində böyük nüfuza
malikdirlər. Bəzi tarixçilər onları ərəbin siyasətçiləri
adlandırmışlar. Çünki onlar hiylə, yalan və zirəklikdə məşhur idilər.
Bəziləri də onları "əhli-həll və əqd” adlandırmışlar. O cümlədən,
bu adamlardan Əbu Bəkr, Ömər, Osman, Əbu Süfyan, Müaviyə, Əmr As,
Müğeyrə ibni Şöbə, Mərvan ibni Həkəm, Təlhə ibni Übeydullah,
Əbdürrəhman ibni Ovf, Əbu Übeydə, Amir ibni Cərrah və bir neçə nəfərin
adını çəkmək olar. dlarını çəkdiyimiz adamlar bəzi vaxtlar bir yerə
yığılır, məşvərətlə qərar qəbul edir, sonra da elam edirdilər. Xalq da
öz növbəsində heç bir etiraz etmədən onu qəbul edirdi. Onların
hiylələrindən biri də Peyğəmbərin məsum olmaması barədə qəbul etdikləri
qərar idi. Onlar Peyğəmbər (s)-i adi bir adam kimi qəbul edərək bəzən
onun səhv etdiyini deyirdilər. Beləliklə, onu xalqın nəzərində kiçik
etmək istəyirdilər. nların işlərindən biri də Əli ibni Əbi Talibi
söyüb onu lənətləmək idi. Onu Allahın və Peyğəmbərin düşməni kimi
qələmə verirdilər. Bundan əlavə, Peyğəmbərin böyük səhabəsi Əmmar ibni
Yasiri də söyürdülər. Onu Abdullah ibni Səba və İbnus-Sovda
adlandırırdılar. Çünki o, xəlifələrlə müxalifətçilik edir, xalqı Əli
ibni Əbi Talibə itaət etməyə çağırırdı. nların başqa işlərindən
biri də şiələri rafizi adlandırmaqdır. Bununla xalqı inandırmağa
çalışırdılar ki, guya şiələr onlar Peyğəmbər (s)-i kənara qoymuş, Əli
ibni Əbi Talib (ə)-a itaət edirlər. igər işlərindən biri də
özlərini əhli-sünnət və camaat adlandırmaqlarıdır. Bu adı özlərinə
qoymaqla həqiqi möminləri inandırmağa çalışırdılar ki, rafizilərin
əksinə olaraq yalnız onlar Peyğəmbər (s)-in sünnətinə vəfadardırlar. əqiqətdə
onların sünnətdən məqsədi dində qoyduqları bağışlanmaz bidətlərdir. Əli
ibni Əbi Talib (ə)-ı və Peyğəmbər (s) ailəsini minbər üstündə
lənətləmək bu bidətlərin acı nəticəsidir. Bu pis adət səksən il dövlət,
şəhər və kəndlərdə davam etdi. Əgər onlardan olan bir kəs minbərdə
danışarkən yaddan çıxarıb o həzrəti lənətləməsəydi, fəryad çəkərək:
"sünnəni yerinə yetirmədin, sünnəti yerinə yetirmədin” – qışqırırdılar.
mər ibni Əbdül-Əziz bu "sünnəni” "İnnəllahə yəmuru bil-ədli
vəl-ehsan və itai zil-qurba”[Nehl, 90] ayəsi ilə dəyişmək istədikdə,
hiylə quraraq onu öldürdülər. Çünki o, bu əməli ilə onların sünnətini
ayaq altına qoymuş, onu bu yerə çatdıranları nadan saymışdır. O öz
islahatlarının qurbanı oldu. Bəni-Üməyyədən olan əmisi oğlanları
onların "sünnə”sinin aradan getməsinə imkan vermədilər. məvilər
dövləti darmadağın olduqdan sonra abbasilər iş başına gəldilər. Onlar
da öz növbələrində bacardıqları qədər Əhli-beyt imamlarına və onların
şiələrinə əzab verdilər. Bu iş Həzrət Əli (ə)-ı ən böyük düşmənlərindən
sayan, Mütəvəkkil adı ilə məşhur olan Cəfər ibni Mötəsimin vaxtına
qədər davam etdi. Onun zəmanəsində düşmənçilik ən yuxarı həddə çatdı.
O, imam Hüseyn (ə)-ın zərihinin xarab edilməsi əmrini verib xalqa onun
ziyarətini qadağan etdi. O, həzrət Əli (ə)-ın düşmənlərindən başqa heç
kəsə hədiyyə vermirdi. ütəvəkkilin İbni Səkkit adlı alimlə olan
dastanı məşhurdur. O, həzrət Əli (ə)-a və onun övladlarına məhəbbət
göstərirdi. Eyni zamanda xəlifənin uşaqlarına da müəllimlik edirdi.
Buna görə də onu faciəli surətdə qətlə yetirdi. ş o yerə çatmışdı
ki, Mütəvəkkil Əli adı ilə adlanan hər bir uşağı qətlə yetirmək əmrini
vermişdi. Əli adından acığı gələr, onu düşmən bilirdi. Bir gün Əli ibni
Cəhm adlı bir şair onunla üzbəüz gəldikdə dedi: "Ey Əmirəl-möminin,
ailəm mənə zülm etmiş, adımı Əli qoymuşdur. Mənim bu addan və bu adla
adlanmış hər bir kəsdən acığım gəlir.” Mütəvəkkil bu sözdən xoşhal olub
gülümsədi və ona hədiyyə verməyi tapşırdı. nun məclislərində
Həzrət Əli (ə)-ı yamsılayan bir adam var idi. O, özünü Həzrət Əli
(ə)-ın şəklinə salıb camaatı güldürürdü. Onlar da ona: "keçəl və yekə
qarın kişi gəldi” deyib ələ salırdılar. Xəlifə də bu işdən xoşhal
olurdu. (Allaha pənah!) ütəvəkkilin bu düşmənçiliyi onun nifaqına böyük dəlildir. Bununla belə əhli-sünnə onu "sünnəni dirildən” adlandırırdı. hli
hədis özünü əhli-sünnə və camaatdan sayır. Qəti dəlillə sabit olur ki,
sünnə onların dilində Əli (ə)-la düşmənçilik etmək və onu lənətləməkdə
xülasələnir ki, bu, həmin "nasibi” deməkdir. Daha artıq məlumat
vermək üçün deməliyik ki, Xarəzmi öz kitabında deyir: Harun ibni
Xeyzəran və Cəfər Mütəvəkkil Əli (ə)-ı və onun ailəsini söyən hər bir
kəsə hədiyyə verirdi. Həmçinin, İbni Həcər Abdullah ibni Əhməd ibni
Hənbəldən rəvayət edib deyir: Nəsr ibni Əli ibni Suhban bu hədisi:
Peyğəmbər Həsən və Hüseynin əlindən tutub buyurdu: "Hər kəs məni və bu
iki nəfəri və bunların ata-anasını istəyərsə, qiyamət günündə mənimlə
behiştdə bir yerdə olacaqdır” – dedikdə, Mütəvəkkil ona min şallaq
vurmağı əmr etdi. Ona ölənə qədər şallaq vurdular. Bu vaxt Cəfər ibni
Əbdül-Vahid araya girib xəlifəyə dedi: "Ey Əmirəl-möminin! Bu kişi
əhli-sünnədəndir.” Bu zaman xəlifə ondan əl çəkmək əmrini verdi. əfər
ibni Əbdül-Vahidin "Nəsr əhli-sünnədəndir” sözündən başa düşmək olur
ki, onu qurtarmaq istəmişdir. Bu özlüyündə əhli-sünnətin Əhli-beytlə
düşmən olmasına dəlildir. Hər kəs Əhli-beytin fəzilətində bir şey
rəvayət edirdisə, sünnü belə olmuş olsa, onu öldürürdülər. Həmçinin
İbni Həcər öz kitabında yazır: Abdullah ibni İdris Əzdi əhli-sünnət və
camaatdan olmuş, öz sünnətində möhkəm və Osmani idi. ləcə də
Abdullah ibni Ovn Bəsri haqqında deyir: O, inamlı adamdır. İbadət əhli,
əhli-sünnədə davamcıl və bidət əhli qarşısında möhkəmdir. İbni Səd
deyir: O, Osmani idi. aha sonra yazır: İbrahim ibni Yəqub
Cüzcani, Hüreyzi məzhəbində olmuşdur. Əli (ə) ilə düşmənçilikdə
məşhurdur. İbni Həbban yazır: Sünnətə itaət etməkdə möhkəm olmuşdur. uradan
başa düşmək olar ki, Əli (ə) və onun ailəsi ilə düşmənçilik, Əhli-beytə
ləənt göndərmək sünnətdə möhkəm olmağa işarədir və bildik ki, osmanilər
həmişə Əhli-beytlə düşmən olmuş və Əli (ə) dostları və övladları ilə
pis rəftar edirdilər. hli-bidət deməkdə onların hədəfi Həzrət Əli
(ə)-ın imamətini qəbul edən şiələrdir. Bu, onların fikrincə bidət
deməkdir. Yəni, onlar raşidin xəlifələri, "Sələfi-saleh”lə
müxalifətçilik etməkləri ilə bidət etmişlər. arixdə buna çoxlu
şahid vardır. Lakin biz təhqiq əhli olanlar üçün kafi ola biləcək
miqdarda qeyd edirik. Təhqiqatçılar istədikləri təqdirdə bunun bir neçə
bərabərində şahid tapa bilərlər. َالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا وَإِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنِينَ "Hər kəs bizim yolumuza səy göstərsə, onları Öz yolumuza hidayət edərik. Allah yaxşı əməl sahibləri ilədir.” [Enkebut, 69] Müəllif: Məhəmməd Ticani Səmavi -Tunisi MASONLAR.TK